header

 Bakıda şiə mərkəzlərinə təzyiq davam edir. Şiələrə aid mədəniyyət mərkəzi lisenziyasının ləğv edilməsindən tutmuş yəhudi məntəqələrinə şagirdlərin əyləncə karvanına kimi

Nardaranın sima və kimliyinin küçələrin yenidən qurması adı altında dəyişilməsi

Dövlət qəzeti respublika Azərbaycan respublikasının ədliyyə nazirliyi mətbuat xidmətindən nəql edərək xəbər vermişdir: 12 avqust iclasının qərarına əsasən imamzada Bibi Rəhimə idarə heyətinin fəaliyyəti üçün verilmiş 13 oktiyabr 1993 lisenziya ləğv olunmuşdur. Azərbaycan respublikasında "Nardaran piri" adı ilə məşhur olan Rəhimə xanım ziyarətgahı Harunərrəşid və Məmun dövründə bu rayona sığınan və ailəsilə Nardaranda yaşayan və elə buradaca dünyasını dəyişən imam Rizanın bacısı Bibi Rəhimənin dəfn olunduğu yerdir. Ötən illərdə ildə on minlərlə ziyarətçi Azərbaycan respublikasının müxtəlif rayonlarından ziyarət üçün Naradarana gəlirdilər. Bu ölkəyə səfər edən bir çox iranlılar da imam Rizanın əziz bacısının qəbrini ziyarət edirlər. Ərbəin ərəfəsində, 2015-ci il 26 noyabrda təşkil edilən əzadarlıq yığıncağında Bakı polisinin hücumuna məruz qalan ziyarətgah və məzhəbi Nardaran rayonu intensiv təbliğat hücumuna məruz qalmışdı. Hücum nəticəsində əzadarlıqda çıxış edən Azərbaycan respublikası müsəlmanlar birliyi hərəkatının rəhbəri hacı Taleh Bağırzadə mərasimdəki şiələrin çoxlu tedadı ilə birlikdə saxlanılmışdır. Həmçinin günorta namazına təsadüf edən hücumda camaat namazı iştirakçılarından beş nəfər şəhid olmuşdur. Azərbaycan respublikasının təhlükəsizlik qüvvələri özünü məzlum göstərmək və müsəlmanların birliyini məhv etmək üçün iki polisi arxadan vuraraq öldürmüşlər. Təhlükəsizlik qüvvələri və daxili qoşunlar 1 dekabr 2016-cı ildə Nardarana qarşı geniş əməliyyata başlamış on minlərlə təhlükəsizlik və hərbi qüvvələr 5 aydan artıq bir müddətdə Nardaranda yerlşdirilmiş bütün din göstəricilərini, o cümlədən əimmə-ətharın adları yazılmış bayraqları və afişaları Nardarandan yığışdırıb, Sahibəzzaman adına elmiyyə hövzəsini təxrib etmişlər. Sonrakı mərəmmətdə Nardaran küçələrinin yenidənqurma planı adı ilə oranın sima və kimliyinin dəyişdirilmə əməliyyatı, rayonun məktəbində multikulturalizmi tərvic etmə xüsusi proqramı həyata keçirilmiş Nardaran məktəbliləri ilə ölkənin şimalında yerləşən və "qırmızı qəsəbə" adı ilən tanınan və sionist rejimini təmsil edən Qubanın bu yəhudi məntəqəsinin məktəbliləri ilə müştərək karvan planı həyata keçirilmişdir. Təhlükəsizlik qüvvələri geniş miqyasda Nardaranda yerləşdikdən və 70 nəfərdən çox məzhəbi əhali yaxalandıqdan sonra Rəhiməxanım ziyarətgahının axundu hacı Nuhbala Rəhimov 7 dekabr 2015-ci ildə saxlanıldı və polisin planı və Sabınçı məhkəməsinin qərarı ilə bir il altı ay müddətində azadlıqdan məhrum edildi. Nardaranda yaxalananların bir tedadı saxta ittihamlarla 1.5, 2 və 2.5 ilə məhkum edilmışlər. Müsəlmanlar birliyi hərəkatının rəhbəri Taleh Bağırzadənin və Nardaranda yaxalananlardan digər 16 nəfərin nəhkəməsi ötən aydan başlanmış və davam etməkdədir. Yaxalananlar məhkəmədə istintaq dövründə məruz qaldıqları işkəncələri ifşa etmişlər. Höccətülislam Taleh Bağırzadə mhkəmə iclaslarının birində Bakı mediyasının mənfi təbliğatlarına reaksiya verərək vurğulamışdır ki, biz zülmə qarşı mübarizəmizi davam etdirəcəyik. O vurğulamışdır: mən İran və İraqda dini təhsil almışam. Lakin həyatımın bu dövründə heç bir mənfi nöqtə tapa bilməyəcəksiniz. Bu şiə qrupunun Azərbaycan respublikasında məhkəməsinin başlanması, eləcə də İran islam respublikası prezidentinin Bakıya səfərindən neçə gün əvvəl onlardan altısının orta müddətli həbsə məhkum olmaları şiddətli tənqidlə qarşılaşmışdır. Tənqidçilər Bakının anti-şiə təşəbbüslərinin bu şəraitdə intensivləşməsini məqsədyönlü və təhrikedici qiymətləndirmiş və İrana qarşı bir növ təhqir hesab etmişlər.

Nardaranın sima və kimliyinin küçələrin yenidən qurması adı altında dəyişilməsi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap