‣"Avropanın vədləri faydasızdır. Çünki Avropa ABŞ-ın sanksiyalarına riayət edir. Onlardan ümidinizi kəsin. Açıq düşmənçilik edən ölkələrə etibar etməməliyik. İran ABŞ və sionist rejimdən başqa bütün ölkələrlə əlaqələrə açıqdır."
‣İranın böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani insan hüquqlarını müdafiə etdiklərini iddia edənlərin terrorçu hazırladıqlarını bildirərək, belə deyib: “Hal-hazırda da yüzlərlə münafiq terrorçu insan hüquqlarını müdafiə etdiklərini iddia edən ölkələrdə terror təlimi keçir”.
‣Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Ayətullah Şəhid Behiştinin şəhadət ildönümü və Məhkəmə işçilərinin həftəsi münasibətilə Məhkəmə Sisteminin sədri, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşüb.
‣"Bu gün ABŞ mənfur və xəbis siyasət apararaq müharibə, təfriqə ilə başqa dövlət və xalqları qarət edir, şərafətli İran xalqını təhqir və ittiham edir. Lakin İslam Respublikası ABŞ-ın bu çirkin əməlləri qarşısında heç zaman geri çəkilmyəcək."
‣İdmanla məşğul olmayan insanın cismi zəif və gücsüz olur. Kimliyindən asılı olmayaraq, cismən güclü və çəkili görünən insan idman etmədiyi, daim yeyib-yatdığı təqdirdə, bədəni zəifləyəcək. Bunda heç bir şəkk-şübhə yoxdur. İdman etməyən insan lazımi güc və qüdrətə, idmansız cismani gözəlliyə sahib ola bilmədiyi kimi, ruh da eynilə belədir. İdmansız, məşqsiz və zəhmətsiz ruhunuz güclü ola bilməz.
‣Əməli həyatımızla bağlı bir nöqtəni diqqətinizə çatdırmaq istəyirəm. Ümid edirəm ki, inşallah, bu, həm mənim özümə, həm də siz bacı və qardaşlara təsirli olacaqdır. O da budur ki, Allaha yaxın olmaq üçün ilk pillə və əsas məsələ günahların tərkidir. Müstəhəb əməllər, nafilələr, təvəssüllər və s. işlər növbəti məsələlərdir. Əsas məsələ insanın günahlardan, xilaf işlərdən çəkinməsidir. Bu isə, təqvalı olmağı tələb edir. İnsan vücudunun ən mühüm, ən vacib tələbi təqvadır. İnsanı günahdan çəkindirən də təqvadır.
‣Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün günorta – 29 fərvərdin İran İslam Respublikası Ordusu Günü ərəfəsində ordu komandanlarından, nümunəvi hərbi kadrlardan, Bəsic Təşkilatının kiçik şəhərlərdəki nümayəndəliklərinin üzvlərindən, habelə hərbçilərin ailə üzvlərindən bir qrupu ilə görüşüb.