header

 Alimlərin məqamı və onlara itaət etmək

İmam Sadiq (ə) buyurub:

فَأمَّا مَن کَانَ مِن الفُقِهَاءِ صائِناً لِنَفسِهِ حَافِظاً لِدِينِه مُخَالِفاً لِهَواه مُطيعاً لِاَمرِ مُولاَه فَلِلعَوامِ اَن يُقَلّدُوهُ وَ ذَلِکَ لاَ يَکُونَ إلاّ بَعضَ فُقَهاءِ الشِيعَةِ لاَ کُلَهُم

«Fəqihlərdən hər hansı biri öz nəfsini ehtiras və nəfsani istəklərdən saxlayarsa, dinini mühafizə edərsə, həvayi-nəfsinə müxalif olarsa, mövlasının əmrinə müti olsa, avam camaat gərək onlara təqlid etsinlər. Bu xüsusiyyətlər də hamıda deyil, şiə fəqihlərindən bəzilərində olur.» (Vəsailüş-şiə, c/18, səh/95)

 

Buna əsasən islam dinində özləri müctehid olmayan şəxslər fəqihlərə təqlid etməlidirlər. Əlbəttə, hədisdə qeyd olunan dörd şərtə malik olan fəqihlər nəzərdə tutulur.

 

İncə nöqtələr:

Fəqih öz nəfsini bütün günahlardan və rəzil sifətlərdən qorumalı, vacibatı yerinə yetirib haram işləri tərk etməyə çalışmalıdır ki, sözləri təsirli olsun.

Din alimləri nəfsani istəklərlə müxalifət etməli, əql, iman və Allahın razılığını hər bir şeydən irəli keçirməlidirlər.

İslamın ruhu və təslimçilikdən ibarət olan Allaha qeydsiz-şərtsiz itaət etmək ruhiyyəsi bu ilahi şəxsiyyətlərdə hakim olmalıdır.

Allah dininin siyasi, iqtisadi, mədəni və etiqadi sahələrdə mühafizətçisi olub Peyğəmbərlərin vəzifələrini həm adi, həm də çətin şəraitlərdə qorumalıdırlar və islamın məsləhətini fikir və əməldə ilahi vacibatların ən mühümü bilməlidirlər. Peyğəmbərlərin vəzifələrinin qoruqçuları həm adi, həm də çətin şəraitlərdə siyasi, iqtisadi, mədəni və etiqadi sahələrdə Allah dinini qorumalı və islamın məsləhətini fikir və əməldə ilahi vacibatların ən mühümü bilməlidirlər.

Təqribən bir səhifədən uzun olan bu rəvayət təqlid edilməyə səlahiyyəti olan və olmayan şəxsləribəyan edir. Camaatın günahkar, cahil, fasiq öz həvayi-nəfsinə tabe olan bir şəxsə təqlid etməyə haqqı yoxdur, əgər təqlid edərlərsə Allah-taalanın Quranda məzəmmət etdiyi bu şəxslər olacaqlar:

فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـذَا مِنْ عِندِ اللّهِ لِيَشْتَرُواْ بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُمْ مِّمَّا يَكْسِبُونَ

«Vay olsun o kəslərə ki, öz əlləri ilə kitab yazıb sonra «bu Allah tərəfindəndir» – deyirlər ki, onun vasitəsilə bir qədər gəlir əldə etsinlər. Vay olsun onlara əllərinin yazdıqlarından və vay olsun onlara qazandıqlarından.» (Bəqərə /79)

İlahi hökmləri təhrif edənlər Allaha böhtan və yalan nisbəti verir, buna görə də bərzəx aləmində və cəhənnəmdə ilahi əzaba düçar olacaqlar.

Məsum İmamın (ə) qeybdə olduğu uzunmüddətli qeyb  dövründə müctəhid olmayan müsəlman bir şəxsin vəzifəsi camiuş-şərait fəqihlərə təqlid etməkdir. Eləcə də ictimai həyatın hər bir yönündə təqlid etmək hamının qəbul etdiyi bir məsələdir. Məsələn, tibb sahəsində həkimin dediklərinə, texnikada mühəndislərin və texniklərin dediklərinə təqlid edirlər. Din barəsində də müctəhid olmayan şəxs dində mütəxəssis olanlara müraciət etməlidir.

İslam dininə əməl etmək yolları – ictihad, təqlid və ehtiyata əməl etməkdir.

Bu fəqihlərin tanınması din məsələlərində təqlid etmək istəyən bütün şəxslərin vəzifəsidir.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap