header

 ''Dedilər, ana-bacını gətirəcəyik yanına'' - Nardaran məhbusları - Video

Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərin yaxınları 19 avqustda mətbuat konfransı keçiriblər.

Noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat nəticəsində həbs olunanların qohumları onların işgəncələrə məruz qaldığını bildiriblər. Konfrans iştirakçılarının sözlərinə görə, həbs olunanlara qoyulan maddələr həqiqəti əks etdirmir.

 

1995-ci il təvəllüdlü Aqil İsmayılovun babasının sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onu "ana-bacını bura gətirəcəyik" sözləri ilə hədələyiblər. Bundan sonra o, sənədi imzalayıb:

 

"Onun atası gedib erməni ilə döyüşüb. Bu, elə bil ki, erməni balasıdır. Vətənpərvər bir ailənin övladına divan tutublar, olmazın işgəncələr veriblər. Deyir ki, o təzyiqlərə dözə bilməyib, sənədi imzalamışam."

 

Abbas Hüseynin bacısı Yasəmən Hüseyn də bildirib ki, qardaşına dəhşətli işgəncələr veriblər. O kürək nahiyəsindən iki güllə yarası alıb:

 

"Nardaranda haqsız yerə ataları şəhid olanlar var. Əgər dövlət nəyəsə nəzarət edirsə, xahişim var ki, "Nardaran soyqırımını bir daha vərəqləsin"


Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərin yaxınları 19 avqustda mətbuat konfransı keçiriblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap