header

 Amerikalı alimin Əllamə Təbatəbaiyə sualları

Nyu-York sakini olan alimlərdən biri dünya şöhrətli Əllamə Təbatəbaiyə yazılı şəkildə müraciət edib. Mərhum Əllamə Təbatəbainin bu suallara cavabları sonradan kitab şəklində toplanıb. Həmin suallardan bir qismini və Əllamə Təbatəbainin cavablarını diqqətinizə çatdırırıq.

Sual: İslamda qadın və kişi bərabərdirmi? Qadın ölkənin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak edə bilərmi?

Əllamə Təbatəbai: İlkin İslam dövründə qadına iki münasibət mövcud idi. Bəziləri qadınla əhilləşmiş heyvan kimi rəftar edirdilər. Qadın cəmiyyətin üzvü sayılmırdı, sadəcə ondan istifadə edilirdi. Digər bir qrup əvvəlkilərə nisbətən mədəni davranır, qadına naqis üzv kimi baxırdılar. Qadın onlar üçün uşaq və ya əsir kimi idi. Bəşər cəmiyyətində qadına tam üzvlük haqqı verən İslam oldu. Ali-İmran, 195: “Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” Ayədən göründüyü kimi İslamda qadın və kişinin fəaliyyətləri heç bir fərq qoyulmadan dəyərləndirilir. İslam yalnız 3 sahədə qadının müdaxiləsinə icazə vermir: hökumət, mühakimə və müharibə. Dini mənbələrdən başa düşülən budur ki, qadında duyğular güclü olduğundan həmişə ağılın hökmünü kölgədə qoyur. Hansı ki, qeyd olunan 3 sahədə hisslər yox, ağıl söz sahibi olmalıdır. Duyğuları, hissləri hakim olan varlığa ağıl tələb olunan iş tapşırılsa, həm iş səmərə verməz, həm işçi inkişaf etməz. Deyilənlərin ən gözəl sübutu Qərbdə qadınların həmin üç sahədə kişilərlə yanaşı çalışması və heç bir müsbət nəticə alınmamasıdır. İstər dövlətçilikdə, istər mühakimədə, istərsə də savaşda dahilər yetişir. Əgər nümunələri araşdırsaq, görərik ki, qadınlara açıq Qərb cəmiyyətində həmin sahələrdə müvəffəqiyyət kişilərin tərəfindədir. Hansı ki, tibbdə, incəsənətdə, kişilərdən irəli çıxan qadınlar var.

Sual: Nə üçün qadına çatan irs kişiyə çatan irsdən azdır?

Əllamə Təbatəbai: İslamda qadına bir pay, kişiyə iki pay irs düşür. İslam təlimlərinə əsasən bunun səbəbi ailədə qadının dolanışığının kişinin öhdəsinə olmasıdır. Bu hökmdə də qadında duyğuların, kişidə düşüncənin güclü olması təsirsiz ötüşməyib. Bir nəsil dünya ilə vidalaşanda başqa bir nəsil onların sərvətinə sahib olur. İslam baxımından kişilər mülkiyyət üzərində idarəçilik istedadlarında məharətli olduğundan qadından bir pay artıq irsə sahib olur. Duyğulu insanın mülkiyyətin idarəçiliyində qaydalara riayət edə bilməməsi şübhə doğurmamalıdır. Əgər Quranda ardıcıl şəkildə sədəqəyə çağırışlarla rastlaşırıqsa, belə bir xəbərdarlıq da var ki, sədəqə verəndə hədd gözlənilməlidir. Qadın mərhəmət hisslərinin təsiri altında bu qəbil qaydalara riayət etməyə də bilər. Amma ümumi götürdükdə irsin bərabər bölünməməsi səbəbi qadının xərclərinin kişinin öhdəsinə olmasıdır.

Sual: Nə üçün boşanma hüququ kişinin ixtiyarındadır.

Əllamə Təbatəbai: Burada da kişinin ağıl, qadının duyğular əsasında qərar çıxarması öz təsirini göstərir. Bununla belə İslam şəriəti qadına ixtiyar verib ki, izdivac zamanı boşanma hüququnu özündə saxlasın.

Sual: Qadın iqtisadi baxımdan müstəqil ola bilərmi?

Əllamə Təbatəbai: İslamda qadın özünə aid olan iqtisadi məsələlərdə tam müstəqildir. Onun malik olduğu mülkiyyət üzərində kimsə hökm verə bilməz.

Sual: Nə üçün kişi bir neçə qadınla evlənə bilər?

Əllamə Təbatəbai: Unutmamalıyıq ki, İslam çoxarvadlılığı vacib buyurmayıb. Bir işin vacib edilməsi ilə həmişə işə icazə verilməsi arasında fərq var. İslam kişiyə icazə verib ki, 4 qadınla izdivac etsin. Amma bunun şərti var. Kişi o zaman bu işi görə bilər ki, qadınlar arasında ədalətlə, heç birinin haqqını pozmadan rəftar edə bilsin. Bu şərtlər kişinin 4 qadınla evlənməsi hökmünün mümkün zərərlərini aradan qaldırır. Aydın məsələdir ki, 4 qadının hər birinin məskən, dolanışıq hüququ var. Övladların xərci zövcələrin xərci kimi kişinin üzərinədir. Çox az kişilərin birdən artıq qadınla evlənmək şəraiti var. Digər tərəfdən, müharibə kimi hadisələrdə kişilərin sayı azaldığından bu hökm bütün qadınların ailə həyatı qurmasına şərait yaradır. Bu hökmün təbii zərurətləri mövcuddur. Müəyyən bir ili başlanğıc götürsək və dünyaya gələn övladların statistikasını aparsaq, 16-cı il evlənmək səlahiyyəti olan qadınların sayı evlənmək səlahiyyəti olan kişilərin sayından 7 dəfə çox olacaq. 20-ci ildə bu nisbət 11 qadın-5 kişi həddinə çatacaq. 25-ci ildə 16-10 nisbətinə şahid olacağıq. Zaman ötdükcə bu nisbət dəyişəcək.
Bundan əlavə qadınların ömrü kişilərin ömründən uzundur. Qəfil ölüm kişilər arasında daha çoxdur. Bu halda cəmiyyətdə dul qadınların sayı artır. İkinci dünya müharibəsindən sonra Almaniyada qadınlar dövlətə müraciət etmişdilər ki, kişilərə 2-ci qadınla evlənmək icazəsi verilsin. Dövlət bu sosial tələbə cavab vermək istəsə də kilsə buna qarşı çıxmışdı.
Bəzi qadınların çox arvadlılığa qarşı çıxması təbii hisslərdən doğmur. Heç bir kişiyə zorla ikinci qadın alınmır, heç bir qadın zorla ailəli kişiyə ərə verilmir. İstisnaları nəzərə almırıq. Min illərdir müxtəlif xalqlar arasında bir kişinin bir neçə qadınla evlənməsi sosial sifariş olaraq həyata keçir.

Sual: İslam zamanla ayaqlaşırmı?

Əllamə Təbatəbai: İslamın zamanla ayaqlaşmaması iddiası fəlsəfi yox, emosional düşüncədən qaynaqlanır. Zaman və məkan nə qədər dəyişsə də cəmiyyət öz həyatını yaşayır və ictimai qanunlara ehtiyac aradan qalxmayıb. Min illərdir gecə və gündüz növbə ilə yerini dəyişir. Sadəcə ictimai həyatda istəklər artıb. Rifah şəraiti genişləndiyindən insanlar yaxşı yaşamaq üçün yarışa girib. Bəsirətsiz, heyvansayağı yalnız qarnını düşünən insan təbii ki, mənəvi ehtiyaclarına kor olur. Zaman dəyişib deyəndə qəbul edə bilmərik ki, insanın mənəviyyat ehtiyacı aradan qalxıb. Əgər İslam əxlaq və mənəviyyat ehtiyaclarına cavab verirsə, zamanın dəyişməsinin ona nə təsiri ola bilər?! İslamda insan cəmiyyətinin bütün ehtiyacları nəzərə alınaraq qanunlar tənzimlənib. İslam qanunları cəmiyyəti xoşbəxtliyə aparır. Zamanın dəyişməsi əxlaq və mənəviyyatdan imtinadırsa bu cəmiyyət bədbəxtliyə gedir. İnsan nə qədər dəyişsə onun fitri meylləri yerindədir. Onun sevgiyə, dostluğa, mərhəmətə ədalətə, təlaşa ehtiyacı var. Əgər İslam bu ehtiyaclara bütün məktəblərdən daha kamil cavab verirsə, demək zamana da cavab verir.
İslam dini hökumət başçısına ixtiyar verir ki, cəmiyyətin ehtiyaclarına uyğun qanunlar tənzimlənsin. Əlbəttə ki, bu qanunlar şəriət qanunlarını pozmayacaq. Çünki şəriət qanunları insanın dəyişməyən təbiətinə ölçülüb. Zaman dəyişib deyəndə insanların bir məsafəni piyada yox, maşın və təyyarə ilə qət etməsi nəzərdə tutulursa, bunun İslam qanunlarına heç bir təsiri yoxdur. İslamın zamana cavab vermədiyini iddia edənlər ortaya nümunə qoymalıdır. Biz İslamın istənilən bir hökmünün zamanla uyuşub-uyuşmaması barədə mübahisəyə hazırıq.

Sual: 1400 il öncə ərsəyə gəlmiş İslamda dəyişiləsi qanun çoxdurmu?

Əllamə Təbatəbai: Əgər şəriət qanunları varlıq aləminin nizamı və insan fitrəti əsasında yaradılıbsa, onların dəyişməsinə ehtiyac yoxdur. Biz demədik ki, qanunlar dəyişməlidir. Ehtiyac olan yeni münasibətlərin tənzimi üçün şəriətə uyğun qanunlar yaradılmasıdır. Rum, 30: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz.”

Sual: Xanım Zeynəbin vəli-əhd, canişin olduğunu qəbul edirsinizmi?

Əllamə Təbatəbai: Dediyiniz sözün heç bir dəlili yoxdur. Ümumiyyətlə İslamda vəli-əhdlik məqamı nəzərdə tutulmayıb. Canişin isə başqadır. Qəti dəlillərə əsasən İmam Hüseynin (ə) canişini bacısı xanım Zeynəb yox, İmam səccad (ə) olub. Bəli, xanım Zeynəb Aşuradan sonra zalım Bəni-Üməyyə xanədanına qarşı mübarizə apardı. O öz elmi, təcrübəsi, şəxsiyyəti baxımından İmam Hüseynin (ə) vəsiyyətini yerinə yetirməyə səlahiyyətli olduğunu sübuta yetirdi. İslam baxımından insanın dəyəri onun elm və təqvasıdır. Əsil-nəcabət, sərvət, güc meyar deyil. İslamda bir xanım elm və təqvası sayəsində kişilərlə çiyin-çiyinə mübarizə apara bilər. İstisnaları öncə qeyd etdik. Hucurat, 13: “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”

Sual: İslamda ailə təşkilinə münasibət necədir?

Əllamə Təbatəbai: Ailə haqqında danışmaq söhbətimizin hüdudları imkanından xaricdir. Biz yalnız bəzi nöqtələri xülasə şəkildə qeyd edə bilərik. Cəmiyyətin əsasını ailə institutu təşkil edir. Cəmiyyətin yaşaması və öz həyatını davam etdirməsi üçün cinslər və ailə institutu nəzərdə tutulub. Allah ata-ananın qəlbində övlad sevgisi yerləşdirib. Məhz bu sevgi sayəsində valideynlər övladı böyütmək çətinliyini eşqlə qəbul edir. Beləcə cəmiyyətin həyatı davam edir. Təbii ki, övlad da öz növbəsində zamanı çatanda ata-anaya dayaq olur. Ailələrdən cəmiyyətlər yaranır. Cəmiyyət böyüdükcə şəhərə, vilayətə ölkəyə çevrilir. Cəmiyyətin sağlam həyatı üçün cinsi münasibətlər tənzimlənməlidir. Əgər insan cinsi istəyini qeyri-rəsmi yolla təmin etsə ailə qurmağa maraq qalmaz, nəticədə cəmiyyət dağılar. Cinsi münasibətlərin azad olduğu ölkələrə baxsaq, şahid olarıq ki, ailə institutu məhv olmaq üzrədir. Bu cəmiyyətlər əhalinin qocalması və azalması kimi ciddi problemlər yaşayır. Amerikada ildə 300 min atasız uşaq doğulur. Belə bir cəmiyyəti böyük faciələr gözləyir. İslam cinsi münasibətləri ailə qurumunda tənzimləyir, qadın və övladların xərcini kişinin üzərinə qoyur. İslamda məhrəmlərlə ailə qurmaq haramdır. Ana, bibi, xala, bacı, qardaş və bacının qızı ilə ailə qurmağa icazə verilmir. Süd anası da belədir. Mənim sadaladıqlarım Qurani-kərimin Nisa surəsində qeyd olunub.

Sual: İslam boşanmaya necə baxır?

Əllamə Təbatəbai: İslam qanunlarında boşanma hökmü ətraflı şərh olunur. İslamda insan üçün çıxılmaz vəziyyət, dalan yoxdur. Əgər ailə həyatını davam etdirmək qeyri-mümkünsə, boşanma çıxış yoludur. Əlbəttə ki, insan heç vaxt tələsik boşanma qərarı çıxarmamalıdır.

Sual: Qadın həyat yoldaşı seçmək hüququna malikdirmi?

Əllamə Təbatəbai: İslamda qadın həyat yoldaşı seçimində azaddır.

Sual: Ailə dağılanda övlad kiminlə qalmalıdır?

Əllamə Təbatəbai: Boşanmış qadın 7 yaşına qədər övladını özü ilə saxlaya bilər. Bu müddətdə uşağın xərcləri atanın öhdəsinədir. Bunun fiqhi əsasları var.

Sual: Həzrət Əli (ə) buyurur ki, övladlarınızı gələcək üçün tərbiyə edib. Bu o demək deyilmi ki, İslam qanunları zaman ötdükcə dəyişməlidir?

Əllamə Təbatəbai: Oxuduğunuz hədis Nəhcül-bəlağədə yer alıb. Həzrət nəzərdə tutur ki, övladlarınızı bu günün ənənələri əsasında tərbiyə etsəniz, bu ənənələr onları inkişafdan saxlayar. Əgər insan at və ulaqla səfərə çıxmağı kafi saysaydı, heç vaxt avtomobil ixtira etmək fikrinə düşməzdi.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap