Əgər dəvət edən Zeynəb (s.ə) olarsa, şəhidliyə salam
Posted on : Məqalələr 10/16/2017 12:59:32 PM
Həzrət Zeynəbin (s.ə) dəvəti ilə hərəmin müdafiəçisi oldu və həmin yolda şəhidliyin şirin şərbətini içdi
Şəhid Mahmud Rza Beyzayi Suriyadakı hadisələr və təkfirçi qruplaşmalar tərəfindən Həzrət Zeynəb Kübranın (s.ə) pak ziyarətgahına hörmətsizliyə görə bu pak ziyarətgahı qorumaq üçün sənədli film hazırlayan media qrupu ilə birlikdə Suriyaya getmişdi.
O, 2014-cü il 19 yanvarda Həzrət Muhəmmədin (s.ə.s) səadətli mövludunun ildönümü günü ilə eyni zamanda bir tele-partlayış nəticəsində şəhid oldu.
Hazırda Həzrət Zeynəbin (s.ə) ziyarətgahının bu müdafiəçisinin Kövsər adlı 3 yaşlı bir qızı yadigar qalıb.
Beyzayi baytarlıq üzrə doktoranturanı bitirmiş və Azad İslami Universitetinin elmi heyətinin üzvü idi.
Şəhid Beyzayidən xatirə:
Əgər dəvət edən Zeynəb (s.ə) olarsa, şəhidliyə salam
Dostlarından biri ərəbcə bir cümləni
mənə qısa mesaj vasitəsi ilə göndərmişdi və əvvəlində belə yazılmışdı:
Bu söz Mahmud Rzadandır. O cümlə bu idi: «اذا کان المنادی زینب (س) فأهلا
بالشهادة» (Əgər dəvət edən Zeynəb (s.ə) olarsa, şəhidliyə salam).
Soruşdum:
Mahmud Rza bu cümləni harada deyib? Dedi: Tehranda olduğu sonuncu dəfə
birlikdə dərsdə olanda. Bu cümləni dərsin əvvəlində lövhədə yazdı. Mən
də onu dəftərimdə qeyd etdim. Bu cümlə onun şəhadətindən 28 gün öncə
idi.
Mahmud Rzanın siyasi bəsirəti: Bəşşar Əsəd müqavimət göstərir.
Adətən
birlikdə olduğumuz zamanda da, Suriya vəziyyəti barəsində ondan çoxlu
sual eşidərdim. Təxminin iki il öncə idi ki, bir dəfə Təbrizə gəlmişdi.
Ata evində idik. Söhbətimiz Bəşşar Əsədə çatdı. Mən ondan soruşdum ki,
səncə, Bəşşar qalasıdır ya gedəsi? Dedi: Əgər 2014-ə qədər qalsa, ondan
sonra da səs toplayacaq. O günün media atmosferində əsla belə cavabı
gözləməzdim. Çünki o zamanda hamı belə düşünürdü ki, Bəşşar Əsəd
gedəsidir. Dedim: Nə məlumdur ki, 2014-ə qədər qalsın? Dedi: Əgər Suriya
ordusu tamamilə məhv olsa da, Bəşşar Əsəd yenə müqavimət göstərəcək.
Çox təəccübləndim, amma o bu sözləri əminliklə və heç bir şübhə olmadan
söyləyirdi. Mahmud Rzanın bu siyasi bəsirəti ilə xoş onun halına.