Çavuşoğlu: İran və Rusiya ilə bölgədəki problemlərin həllində əməkdaşlığa hazırıq
Posted on : Digər sahələr 10/16/2017 1:00:13 PM
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistanda keçirdiyi mətbuat konfransında İran ziyarətinə toxunaraq, İranın çevriliş gecəsi Türkiyəyə çox güclü bir dəstək verdiyini bildirib.
M.Çavuşoğlu
bildirib ki, "müzakirələrdə Suriya, İraq, Yəmən kimi regional mövzuları və
ortaq düşməni olan ya da bizə təhdid meydana gətirən PKK, PJAK kimi terror təşkilatları
ilə mübarizə yollarını danışdıq. Suriyada atəşkəsin təmin edilməsi mövzusunda
bütün tərəflərlə ikitərəfli ya da çoxlu görüşlərimiz olub.“
M.Çavuşoğlu
deyib ki, biz hər zaman söyləyirik, bölgədə Suriya, İraq kimi ölkələrdə
problemi həll etmək üçün İran və Rusiyanın konstruktiv rolu çox əhəmiyyətlidir.
“Mənfi rol davam edərsə qarşıdurmalar davam
edir" ifadəsini istifadə edən Çavuşoğlu, Bu səbəbdən bu rolun müsbət
olması üçün biz də əlimizdən gələn səyi göstəririk. “Əməkdaşlığa hazırıq. Yetər
ki Suriyanın ərazi bütövlüyü qorunsun. Bu mövzuda onsuz da İran ilə eyni
düşünürük. Rusiya da eyni düşündüyünü bizə çatdırmışdı. Bütün bu mövzularda
önümüzdəki müddətdə bir çox ölkə ilə telefonda ya da üz-üzə görüşməyə davam edəcəyik
"dedi.