header

 Sionist rejim və Ərəbistanın həmkarlığı

Press TV kanalı sionist və səud rejimlərinin həmkarlığının daha da aşkar olmasından xəbər verib.

Üstüörtülü və gizli həmkarlıqlardan tutmuş dostcasına əl görüşmələrinədək belə görünür ki, qarşıda onların, yəni Ərəbistan ilə sionist rejimin arasında daha artıq əlaqələr mövcud olacaq.

 

Sionist rejimin keçmiş xarici işlər naziri Tzippi Livni son zamanlar bir müsahibədə Təl-Əvivdən istəyibdir Ərəbistan və digər ərəb ölkələri ilə daha yaxın həmkarlığa malik olsun ki, bu yolla Hizbullah və İranla mübarizə edə bilmiş olsun.

 

Müşahidəçilər bu qənaətdədirlər ki, Ərriyad ilə Təl-Əviv arasında barışıq sionist rejim üçün böyük önəm daşıyır.

 

Əlmustəqbəl partiyasından olan Livan parlamentinin üzvü Əhməd Futuvvat Press TV-yə deyib: Sionist rejim başçıları və sionist medialar dəfələrlə bu məsələnin önəmi haqda danışıblar, amma Tzippi Livni bu barədə daha açıq və bibaşa surətdə danışıb və deyibdir ki, zaman bu rejimin xeyrinə işləmir və onlar bu koalisiya barədə tələsməlidirlər, zira Suriyada və bütün regiondakı hadisələr öncədən bu mehvərin məğlubiyyətindən xəbər verir.

 

Sionist rejim parlamenti- knesset-in üzvü deyib: Ərəbistan və digər mötədil ərəb ölkələri Hizbullaha düşmən kimi baxırlar və bu gün biz onlarla koalisiya yaratmaqdan savayı bir yola malik deyilik.

 

Bu sionist nümayəndənin sözləri Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın bu sözlərini təsdiq edir ki, Ərəbistanı sionist rejimlə əlaqələri müftə şəkildə adiləşdirməkdə ittiham etmişdi. Seyid Həsən Nəsrullah deyib: Səudlar bir müddət üstüörtülü və gizli surətdə həyata keçirdikləri işləri hazırda açıq şəkildə görməklə məşğuldurlar.

 

Hizbullahın müxalifləri və Ərriyadın müttəfiqləri, xüsusən Livanın Əlmustəqbəl hərəkatı müqavimət hərəkatını onda ittiham edirlər ki, Ərəbistanla sionist rejim arasındakı əlaqələrin səmimiləşməsini şişirdir və bu iş səudlarla daha artıq düşmənçiliyiə bais olur.

 

Sonra Livanda sionist rejim məsələləri üzrə ekspert Həsən Hicazi deyib: İsrail rejiminin iddiaları fitnəkar söhbətlərdir və səy göstərilir ki, onları irəli sürməklə ərəb tərəflər arasında ixtilaf salınsın. Təəssüflə, Hizbullah bu bəyanatlara diqqət yetirir və əslində özünü ərəblərin düşməninə çevirir.

 

Fars Körfəzi Əməkdaşlıq Şurası mart ayında Hizbullahı öz qara siyasına saldı və bu hərəkət sionist mediaların rəğbəti ilə üzləşdi.

 

Ekspertlər bu qənaətdədirlər ki, sionist rejimlə Ərəbistan krallığı arasında əlaqələr bu rejimin Hzibullah ilə mübarizə üçün Suriya ilə savaşdakı həmkarlığının yeni mərhələsindən xəbər verir. Təl-Əvivin siyasətlərində dəyişiklik onların təkfirçi terrorçuları kəşfiyyat cəhətdən himayə etmələrindən sonra baş verir. İsrail rejimi Ərəbistan və İordaniya ilə həmkarlıqda bu işləri görür.

Press TV kanalı sionist və səud rejimlərinin həmkarlığının daha da aşkar olmasından xəbər verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap