header

 "Türkiyə Silahlı Qüvvələri Hələbdə terorçulara silah verir"

"Türkiyə Silahlı Qüvvələri Hələbdə terorçulara silah verir"

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Türkiyə ordusunun Suriyanın Hələb bölgəsində ordu anbarları qurduğunu və buradan terrorçulara silah və hərbi texnika verildiyini deyib.

 

BMT baş katibi Pan Gi Mun və BMT Təhlükəsizlik Şurasının sədri Ramlan ibn İbrahimə məktub göndərən Cəfəri "1 avqustda Türkiyə qoşunlarının Suriya torpaqlarına girdiyi görüldü. Bu birliklər Hələbin şimalında qalan Bikah qəsəbəsinin qarşısında yerləşdirildi və silah anbarları inşa etdilər. Bu anbarlardan”Ceyşul Fəth”, “Nusra Cəbhəsi” və “Əhraruş Şam” adlı terror təşkilatlarına silah və sursat verilib", - deyə bildirib.

 

Qoşunların Türkiyədən Hələbdəki terrorçulara raket və mərmi təmin etdiyini də deyən Cəfəri, habelə silahlıları daşıyan dəstələrin da sərhəddən keçdiyinin müəyyən edildiyinidiqqətə çatdırıb.

 

Cəfəri "Suriya Təhlükəsizlik Şurasının Türkiyəni sərhədlərini silahlı terrorçu qruplara bağlaması və bu qrupları silahlandırmaqda çəkinməyə vadar etməyə dəvət edir", - deyə əlavə edib.

"Türkiyə Silahlı Qüvvələri Hələbdə terorçulara silah verir"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap