Ayətullahul-üzma seyyid Əli Sistani islahatlarla bağlı İraq parlamentinə müraciət edib
Posted on : Şəxsiyyətlər 10/16/2017 12:59:55 PM
Eyni zamanda bu islahatların ölkənin istənilən hədəfə doğru irəliləməsinə ümid yaratdığını bildirmişdir.
Ayətullahul-üzma seyyid Əli Sistani İraq
parlamentinə müraciət edib. Müraciətdə ölkənin baş naziri İbadinin
başlatdığı islahatlarının qarşısını almaq üçün konstitutsiyanı bəhanə etməməyə
çağırış edib.
Ayətullahul-üzma seyyid Əli Sistani son
aylarda xalqın da islahatlar tələb etdiyinin şahidi olduqlarını və bir çox sahələrdə
islahatların aparılması uğurlu həyata keçirildiyini qeyd etmişdir. Eyni zamanda
bu islahatların ölkənin istənilən hədəfə doğru irəliləməsinə ümid yaratdığını
bildirmişdir.
Müraciətdə konstitutsiyanın qorunmasının
vacibliyini qeyd edən Əli Sistani, amma heç bir məmurun konstitutsiyanı bəhanə
edərək islahatları arxa plana atmamalı olduğunu bəyan etmişdir. (dunyabulteni)
Xatırladaq ki, İraq parlamenti baş nazirin təkbaşına
islahatlar aparmasını qadağan edən qanun qəbul etmişdir.