Azərbaycanda bu il uşaqlara ən az qoyulan adların SİYAHISI
Posted on : Digər sahələr 10/16/2017 1:00:13 PM
Azərbaycanda bu ilin 8 ayı ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında populyarlıq qazanmayan adların siyahısı açıqlanıb.
Ədliyyə Nazirliyindən verilən məlumata
görə, oğlan uşaqlarına qoyulan adlar arasında ən az populyarlıq qazanan ad Mətin
adı olub. Mətin adı cəmi 72 uşağa verilib. Digər populyarlıq qazanmayan oğlan
adları isə Ziya (73), Rəşad (73), Əbəlfəz (73), Eşqin (74), İlqar (75), Xəyal
(78), Rafiq (78), Adil (78), Elnur (79) adlarıdır.
Qız adları arasında populyarlıq
qazanmayan ad isə Melisa adıdır. Bu ad 53 uşağa qoyulub. Digər populyarlıq
qazanmayan qız adları Gülnur (53), Məleykə (54), Elay (54), İlahə (56), Gülsüm
(56), Cansu (56), Ruqəyya (57), Dilək (57), Səidə (58) adlarıdır.
Qeyd edək ki, il ərzində ən çox qoyulan
oğlan adı Yusif (1841), qız adı isə Zəhra (1611) olub.