header

 Ərəfə gününün əməlləri

Ərəfə” islamda bayram hesab edilməsədə çox mübarək bir gündür

Zilhiccə ayının 9-una təsadüf edən müstəhəb əməlləri diqqətinizə çatdırır.

“Ərəfə” günü isə Allah öz nemətlərini yer üzündə olan insanlara şamil edər və Şeytan bu gün qəzəbli və alçalmış olar.

Bu günün əməlləri isə bunlardır:
1.Qusl.
2.Bu gün imam Hüseyn(ə)-ı ziyarət etmək (Aşura ziyarəti ilə olsa belə).
3.Əsr namazından sonra açıq səma altında 2 rükət namaz qılmaq. Birinci rükətdə “Həmd”-dən sonra “İxlas”, ikinci rükətdə “Həmd”-dən sonra “Kafirun” surəsi oxunur.
4.Oruc tutmaq (onun zəifləməsinə və dua oxumayacağına səbəb olmayacaqsa).
5.Peyğəmbərin təsbehi: “Subhanəlləzi fissəmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, Subhanəlləzi finnari sultanuh, Subhanəlləzi fil cənnəti rəhmətuh, Subhanəlləzi fil qiyməti ədluh, Subhanəlləzi rəfə əssəma, Subhanəlləzi bəsətəl ərzə, Subhanəlləzi la məlcə ə və la məcə ə minhu illa iləyh. Subhanəl lahi vəl həmdu lilləhi və la ilahə illəllahu vəllahu əkbər.”
6.İmam Sadiq (ı)-dan zikr olunan salavat: “Allahummə inni əs əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid ya mən yəhulu bəynəl mər i və qəlbih, ya mən huvə bil mənzəril əla və bil ufuqil mubin. Ya mən huvər rəhmanu ələl ərşistəva ya mən ləysə kəmislihi şəyun və huvəs səmiul bəsir. Əs əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.”
7. “Ummu-Davud” duasını oxumaq (Dua kitablarında qeyd olunub)
8.İmam Hüseyn (ə)-ın “Ərəfə” günündə oxuduğu dua.
9. “Ərəfə” gününün sonunda bu duanı oxumaq: “Ya rəbbi, innə zunubi la təzurruk, və innə məğfirətik li la tənqusuk, fə ətini ma la yənqusuk, vəğfirli ma la yəzurruk.”, “Allahummə la təhrimni xəyrə ma indəkə lişərrin ma indi fə əntə ləm tərhəmni bi tə əbi və nəsəbi fəla təhrimni əcrəl məsaibi əla musibətih.”

“Ərəfə” gecəsini ibadətlə keçirtməyin savabı 170 il ibadətin savabı kimi qeyd olunar və bu gecədə imam Hüseyn (ə)-ı ziyarət etmək (Aşura ziyarəti ilə olsa belə) müstəhəbdir.
Ərəfə” islamda bayram hesab edilməsədə çox mübarək bir gündür
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap