header

 Azərbaycan respublikası əhalisinin on minlərlər pulu demokratiya bəhanəsilə xərclənir!!! - Video

Türkiyə əhalisinin qanı Azərbaycan əhalisininkindən daha qırmızıdırmı?

Tashaio.com Xəbər verir ki, Son vaxt Qafqaz müsəlmanları idarəsinin rəisi Türkiyə səfərində demokratiya adı ilə 100 min dollar Türkiyə dövlətinə yardım edib nümayiş sayağı çıxışlar elədi ki, bu da virtual məkanda bir çox reaksiyalara səbəb oldu.

 

Bununla əlaqədar bəzi düşündürücü cəhətlər: 


1- bir halda ki, Azərbaycan əhalisinin çoxu gecəni səhərə kimi ac qalır, Qarabağ müharibəsində zərər çəkənlər əqli və şəri cəhətdən hamıdan daha çox yardıma möhtacdırlar, hər gün ölkənin ən yaxşı cavanları banka borclu olduqlarına görə intihara əl vururlar, Qafqaz müsəlmanları idarəsini rəisinin əqli və şəri cəhətləri nəzərə almadan və özünü şirin salmaq üçün belə pulları bəxşiş etməsi əsaslandırıla bilərmi? Bu mövzu hətta Türkiyə istifadəçilərini də təhqiramiz fikir söyləməyə vadar etmişdir: Azərbaycan dövləti bu kimi yardımlara Türkiyədən daha çox möhtacdır. 


2- bir çoxları belə bir sual irəli sürürlər ki, bu pullar kimin cibindən bəxşiş edilir? Həqiqətən də dövlət resurslarından keçinən Paşazadə kimi adamlar öz ciblərindən bəxşiş etmək cəsarətinə malikdirlər, yoxsa milyardlarla pulun sahibi olduqları mənbələrdən bəxşiş edirlər? Elədir! Şübhəsiz ki, bu, Aəzrbaycan xalqının puludur və sahiblərinin razılığı olmadan dövlət adamlarının və onların amillərinin mövqelərini sabitləşdirmək üçün hər gün dünyanın ən ucqar nöqtəsində kül edirlər. 


3- Azərbaycan respublikası əhalisinin pulu demokratiya adı ilə çevriliş təşəbbüsündən zərər çəkənlərin arasında bir halda paylanılır ki, Türkiyə indiyə kimi Qarabağ müharibəsindən zərər çəkənlərə və qaçqınlara bir qəpik belə xərcləməmişdir. Türkiyə əhalisinin qanı qəhrəman Azərbaycan əhalisinin qanından daha qırmızıdırmı? Bu bəxşişlər nə üçündür? 


4- Azərbaycan xalqının pulu demokratiya!!! adı ilə bir halda türklərə hədiyyə edilir ki, Azərbaycan dövləti kimi dövlətlərin və onların şeyx kimi amillərinin demokratiya sözünü dilə gətirmək haqları yoxdur. Paşazadə kimi adamlar bu ölkədə demokratiyanı gücləndirmək üçün hansı təşəbbüslərdə olmuşlar? O, Qafqaz müsəlmanları idarəsini rəisi kimi müsəlman qadınların hicabını müdafiə etməməlidirmi? Hicab dustaqları mövzusunda şeyxə neçə qiymət verilməlidir? Nardaran əzadarlarına hücum mövzusunda Paşazadə niyə demokratiyanı dəstəkləməmdi? Müxalifləri taptalamaq və hicabla müxalif olmaq əksər əhalinin dini olan mərasimlərin keçirilməsinə mane olmaq demokratiyaya müxalif olmaq deyildirmi? Ümid edirik ki, Paşazadə kimiləri özlərinə gələcək yad bir ölkəyə yaltaqlanmaqdansa öz millətinə dayanacaqdır. Çünki saray alimləri həmişə Allahın və xalqın qəzəbinə düçar olurlar.




Türkiyə əhalisinin qanı Azərbaycan əhalisininkindən daha qırmızıdırmı?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap