header

 Ərdəbil imamcüməsi: Şah İsmayıl Səfəvi İranda əhlibeyt məzhəbinin əsasını qoydu

Türkiyədə və Azərbaycan respublikasında bəziləri Şah-İsnayılın şəxsiyyətini təhrif edirlər

Ayətüllah seyid Həsən Amili dünən Ərdəbil əyalətinin əzizləmə mərasimində Fədək sənət və mədəniyyət mərkəzində bildirmişdir: 4 Murdad Səfəviyyə sülaləsinin hakimiyyəti və Ərdəbil əyaləti günüdür. İranın izzət və qüdrət günüdür. Həmin gündə Şah-İsmayıl İrana ərazi bütövlüyünü və süverenliyi hədiyyə etdi. Amili imperializmin dörd ölkəni, İran, Çin, Hindistan və Rusiyanı parçalayıb qüdrət müvazinətini pozmağa cəhd göstərdiyini xatırladaraq demişdir: biz ərazi genişliyinin qüdrət faktorunu qorumalıyıq. Çünki bu dəyərli sərvət keçmişlərimizin yadigarıdır və biz bu sərvətin keşiyində durmalıyıq.  Ərdəbil imamcüməsi artırmışdır: bu gün ərazi bütövlüyünü müdafiə etmək, İran kimliyinin keşiyində olmaq günüdür. Ərdəbil gənci və Səfəviyyə sülaləsi 7 il can atdıqdan sonra 18 yerə parçalanmış bir ölkəni bütöv və suveren bir məcmuəyə çevirdi. Bu ölkənin əzəmətli tarixində görülən bu cür böyük bir işin qədrini bilməliyik. O, belə bir dəyərli sərvətin dünyaya təqdim edilməsinin vacibliyinə və bununla da gələcək nəsillərin belə bir sərvətə fəxr etmələrinə işarə edərək demişdir: təəssüf ki, tarix boyu bəziləri çalışmışlar ki, belə bir əzəmətli tarixi təhrif, təxrib və müsadirə etsinlər. Bu müsadirələrdən çox acınacaqlı olan biri Türkiyədə tarixin təhrif olunmasıdır. Onların dediyinə görə guya Şah-İsmayıl ömründə bir səhvə yol vermişdir ki, o da soltan Səlimlə müharibəyə girməsidir. Buna görə də Şah İsmayıl Xətai adı ilə tanınmışdır. Amili Soltan Səlimin Şah İsmayıla qarşı müharibəsinin müxtəlif cəhətlərinə işarə edərək artırmışdır: Türkiyə tarixçilərinin iddialarının xilafına olaraq Şah İsmayıl sülhsevər bir insan idi. Hətta çox yumşaqlıq göstərərək soltan Səlimin bəzi töhmət və yaramaz davranışlarına dözürdü. Lakin avropalılar soltan Səlimi təhrik etməklə Osmanlı dövlətilə İranın arasını vurmağa çalışırdılar. Bunların arasındakı ixtilafları daha da şiddətləndirirdilər. O, sözlərinin digər hissəsində açıqlamışdır: sonralar Osmanlı dövləti öz səhvlərini və qərblilərin bu dövləti parçalamaq niyyətində olduqlarını başa düşdülər. Biz isə tarixin təhriflərnə təəssüf edir və belə bir fikirdəyik ki, Şah İsmayıl Səfəvinin həyatı, davranışı və hökumət tərzi yenidən öyrənilməli və onun sülhsevər və tərəqqi tərəfdarı olduğunu bilməliyik. Amili bildirmişdir: müəzzəm rəhbərlik məqamı da Səfəvi ailəsini yaxşılıqla xatırlatmış, hətta Müqəddəs Ərdəbilinin məktəb sahibi olduğunu vurğulamışdır ki, analoqu olmaya bir hərəkətdir. Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi Şah İsmayıl haqqındakı ikinci təhrifi Azərbaycan respublikasına aid edərək davam etdirmişdir: bütün faktlar göstərir ki, Şah İsmayıl əhlibeyt məktəbindən ilham alaraq qiyamını başlamışdır. Azərbaycan hökmdarları isə tarixi təhrif edərək hər yolla olsa iddia edirlər ki, Şah İsmayıl Səfəvi öz hakimiyyətini əhlibeyt davranışı üzərində qurmamış, dil, qeyrət və başqalarının torpağı əsasında yaratmışdır. Amili artırmışdır: heç kimin tarixi və ondakı reallıqları təhrif etmək haqqı yoxdur. Çünki əslində Şah İsmayılın zorakılıqla digər millətlərin etiqadını dəyişdirməsi fikri səhv fikirdir. İran xalqının əhlibeytə, sədri-islama və həzrət Əli hökumətinə rəğbət və bağlılığı buna səbəb olmuşdur. Bu sevginin kökünü aydınca başa düşmək olur.

Ərdəbil əyalətinin xibrələr məclisindəki deputatı bildirmişdir: belə başa düşülməməlidir ki, iranlıların əhlibeytə vurğunluğu Səfəvi dövründən başlanmışdır. Yox, bunun çox qədim tarixi vardır. Səfəvi hökmdarları isə millətçi və irqçi olmadıqlarına görə ölkənin bütövlüyünü epik ruhiyyəsini canlandırmaqla həyata keçirməyə çalışdılar. Amili açıqlamışdır: bu epik ruhiyyəsini gücləndirmək və ölkənin bütövlüyünü təmin etmək üçün iki tayfa səfəvilərlə əməkdaşlıq etdi. Birinci tayfa Talış oxçuları, Qızılbaş və köçəri Şahsəvən döyüşçüləri idi. Onlar döyüşlərdə Şah İsmayılın yanında idilər.

Türkiyədə və Azərbaycan respublikasında bəziləri Şah-İsnayılın şəxsiyyətini təhrif edirlər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:12 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap