Amerikalı müsəlman islam peyğəmbərinin davranışından ilham alaraq mağazasından oğurluq edəni bağışlamışdır+ şəkil
Posted on : Digər sahələr 10/16/2017 1:00:13 PM
Nyu-Yorkda yaşayan bir müsəlman kafişap mağazasının pəncərəsindən bir məktub asaraq demişdir: oğru öz məişəti üçün bu pola möhtacmışsa onu bağışlayacağam
Mağazasından oğurluq edilən Nyu-Yorkda kofişap mağazası olan
amerikalı bir müsəlman islam peyğəmbərinin davranışından ilham alaraq
qapısından bir məktub aslayaraq oğrunu bağışlayacağını bildirmişdir. Əbdül
Əl-Nani Bruklin adlı mağazasının pəncərəsindən bir məktub aslayaraq
bildirmişdir ki, oğrunun bu pula ehtiyacı olduğu təqdirdə onu bağışlayacağam.
Amerika müsəlmanının mkətubunda deyilir: məndən, diri qalmaq üçün oğurluq etməyə
hazıram ya yox? deyə soruşsaydın, cavabım belə olacaqdı: başqalarının həyatı ilə
oynayacağım təqdirdə olmamağıma üstünlük verərdimm. Lakin hər kəsin özfikri
vardır. Ey mənim mağazamdan oğurluq edən xanım və ya ağa, bu oğurluq haqqında
raport verməmişəm və səni tanımayım deyə gizli kameraları da yoxlamamışam. Kim
olduğunu bilməməyə üstünlük verirəm. Məktubun davamında deyilir: oğurladığın
pul ailənin məişətini yaxşılaşdıracaqsa səni bağışlayıram. Əgər bu pulla özünü
və sağlamlığını təxrib edəcəksənsə yenə bağışlayır və səndən istəyirəm ki,
özünü bu pulla müalicə et. Hamımız günah edirik ən yaxşı adam odur ki, daima
tövbə etsin. Sürətlə mediyaların diqqətini cəlb edən bu məktub oğruya
ünvanlanmış mehriban və bağış sözlərilə doludur. Peyğəmbər ənənəsini rəhbər
tutmağa çalışan bu müsəlman qərb ictimaiyyətində islam haqqındakı mənfi fikirlərin
yayqın olduğu bir şəraitdə ictimaiyyətdə ümumi fikir dəyişikliyinə səbəb
olmuşdur. Əl-Nani, məktubunu peyğəmbər-Əkrəmin dəyərli sözlərindən biri ilə
bitirmişdir: sizə pislik edənlərə pislik etməyin. Əvəzində onlara mehriban
olun, onları bağışlayın.