header

 Rafiq Əliyev: 'Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam'

Bu gün Azərbaycan İŞİD-in (İraq və Suriyada qanlı terror əməlləri ilə məşhur olan İslam Dövləti silahlı qruplaşması - red.) hədəfindədir

“Mən Azərbaycanda Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam. Bu gün Azərbaycan İŞİD-in (İraq və Suriyada qanlı terror əməlləri ilə məşhur olan İslam Dövləti silahlı qruplaşması - red.) hədəfindədir”. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev AzadlıqRadiosuna müsahibədə belə deyib.

 

O, Gülençilərin Azərbaycanda təşkilatlandığını, hətta hakimiyyət olimpində onlara yardım edənlərin olduğunu da söyləyir

 

 

– Nurçuluq Said Nursi-dən başlayır, Atatürkün, dünyəvi türk dövlətinin əleyhinə yaradılmışdı. Nursi-nin ölümündən sonra bu işi Türkiyənin kənarına çıxardılar, 163 ölkədə kiçik qrupları var.

 

Onlar Azərbaycanda 1992-ci ildən yayılmağa başladılar. Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi yaradıldı. Universitet dövlət müəssisəsi idi və burda dini fakültə yaradılması Konstitusiyaya zidd idi. Amma prezident Əbülfəz Elçibəy razılıq vermişdi.

 

Bundan sonra Fethullah Gülen Nursi-nin ən böyük arzusunu – universitet yaratmaq arzusunu yerinə yetirdi. Gülen bu arzunu başqa ölkədə yox, Azərbaycanda reallaşdırdı, Qafqaz universitetini, sonra liseylər şəbəkəsini yaratdı və 17 lisey fəaliyyətə başladı, onların heç biri Təhsil Nazirliyinə tabe deyildi.

 

Həqiqətən, verdikləri dərs, elm çox güclüydü. Uşaqlar bunun arxasında hakimiyyətə gəlmək niyyətinin durduğunu əvvəlcədən bilmirdiər. Onları universitetlərə, oxuyub qurtarandan sonra dövlət müəssisələrinə yerləşdirirdilər. Türkiyədəki sistemı qısa vaxtda burda da yaratdılar.

 

Mən hələ 2002-ci ildə bu liseylərin bağlanmalı olduğunu yazmışdım. Onların sakit fəaliyyətinə uymaq olmaz, son məqsədləri hakimiyyətə gəlməkdir, amma heç bir qan tökmədən, inqilabsız.

 

– Gülençilər Azərbaycan üçün nə qədər təhlükəlidir? Bugünlərdə hüquq-mühafizə orqanları onlarla bağlı cinayət işi açıldığını bəyan etsə də, detallar açıqlanmır.

 

– Bu gün Gülençilərdən Azərbaycana təhlükə gözləmirəm, mən bu təhlükəni İŞİD-dən gözləyirəm və bunu görürəm.

 

– İŞİD təhlükəsinə qayıdarıq. Gülençilərlə bağlı dövlət necə davranmalıdır? Burda öz şəbəkəsini quran Gülençiləri Türkiyədəki kimi kütləvi şəkildə işdən uzaqlaşdırmaq doğru addımdırmı?

 

– Gülençilər yüksək ixtisas sahibidirlər, həm əqli, həm xarici baxımdan yaxşı işçidirlər, onlara tələb çoxdur. İkincisi, onların burda himayədarları var, geniş fəaliyyətə cəlb edənlər var, ona görə işdən çıxarılmaq, qovmaq lazım olduğunu düşünmürəm. Türkiyə variantı burda təkrarlana bilməz, çünki yetərincə bazaları yoxdur.

 

– Rafiq bəy, onların himayədarların olduğunu deyirsiniz, Azərbaycan hakimiyyətinin olimpində Gülençilərə dəstək verən varmı?

 

– (Gülür) Mən onu dəqiq bilmirəm. Amma onu bilirəm ki, yaxşı işə düzəlirlərsə, deməli, himayədarları var. Himayədarlar kiçik adamlar deyillər, söz sahibidirlər.

 

– Amma rəsmi təbliğatda Gülençilər müxalifət sırasında axtarılır.

 

– Hakimiyyətə gəlmək iddiası olan adamları həmişə işbirliyində görmək rahatdır. İkincisi, Leninin bir sözü vardı: “İnqilabın qələbə çalması üçün şeytanla da dostluq edə bilərəm”. Ona görə müxalifətçilərin Gülençilərlə əlaqəsi ola bilər və bu normaldır. Mübarizənin formasıdır.

 

– Qayıdaq İŞİD təhlükəsinə. Dediniz ki, əsas təhlükəni onlardan gözləyirsiniz. Bu narahatlıq haradan qaynaqlanır?

 

– Son iki ayda Yaxin Şərqdən, xüsusən də İraqdan, Suriyadan gələn turistlərin sayı həddən çoxdur. Hətta bunu turizmin ərəbləşməsi kimi qiymətləndirirəm.

 

Ərəblərin sayı turistlərin 40-50 faizini təşkil edir. Gələnlər də 7-8 nəfərlik qrplardır. Aralarında bir yaşlı kişi, ya qadın olur, qalanları cavanlardır, başları da bağlı.

 

Mən ərəbşünasam. Bunlar ərəbcə danışanda başa düşürsən ki, onlar Azərbaycanın bölgələrinə gələn ərəb turistlərlə danışır, məlumat alırlar. Bunların hamısının bir-biri ilə ciddi əlaqəsi var. Mehmanxana ətrafında fırlananda bu söhbətləri eşidirsən. Bu da məni təşvişə salır.

 

Mehmanxanalarda təhlükəsizlik tədbiri görülmür, baqajları yoxlanılmır. O gün birinin baqajında 7-8 boru gördüm. Bu, nəyə lazımdır ki?

Bu gün Azərbaycan İŞİD-in (İraq və Suriyada qanlı terror əməlləri ilə məşhur olan İslam Dövləti silahlı qruplaşması - red.) hədəfindədir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap