header

 Səfir Azərbaycanın adının İsrail vətəndaşları üçün təhlükəli ölkələr siyahısına salınmasının səbəbini açıqlayıb

Rafael Harpaz: “Azərbaycan İsrail üçün təhlükəli ölkələr siyahısında sonuncu yerdədir”

Bakı. Anaxanım Hidayətova – APA. İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın APA-ya  müsahibəsi

 

- Cənab səfir, öncə bu yaxınlarda ABŞ-a baş tutmuş səfəriniz barədə danışmanızı istədik...

 

- Səfər çərçivəsində mən Vaşinqton, Filadelfiya və Nyu-Yorkda olmuşam. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla birgə əsas məqsədimiz ABŞ ictimaiyyətini, Konqres və Dövlət Departamenti nümayəndələrini məlum olmayan iki fakt haqqında məlumatlandırmaq idi. Söhbət Azərbaycanla İsrail arasındakı bütün seqmentlərdəki xüsusi münasibətlərdən, habelə Azərbaycanın xüsusən də yəhudilərə münasibətdə tolerantlıq nümunəsi olmasından gedir. Düşünürəm ki, biz bir sıra uğurlu görüşlər keçirmişik və bu, çox önəmlidir.

 

- Bəlli olduğu kimi, Siz və Azərbaycandakı yəhudi icmasının nümayəndələri həmişə bəyan edirsiniz ki, Azərbaycan tolerant ölkədir, xüsusən də burada yaşayan yəhudilər üçün... Lakin İsrailin Təhlükəsizlik Agentliyi hər il Azərbaycanı İsrail vətəndaşlarının səfər etmələri üçün təhlükəli olan ölkələr siyahısına daxil edir. Bu, ziddiyyət deyilmi?

 

- Sizin bəhs etdiyiniz məsələ başqa söhbətin mövzusudur. Yəhudilər burada kommunistlər dönəmindən də öncə, tarixən, yüz illərlə yaşayıblar. Yəhudilər həmişə burada təhlükəsiz şəraitdə olublar, onlar özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edirlər. Mən düşünürəm ki, dediklərim yeni deyil. Azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər. Bundan əlavə, 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası dönəmində ölkənin səhiyyə naziri yəhudi olub.

 

Sizin dedikləriniz isə bir az fərqlidir. Hər il Yəhudi Yeni İli və Pasxası zamanı İsrail hökuməti öz xalqına tövsiyələr verir. Azərbaycan İsrail üçün təhlükəli ölkələr siyahısında sonuncu yerdədir. Azərbaycanın adının təhlükəli ölkələr siyahısına salınmasının səbəbi Azərbaycan deyil, onunla qonşu dövlətlərdir.

 

- Bu yaxınlarda Bakıda İsrailin fəal iştirak etdiyi beynəlxalq müdafiə sənayesi sərgisi keçirilib. Sərgi ilə bağlı hansı təəssüratlarınız olub? 

 

- Bu sərgi İsrail müdafiə naziri Moşe Yavlonun Azərbaycana tarixi səfəri ilə üst-üstə düşüb. Biz Azərbaycanı təbrik edirik, bu, ölkənizin ilk dəfə təşkil etdiyi müdafiə sənayesi sərgisi idi. Hər şey yaxşı təşkil edilmişdi. Biz iştirakın yüksək səviyyədə olduğunu gördük, çox məmnun qaldıq.

 

- İsrail mətbuatı İsrailin Azərbaycana yeni səfirinin təyin olunmasından yazır. Bununla bağlı nə deyə bilərdiniz?

 

- Mən gələn il avqustun 25-dək bu vəzifədə olacağam. İsrail 1 il əvvəldən də çoxlu sayda səfir təyin edir, çünki təsdiqləmə prosesi xeyli vaxt apara bilər.

Rafael Harpaz: “Azərbaycan İsrail üçün təhlükəli ölkələr siyahısında sonuncu yerdədir”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap