header

 Şahın (şahların) ən böyük səhvi

 

Əgər İslam Cümhuriyyətinin banisi mərhum Xomeyninin imamsayağı rəhbərliyi ilə İslam İnqilabının qələbəsinin son min illiyin ən böyük tarixi hadisəsi saysaq düzgün olar. Bu inqilab ilahi meyarları cəmiyyətə qaytaran, böyük arif, böyük zahid, Quranın həqiqi təfsirçisi, imperialist qüvvələri dizə çökürən, xalqçı İmam Xomeyninin (r) tarixi xidməti idi. İmam Xomeyni (r) qeyri-məsumlar arasında fövqəladə şəxsiyyət idi, bütün ilahi sifətləri özündə birləşdirirdi. O Allahın verdiyi istedadlardan maksimum faydalanaraq böyük hadisələrin məsuliyyətini öz üzərinə götürdü. 
Böyük İslam Peyğəmbəri öz bərəkətli həyatının son günlərində ətrafına toplanmış səhabələr və yaxınlarına buyurdu: "Mənə kağız-qələm gətirin. Bir şey yazım ki, məndən sonra yolunuzu azmayasınız." Bəziləri Peyğəmbərin nə yazacağını hiss etdiklərindən bunu öz mənafelərinə zidd sayıb onun istəyini yerinə yetirmədilər. Aranı qarışdırdılar ki, Peyğəmbər istədiyini yaza bilməsin. Ətrafdakılar arasında bir şəxs bütün həyasızlığını ortaya qoyub küframiz bir cümlə də işlətdi. Həzrət Peyğəmbər (s) vəziyyətin nə yerdə olduğunu görüb tək qalmaq istədiyini dedi. 
İslam Peyğəmbəri 23 il əzablı yollar keçdi. Tövbə surəsinin 128-ci ayəsində oxuyuruq: "(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!" Bəli, İslam Peyğəmbərinin (s) yeganə məqsədi möminlərin dünya və axirət səadəti idi. Həzrət (s) dünyadan qəlbisınıq halda getdi. Əmin idi ki, onun vəsiyyətlərinə əməl edilməyəcək. Peyğəmbər yanılmamışdı. Hadisələrin zahiri və batinindən, bəzi səhabələrin qəlbindən keçənlərdən alim Allahın yardımı ilə xəbər tuturdu. 
Əmirəlmöminin Əli (ə) 25 il böyük çətinliklərlə üzləşdi. Müsəlmanların vəhdətinin, birliyinin pozulmaması üçün öz haqlarından keçdi. Amma vəziyyətə ciddi şəkildə nəzarət edirdi. İslam hökmlərini, Peyğəmbər sünnələrini bir yerə toplayırdı. Hicri 35-ci ildə zilhiccə ayında Osman şəriətdən uzaq əməllərinə görə qətlə yetirildi. Həzrət Əli (ə) xalqın tələbi ilə hakimiyyət məsuliyyətini üzərinə götürdü. Cahil ümmətə rəhbərlikdən çətin iş yoxdur. Onlar Allah əmrlərinə itaət əvəzinə nəfs istəklərinin ardınca gedirlər. 
Həzrət (ə) hakimiyyətə gələn kimi Təlhə və Zübeyr ona qarşı çıxdılar və hicri 36-cı ildə Cəməl savaşını qızışdırmaqla 10 min nəfərin ölümünə səbəb oldular. Tarixdə bu savaş Cəməl savaşı adlandırılıb. Həmin savaşda Peyğəmbərin zövcəsi Ayişə bu müharibədə dəvəyə (cəməl) süvar olmuşdu. O xalqı həzrət Əliyə (ə) qarşı təhrik edirdi. 
Təlhə və Zübeyr kimi səhabələrin qiyamından heyrətə gəlmiş həqiqi müsəlmanlar növbəti qiyama şahid oldular. Şamda hakimiyyəti ələ almış Müaviyə xilafət iddiasında idi, Şam əhlini həzrətə qarşı qiyama çağırırdı. Bədr döyüşünün fatihi kimi İslam tarixində yer almış həzrət Əlinin (ə) belə münasibətlərlə üzləşməsi üzücüdür. Həmin savaşda şirk və küfr bayrağını götürənlər indi İslam xilafətinə sahiblik iddiasına düşmüşdülər. Bu müharibə Fərat kənarında Süffeyn adlanan məntəqədə hicri 37-ci ilin səfər ayında baş verdi. Bu müharibədə 45 min nəfər öldürüldü. Əmirəlmömininin (ə) tərəfdarları arasındakı cahil bir qövüm müharibənin nəticələrinə etiraz edərək Bağdad və Vasət şəhərləri arasında Nəhrəvanda həzrətə qarşı qiyam qaldırdılar. Hicri 38-ci il səfər ayının doqquzunda bu müharibə 12 min nəfərin qətli ilə başa çatdı. 
Həzrət Əlinin (ə) dörd il, doqquz ay, üç günlük hakimiyyəti zamanında çox müsbət addımlar atıldı. Həzrət Əli (ə) İslamı Peyğəmbər dövründəki əsl məcrasına qaytarmağa çalışırdı. Heyf ki mövcud şərait bu islahatlara imkan vermirdi. İbn Əbilhədid Mötəzili Şafei Nəhcül-bəlağənin şərhində yazır ki həzrət Əlinin (ə) qətlinin səbəbi onun ədaləti bərpa etmək istəyi idi. Bəli, həzrət hicri 40-cı il, ramazan ayının 19-da cahil və daşürəkli Əbdürrəhman Mülcəm Muradi tərəfindən şəhadətə yetirildi.
Həzrət Əlinin (ə) şəhadəti ilə İslamda iqtidar və rəhbərlik bir dəfəlik əsl xətdən çıxdı. Bəni-Üməyyə, Bəni-Abbas xəlifələri İslam bayrağı altında ümmətə zülm etdilər. Rəhbərlik ləyaqəti və bacarığı olmayanlar hakimiyyətə gəlib İslam hökmlərini ayaq altına aldılar. Həqiqi İslam ardıcılları, azğınlıqlara etiraz edənlər həbsə alınır, sürgün edilir, öldürülürdü. 
Müaviyədən sonra onun övladları hakimiyyətə gəldi. Müaviyə 75 il yaşadı və hicri 60-cı ildə öldü. Oğlu Yezid xilafət adlandırılan padşahlığa sahib oldu. Artıq hakimiyyət irsi olmuşdu və möminlər hakimiyyətdə din axtarmırdı. 
Əxlaqsız Yezid şərab məclisləri qurur, azğınlıq edirdi. O İslam müqəddəsliklərini aşkar şəkildə aşağılayır, Peyğəmbərin risalətini inkar edirdi. 33 yaşlı Yezidin üç il, bir neçə aylıq hakimiyyəti dövründə faciələr baş verdi. Yezid hakimiyətə gələndən 6 ay sonra hicri 61-ci ilin məhərrəm ayında Kərbəla müsibətinin səbəbkarı oldu. Bu hadisə təkcə Bəni-Üməyyə yox bütün xilafət silsiləsi üçün bir ləkə idi. Hicri 63-cü ildə İmam Hüseynin şəhadətinə etiraz edən insanlar Mədinədə qiyam qaldırdı. Hakimiyyət üç gün Mədinə əhlinin malını, canını, namusunu qaniçən qoşuna halal etdi. Peyğəmbər səhabələrinin çoxu qətlə yetirildi, müsəlman qadınlara təcavüz olundu. Tarixçi Məsudi yazır ki, həmin vaxt Mədinədə minə yaxın subay qız hamilə oldu. Qaniçən Şam qoşununun başçısı Müslüm ibn Üqbə qətliama imza atdı. 63-cü il zilhiccə ayının 26-a bu şəxs Mədinəni viran qoydu. Hicri 64-cü ildə Məkkədə Abdullah Zübeyrin başçılığı ilə qiyam yatırıldı. Məscidül-həramı mancanaqlarla xaraba qoydular. Yezid hicri 64-cü ildə 37 yaşında öldü. 
Yeziddən sonra onun oğlu Müaviyə hakimiyyətə gəldi. Müaviyənin mötədil şəxs olduğu söylənilir. O ata-babasının azğınlıqlarına qarşı çıxdı, hakimiyyəti Bəni-Haşimin haqqı elan etdi. Bu addımlarına görə Bəni-Üməyyə başçıları onu hakimiyyətdən uzaqlaşdırıb, Mədinənin sabiq hərbi başçısı Mərvan ibn Həkəmi hakimiyyətə gətirdilər. Bu şəxs 65-ci ildə öldü, hicri 132-ci ilə qədər Mərvan övladları hakimiyyətdə oldu. Mərvan oğlu Əbdülməlik siyasətbazlıqla 86-cı ilə qədər hakimiyyətdə oldu. 
Əbdülməlikin yadda qalan cinayətlərindən biri Həccac ibn Yusif Səqəfini İraqa hakim təyin etməsi oldu. Bəsrə və Kufə həzrət Əlinin (ə) hakimiyyəti altında idi. Tarixçilər yazır ki Hulakuxandan Hitlerə qədər bütün qaniçən başçıları yada salsaq Həccac ibn Yusif kimisi tapılmaz. 
Əbdülməlikin dörd oğlu var idi. Bu dörd övlad hicri 105-ci ilə qədər hakimiyyətdə oldu. Sonra hicri 125-ci ilə qədər Hişam ibn Əbdülməlik, hicri 132-ci ilə qədər Mərvan ibn Məhəmməd ibn Mərvan Həkəm hakimiyyətə sahib durdu. Nəhayət Mərvan övladları Abbasilərin əli ilə hakimiyyətdən uzaqlaşdırıldı. Bu işdə Əbumüslim Xorasaninin də köməyi oldu. 
Yezid ibn Əbdülməlikin dörd illik hakimiyyəti dövründə saray əyyaşlıqda qərq oldu. Gündüzlər xəlifə libası geyən bu əyyaş məst halda məsciddə sübh namazını altı rəkət qılmışdı. Camaatın etirazı ilə qarşılaşan Mərvan halını pozmadan demişdi ki, altı rəkət azsa yenə də qılaq. Mərvanın nisbətən insaflı qardaşı ona çox nəsihət verirdi. Amma bunun təsiri yox idi. Bu azğın şəxs daim əyləndiyi Həbanə adlı qadına xəlifə libasını geyindirib məsciddə göndərdi. Həbanə xəlifə libasında imamın yerində dayanıb namaz qıldı. Bu azğın qadın nar yeyərkən boğulub öldü. Xəlifə onun cənazəsi üzərində üç gün keşiş çəkdi. Qadının dəfni üçün zorla icazə aldılar. Xəlifə gecə peşman oldu və qadının qəbirdən çıxarılması üçün göstəriş verdi...
Ömər ibn Əbdüləzizin iki illik xilafəti də xatırlanasıdır. İmam Səccadın (ə) təbirincə, Bəni-Üməyyənin ən nəcib şəxsi bu şəxs olub. Ömər ibn Əbdüləziz xanım Zəhradan (s) zorla alınmış Fədək bağını Əhli-beyt övladlarına qaytardı. İmam Hüseynin (ə) qənimət kimi saxlanan başına qüsl verib, namaz qılıb, Kərbəlada pak cəsədi ilə birlikdə dəfn etdi. Bəni-Abbas dövrü də Bəni-Üməyyə dövründən yaxşı olmalı. Hətta Mənsur və Mütəvəkkil kimi xəlifələr azğınlıqda Bəni-Üməyyəni ötüb keçdi. Bəni-Abbasın hakimiyyəti Abdullah Səffahın dörd illik hökuməti ilə başladı. Sonra hakimiyyətdə 22 il Mənsur oldu. Bu şəxs qaniçənlikdə, dinsizlikdə öndə gedirdi. Ona Mənsur Dəvanəqi də deyirdilər. Çünki bu şəxs gündə iki dəfə ixtiyarında olan pulları sayırdı. Danəq dənə mənasını bildirir, onun cəmi dəvanəqdir. Bu şəxs Xorasan əhlinin qiyamını yatırmaq üçün Əbu Müslim adlı sərkərdəni məntəqəyə göndərdi. Bu şəxs 200 min insanı qətlə yetirdi. Əbu Müslimin artan nüfuzundan qorxan Mənsur onun özünü də öldürdü. Abbasilərin hakimiyyəti dövründə xüsusilə şiələr təzyiq altında oldu. İmam Baqirdən İmam Əsgəriyə qədər məsumlar Abbasilərin əli ilə şəhadətə yetirildi. Məhəmməd əl-Məhdi, Harrun ər-Rəşid, Əmin, Məmun, Mötəsim Abbasilərin tanınmış və zalım nümayəndələridir. Hicri 656-cı ildə Hulakuxanın əli ilə Abbasilərin hakimiyyətinə son qoyuldu. Abbasilərin digər nümayəndələri məşhur olmayıb, əksəri İran şahlarının əlaltısı olub.
Mötəsim Billahın qətli ilə Abbasilərin hakimiyyəti başa çatdı. Bundan sonra da xilafət padşahlıq formasında davam etdi. Heç bir sultan, heç bir şah İslam qanunlarına ehtiram göstərmədi, şəriətə əməl olunmadı. Tahirilən, səffarilər, samanilər, ali-Ziyar, ali-Buyə, qəznəvilər, səlcuqilər, atabəylər, ğuryan, xarəzmşahlar, cəlairilər, ali-Müzəffər, teymurilər, səfəvilər, əfşarilər, zindilər, qacarilər, sonda pəhləvilər ayrı ayrı dönəmlərdə hakimiyyətdə oldu. Bu silsilə arasında istisnalar olsa da əksər hakimlər xalq zülm etdi, ədaləti gözləmədi. Bunların arasında şəhid şah adlandırılan Nasirəddin şah kimi iradəsiz biri də var. Onun hakimiyyətində fəsaddan başqa bir şey müşahidə olunmayıb. O deyir ki, adətim üzrə hamamda müxtəsər fikrə getdim, əgər ayıltmasaydılar bu xəyal dörd saatı ötəcəkdi. Bu şəxs utanmadan yazır ki, Fransada qadınlarla kişilərin bir yerdə yuyunduğu hamamlar var, buna kimsə etiraz etmir!! Guya bu şah öz xalqının geri qalmasından nigarandır. Onu alimlərin fəsadla mübarizəsi narahat edir. Səfər xatirələrini Nasirəddin şah öz əli ilə yazıb. Pəhləvi dövrü daha pis oldu. Bu dövür əvvəlki dövürlərdən daha qaranlıq idi. Azadlıq, ədalət, din və millət istəyənlər məhv edilirdi. Başqa müsəlman ölkələrində müqavimətlə rastlaşan istismarçı ölkələr İranı rahatcasına qəsb edirdi. Əxlaqsızlıq baş alıb gedirdi. 
Şəmsi 53-cü ildə Adamo adlı əxlaqsız fransa sənətçisi İrana gələndə onu Mehrabad limanında 4000 oğlan və qız qarşılamışdı. Adamo Mehrabadda müsahibə vermişdi. Demişdi ki, bu azadlıq mənə çox təsir etdi. Adamo demişdi ki, iranlı oğlan və qızların ondan imza istəməsindən çox təsirlənib. Hətta bir iranlı gənc yaxasını açaraq sinəsinə imza atılmasını istəyib. Bu da şahlığın ölkəyə gətirdiyi mədəniyyət!
Qaniçən şahın şəxsiyyəti barədə çox danışılıb. Şahla rabitədə olan insanlar onu müdafiə etməyə çalışsalar da həqiqəti hamıdan yaxşı biliblər. İki pəhləvi şahının dinə vurduğu zərbə misilsizdir. Ata şah millətin nifrətini qazanmaqla yanaşı ABŞ və müttəfiqləri tərəfindən də ləyaqətsiz sayılırdı. Müttəfiqlər də onun şəxsiyyətsiz və ağılsız olduğunu düşünürdü. CİA-nın sabiq rəisi Riçard Holms deyir ki, İran şahı ən alçaq diktator olub, küsəyən zəif uşaq qədər dəyəri yoxdur. Sabiq Yunanıstan kralı Konstantin şah və Fərəhlə Misirdə görüşdən sonra deyib: "Şah və xanımı ilə söhbətdən sonra özümü bədbəxt və aciz hiss etdim." Beynəlxalq aministiya təşkilatı öz hesabatlarında şahı ən böyük riyakar adlandırır. Hayzer "Tehranda məxfi tapşırıq" adlı 470 səhifəlik kitabında yazır ki qanuni hökumətin süqutunda əsas müqəssir şahdır. Müəllif şahı müasir sənayeni geri çəkməkdə ittiham edir. 
Oğul şah İranı tərk edərkən ondan soruşurlar ki, nə üçün tərəfdarlarını nümayişə çağırmır. Ona fransız general Doqolun tərəfdarlarının Şanzeliza küçəsindəki nümayişini xatırladırlar. Şah belə cavab verir: "Məsələ bundadır ki, mənim tərəfdarlarım artıq Şanzelizadadır." Qardian qəzetinin şaha ünvanladığı "ən böyük səhviniz nə olub" sualına cavabı maraqlıdır. Şah deyir: "Mənim ən böyük səhvim dünyaya gəlməyim olub!!" Qəzet yazır: "Şah şəxsən şər adam kimi görünməsə də ən böyük fitnələrə imza atıb. Ona baxanda axmaq görünməsə də, əməlləri ağılsızlığını göstərir." Tanınmış sionist və şahın yaxın dostu Henri Kisincer deyir: "Şah öz düşüncəsinə güvənən axmaq bir adamdır." Amerikalı kapitalist Rok Feller deyir: "Şah öz bacarıqsızlığı və əliaçıqlığı ilə yaxşı şərikdir." Sandi Taymsın redaktoru Frank Çiler deyir ki şah olmasaydı Britaniya yoxsulluqdan məhv olardı. Sabiq Fransa prezidenti Valeri Jiskardsten şahla böyük bir müqavilə imzaladıqdan sonra yaxınlarına deyib: "Kaş dünyada bunun kimi şah çox olaydı. Ona nə deyirsən qəbul edir..." Sabiq ABŞ prezidenti Nikson İran şahını başqa şahlar arasında axmaqlıqda müstəsna istedad adlandırıb. 
Sabiq Britaniya baş naziri Edvar Heys yazır ki, şahın yeganə istedadı yekəxanalıq, Fransada fransızca, Britaniyada ingiliscə danışmaqdır. Sabiq Misir başçısı Ənvər Sadat şahı şik geyimli lovğa adlandırır. Ərəb başçılarından olan Məlik Hüseyn şahı yaxşı qumarbaz və şərabxor kimi tanıdığını deyib.
Sabiq ABŞ prezidenti Karter şahın ölümündən sonra yazır: "Mən onu ilk dəfə 1977-ci ildə gördüm. Bu üç ildə onun başına nə gəldi! O iqtidar zirvəsindən zillət quyusuna düşdü. Hakimiyyəti əldən çıxardı, qaçmağa üz tutdu. Hakimiyyəti dövründə çox çirkin işlər gördü. O öz süqutunda məni müqəssir sayır. Maraqlıdır ki, İmam Xomeyni məni şahı himayə etməkdə qınayır."
Şahın son ordu qərərgah rəisi Qarabaği deyir: "Mən şahın hakimiyyətdə qalması üçün ordunun bütün gücünü işə saldım. Amma bu iradəsiz adamın şahlıq ləyaqəti yox idi." General Rəbii deyir: "General Hayzer şahı ölü siçovul kimi İrandan bayıra atdı. Şah general Hayzerə dedi ki, İmam Xomeyni onu hakimiyyətdən endirməklə kifayətlənməyəcək, boynunu vuracaq."
Panamanın sabiq prezidenti Turixus şahla bağlı xatirələrini bölüşür. İrandan qaçan şahı Panamada qarşılayan prezident deyir: "2500 illik şahlıq sülaləsinin pəhləvi əfsanəsi bir neçə çamadan və iki itdən ibarət idi."
Şah Tehranda neçə milyonluq nümayişləri görüb əmin oldu ki artıq hamı ona qarşıdır. O sarayda var gəl edir və həyacan içində təkrarlayırdı: "Axı Xomeyni bu xalq üçün nə edib?!"
Allah-Taala İamın böyük ruhunu peyğəmbərlər, övliyalar, şəhidlər və salehlərin ruhu ilə məhşur etsin. Bu məmləkətə, bu millətə, hətta İslam dünyasına şəxsiyyət və əzəmət verən İmam oldu. O xalqı sevirdi, xalq da onu. Həqiqətən də İran xalqı inqilab yolunda bütün gücünü ortaya qoydu. İmam öz vəsiyyətnaməsində buyururdu: "Əziz bacı qardaşların hüzurundan aram və şad bir ruhiyyə ilə Allahın hüzuruna gedirəm..."
Məsumlar ümmətin cahilliyindən çox əziyyət çəkib. Bu baxımdan İmam Xomeyni çox xoşbəxtdir. Çünki onu başa düşən xalq olub. Hətta İslam Peyğəmbəri dünyanı qəlbisınıq halda tərk etdi. İmamın ardınca gedən xalq bu gün Böyük Rəhbərin xəttini izləyir. Allahın salamı olsun İmama (r), onun ümmətinə.

Əli Məhəmməd Bəşarəti

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap