header

 Mənbici tərk edən İŞİD-çilər Türkiyəyə tərəf gedir (Təfərrüat)

Suriya və İraqda bir sıra məğlubiyyət yaşayan terrorçular əllərində tutduqları bölgəni itirmək təzyiqi ilə qarşılaşanda vətəndaşları kütləvi şəkildə girov alıb, yanlarında apararaq bir növ təhlükəsizlik təmin etməyə çalışır.

ABŞ-ın Bağdad Koalisiyasının mətbuat katibi polkovnik Kris Qerver (Chris Garver) Mənbicdə İŞİD ilə toqquşan birliklərin əllərində girovlar olan və sayları təxminən 100-200 nəfər olan terrorçunun Türkiyəyə doğru getməsinə icazə verdiyini açıqlayıb.

 

İŞİD terror təşkilatı üçün 2014-ci ildən bu yana nəzarət etdiyi Suriyanın şimalındakı Mənbic şəhəri maddi-texniki dəstək üçün böyük əhəmiyyət daşıyırdı. İŞİD onlara qoşulmaq üçün Türkiyə üzərindən Suriyaya gələn terrorçuları fərqli cəbhələrə göndərmək üçün Mənbicdən bir toplanma mərkəzi kimi istifadə edirdi.

 

Qerverin jurnalistlərə verdiyi açıqlamalara görə, Suriya Demokratik Qüvvələrinin (SDQ) şəhəri geri alacağı bəlli olanda, təxminən 100-200 terrorçunun avtomobil və yük maşınıları ilə qaçdıqları müşahidə edilib.

 

İraqın Fəllucə şəhərində yerli və koalisiya qüvvələrinin İŞİD-çilər qaçarkən 175 avtomobili məhv etmiş olmasının əksinə, Qerverin verdiyi məlumatlara görə, SDQ Mənbici tərk edən hərbçilərə atəş açmayıb.

 

Qerver, "Qaçan militanlardan ibarət kartecdəki avtomobillərdə mülki şəxslərin də olduğu müşahidə edildi. Bu səbəblə, mülki itki və mümkün zərərlərin qarşısının alınması üçün toqquşmaya girilmədi", - deyib.

 

Koalisiya qüvvələrinin İŞİD-çi terrorçuları təqib etdiklərini bildirən Qerver detallara girmədən onların bəzi regionlarının hələ də İŞİD-in nəzarətində olan Türkiyə-Suriya sərhədinin yerləşdiyi şimala getdikdən sonra dağılışdıqlarını bildirib.

 

Qerver, "Hələ də davam edən bir əməliyyat olduğuna görə təfərrüatlara girməyəcəm; Ancaq onları təqib edirik", - deyib və getməsinə icazə verilən avtomobillərdə terrorçular və mülki əsirlərin olduğunu bildirib.

 

Qerver, "Onları sivi kimi qiymətləndirməliyik; Buna görə də atəş açmadıq, sadəcə izlədik" deyib və İŞİD terrorçularının SDQ Mənbiçi azad etmə əməliyyatı zamanı sivilləri də təhlükəyə atdığını iddia edib.

 

Suriya və İraqda bir sıra məğlubiyyət yaşayan terrorçular əllərində tutduqları bölgəni itirmək təzyiqi ilə qarşılaşanda vətəndaşları kütləvi şəkildə girov alıb, yanlarında apararaq bir növ təhlükəsizlik təmin etməyə çalışır. 

Suriya və İraqda bir sıra məğlubiyyət yaşayan terrorçular əllərində tutduqları bölgəni itirmək təzyiqi ilə qarşılaşanda vətəndaşları kütləvi şəkildə girov alıb, yanlarında apararaq bir növ təhlükəsizlik təmin etməyə çalışır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap