header

 İntizar nə deməkdir?

İmam Riza (ə) buyurmuşdur: “Dözün, fərəc intizarı necə də gözəldir.” (“Bihar”, c. 52, s. 129.)Zühur üçün vaxt təyin olunmamışdır. Bu hadisə gözlənilmədən baş verəsidir. Bu səbəbdən də hər an intizarda olmaq lazım gəlir.Sual: Fərəc intizarı nədir?

Fərəc (həzrət Mehdinin (ə) zühuru ilə qurtuluş) intizarı

Sual: İntizar nə deməkdir?

Cavab: İntizar insanda hazırlıq yaradan ruhi bir keyfiyyətdir. İntizarın ziddi ümidsizlikdir. İnsanda intizar hissi gücləndikcə onun hazırlığı da artır. Əgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş vaxt yaxınlaşdıqca görüşə hazırlıq da yüksəlir. Bəzən intizar halı elə bir həddə çatır ki, insanın gözündən yuxusunu alır. Demək, gözlənilən işə və ya kəsə məhəbbət artdıqca intizar dərəcəsi də artır. İntizarı çəkilən şəxsə eşq çox olduqca görüşə hazırlıq səviyyəsi də yüksəlir. İntizarı çəkilən şəxsin (müntəzirin) yubanması ağır bir dərdə dönür. Belə ki, gözü yola dikilmiş insan bütün dərdlərini, problemlərini yaddan çıxarır.

Sual: İntizarın hansı xüsusiyyətləri var?

Cavab: İntizar ilkin olaraq həyat xüsusiyyətidir. İnsan həyatının mahiyyəti gələcəyə intizar və ümidlə çox bağlıdır. Belə ki, intizarsız həyatın mənası yoxdur. İntizar olmadıqda həyatın davamı üçün həvəs olmur. Hazırkı həyat sabah və sabahlara doğru təlaşdan ibarətdir. Hərəkət isə intizarsız mümkünsüzdür. İntizar həyatın davamına ümiddir və hazırkı həyatı mənalandırır. Həyatın davamı üçün enerji verən intizardır. Elə bu səbəbdən həyatın mahiyyəti intizarla qırılmaz şəkildə bağlıdır.

Həyatın davamı haqqında düşünən hər bir insan bütün hərəkətlərini uyğun intizar yoluna istiqamətləndirir.

İslami rəvayətlərdə oxuyuruq ki, peyğəmbər ümməti üçün ən fəzilətli əməl (həzrət Mehdinin (ə) zühuru) intizarıdır. Yəni intizarın əməli xüsusiyyəti həyata yol tapmaqdır. Uyğun səbəblərindən biri bu ola bilər ki, həzrət Mehdinin (ə) davamçıları özlərini imama çatdırmağa səy göstərsinlər. İmam öz zühuru intizarında olduğu kimi, ümmət də öz imamının intizarını çəksin.

İntizar halında ən yaxşı yol qeybdə olan imamla bağlılıq, həmdərdlikdir. İntizar və onun həqiqi mənasından xəbərsizlik düşüncəsizliyə və imamın qəm-kədərinə biganəliyə səbəb olur. Olsun ki, qeyb dövründə həqiqətən intizarda olmaq, yəni imamın cəmiyyətdə hüzurunu gözləmək ona beyətin ilkin yoludur. Çünki hüzurun intizarında olmaq vəd olunmuş imamın məqsədlərini yada salır, agahlıq üçün zəminə yaradır. İntizar çəkməmək zühurdan öncə və zühur vaxtı qəflət, düşüncəsizlik, biganəlik mənasındadır.

İntizarda olan cəmiyyəti ən sarsıdıcı hadisə belə məyus edə bilmir. Belə bir cəmiyyət daim öz imamına iqtida edib məqsəddən yayınmır. O elə bir imamdır ki, əsrlər boyu davam edən üzücü hadisələrdən sarsılmamış, öz yolundan dönməmişdir.

Həzrət Mehdi (ə) buyurmuşdur: “Allah bizimlə olduğundan bir başqasına ehtiyac yoxdur. Haqq bizimlədir və kimlərinsə bizdən kənarlaşması heç vaxt bizi qorxutmayacaq.”

Bəli! İmam Mehdi (ə) belə bir intizardadır. O, sarsılmaz imanla həyatın bir çirkin qaranlığında möhkəm dayanmışdır. İntizarda olan cəmiyyət gözünü yola tikərək imamın uyğun xüsusiyyətini yaxşı tanımalı və imkan həddində onun kimi intizar çəkməlidir.

Sual: İntizar hansı səciyyələrdən təşkil olunmuşdur?

Cavab: Xilaskarın zühuru intizarı üç xüsusiyyətə malik olmasa, zühur gerçəkləşməz:

1. Əqidə səciyyəsi: İntizarda olan şəxs xilaskarın zühuruna və onun yardımına əmin olmalıdır.

2. Nəfs səciyyəsi: İntizarda olan şəxs daim hazırlıq halında olmalıdır.

3. Əməli səciyyə: İntizarda olan şəxs daim əməl və rəftarı ilə xilaskarın zühuru üçün ictimai və fərdi zəmin yaratmalıdır.

Bu üç səciyyədən biri yoxdursa, intizar məna kəsb etmir.

Sual: İntizarın neçə növü var?

Cavab: Fərəc (həzrət Mehdinin (ə) zühur) intizarı iki növdür:

1. Qurucu, təşviqedici, məsuliyyət yaradan intizar: bu, bəlkə də ən fəzilətli ibadətdir.

Ayə və rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru haqqın batil üzərində qələbəsi ilə başa çatan mübarizə halqalarındandır. İnsan əməldə haqq əhlindən olarsa, bu səadətə şərik olar. Məsum imamlar və rəhbərlər intizarın yetərincə dolğun təsvirini verərək onu bir əməl saymışlar. Həzrət Peyğəmbər (s)buyurur: “Mənim ümmətimin ən fəzilətli əməli fərəc intizarıdır.” (“Kəmaluddin”, s. 644.)

İmam Sadiqdən (ə) nəql olunmuş digər bir rəvayətdə oxuyuruq: “Ən böyük əməl fərəc intizarıdır.” (“Bihar”, c. 75, s. 208.)

Hazırlığın və zəmin yaratmağın əhəmiyyətini imam Sadiqin (ə) bir buyuruğundan öyrənmək olar: “Sizin hər biriniz bir oxla da olsa, qeybdə olan imamın zühuru üçün hazırlıq görməlisiniz.” (“Bihar”, c. 52, s. 366.)

2. Dağıdıcı, iflicedici intizar: Bəziləri Məhdəviyyət, həzrət Mehdinin (ə) qiyamı dedikdə elə başa düşürlər ki, zühur sırf partlayış mahiyyətli bir hadisədir. Onların nəzərincə, bu zühur yalnız və yalnız zülm bütün yer üzünü bürüyəndə və bir nəfər olsun haqq tərəfdarı tapılmayanda baş verəcək.

Belə bir düşüncə islahatlarla zidd olduğundan, fitnə-fəsadı müqəddəs hərəkat üçün başlanğıc saydığından dialektikanın oxşarı adlandırılmalıdır. Dialektikada islahatlarla müxalifətçiliyin səbəbi mübarizənin daha da alovlu olmasıdır. Uyğun təfəkkür bir növ arzu olunan məqsədə çatmaq üçün fitnə-fəsada rəvac verməyə çağırır.

Bu baxış dini fəaliyyətləri süstləşdirdiyindən heç bir İslam ölçüsünə sığmır.

Sual: İntizarın hansı ictimai təsirləri var?

Cavab: İntizarın insan həyatının müxtəlif sahələrinə geniş təsiri var. Ən böyük təsir ictimai məsuliyyət və xeyirxahlıq yönümlərində özünü göstərir. Çünki intizar halında insanpərvərlik səciyyəsi var. İntizarda olan insanın imamın məqsəd və amalları ilə qırılmaz bağlılığı mövcuddur. Zühur intizarında olan şəxs bu yolda addım atır. Uyğun hədəflərə doğru hərəkət edir. Onun bütün meylləri və seçimləri nəzərdə tutulmuş məqsəd çərçivəsindədir. İmam Mehdi (ə) qəmlilərin həmdərdi, məzlumların həqiqi yardımçısı, imkansızların hamisidir.

Demək, intizarda olan cəmiyyət və insan imamın istək və hədəflərinə uyğun əməl etməli, məzlumlara və məhrumlara yardım göstərməli, dərdlilərin dərdinə məlhəm qoymalı, xalqın problemlərini gücü həddində həll etməlidir. Əgər bu şərtlər ödənsə, intizarda olan cəmiyyətdə məhrumlar, yoxsullar, əlacsız xəstələr, problemli insanlar qalmaz.

Olsun ki, bəzi rəvayətlərdə rastlaşdığımız “fərəc intizarı özü fərəcdir” təbiri intizar çəkən cəmiyyətdə xalqın bir çox problemlərinin aradan qalxmasına işarədir. Belə bir cəmiyyət öz imamının məqsədlərini ən azı öz mühitində gerçəkləşdirir. Bu səbəbdən də imam Riza (ə) buyurur: “Fərəc intizarı fərəcdəndir.” (“Bihar”, c. 52, s. 131.)

Sual: İntizar səciyyəsi intizarda olanların hərbi hazırlığına necə təsir göstərir?

Cavab: İntizar hər şeydən öncə bir əqidədir. Bu əqidə növbəti mərhələdə əməldə aşkara çıxır və intizarda olan insan öz coğrafi, mədəni, ideoloji ərazisinin, eləcə də, həmməsləklərinin keşiyində durur. O, yaxın və uzaq üfüqləri diqqətlə izləyir, düşmən ordusundakı bütün hərəkətləri nəzarətdə saxlayır, ideoloji, coğrafi səngərini düşməndən müdafiə edir, hazırlıq əldə etdikdə hücuma da keçir.

Beləcə, intizarda olan cəmiyyət daim hərbi hazırlığa çağırılır. O, hərbi vasitələr və qüdrət əldə etməyi özünə vəzifə bilir. Fəqihlər cihad kitabında “mürabitə” və “rəbat” ünvanlı mövzulardan söz açır. Yəni möminlər sərhədlərdə mövqe tutub hazır olmalıdırlar ki, düşmənin hücumuna layiqincə cavab verib ölkələrini xilas edə bilsinlər.

Mürabitə və rəbat sözlərinin digər mənası imamla rabitə qurmaq, imamın xidmətində dayanmaq, imamın göstərişlərini həyata keçirməkdir. Bilin  ki, möminlərin cəmiyyəti öz imamları ilə rabitə qurmalı, imamın vilayət ipindən yapışmalı, onunla peyman bağlayıb yardım göstərməlidir. Belə bir mürabitə hər bir fərdə “eyni” (bütün hallarda) vacibdir. Bu rabitə iman sütunlarındandır və bu sütunsuz əməllər qəbul olmur. (“Mikyalul-Məkarim”, c. 2, s. 425.)

İmam Sadiq (ə) “Ali-İmran” surəsinin 200-cü ayəsinin təfsirində belə buyurur: “Çətinliklər qarşısında dözümlü olun, vəzifələrinizin icrasında möhkəmlik göstərin, imamlarla rabitə qurun.”(“Təfsire-Əli ibn İbrahim”, c. 1, s. 129.)

İmam Sadiq (ə) nəql olunmuş digər bir rəvayətdə “rabitul” sözünün imamın yanında olmaq mənasını bildirdiyi bəyan olunur. (“Əl-Ğeybət”, Nemani, s. 199.)

Sual: İntizarın gerçəkləşməsində səbir xüsusiyyətinin nə kimi təsiri var?

Cavab: İntizarın əsil ruhu müqavimət və səbirdir. Nəzərdə tutulan məqsədin gerçəkləşməsi intizarında olan kəs məqsədə çatanadək möhkəm və dözümlü olmalı, süstləşməməlidir.

O hər bir çətinliyi dözümlə qarşılamalıdır. Səbir və dözümünü əldən vermiş insan intizarı da əldən verir. Çünki səbir və dözüm intizar şərtidir. Bu səbəbdən də hədislərdə fərəc intizarı haqqında danışılarkən səbir xüsusiyyətinə toxunulur.

İmam Riza (ə) buyurmuşdur: “Dözün, fərəc intizarı necə də gözəldir.” (“Bihar”, c. 52, s. 129.)Zühur üçün vaxt təyin olunmamışdır. Bu hadisə gözlənilmədən baş verəsidir. Bu səbəbdən də hər an intizarda olmaq lazım gəlir.

Sual: Fərəc intizarı nədir?

Cavab: Sonda haqqın batilə qələbə çalacağına, bütün insani dəyərlərin qüvvəyə minəcəyinə, ideal bir cəmiyyətin qurulacağına, Mehdi adlı bir şəxs tərəfindən bütün bu məqsədlərin həyata keçiriləcəyinə inam azca fərqlə bütün İslam məzhəblərində mövcuddur.

Bu düşüncə hər şeydən çox təbiət nizamının hərəkətinə və tarixin təkamülünə nikbinliklə, gələcəyə ümid və dünyanın sonuna bədbin baxışın rədd edilməsi ilə müşayiət olunur. (İslamdan fərqli olaraq bir çox digər nəzəriyyələrdə dünya həyatının sonu qaranlıq və puçdur).

Hər şeyin belə bir xoş sonluqla başa çatacağına ümid İslam rəvayətlərində “fərəc intizarı” adlandırılmışdır.

İmam Riza (ə) buyurmuşdur: “Dözün, fərəc intizarı necə də gözəldir.” (“Bihar”, c. 52, s. 129.)Zühur üçün vaxt təyin olunmamışdır. Bu hadisə gözlənilmədən baş verəsidir. Bu səbəbdən də hər an intizarda olmaq lazım gəlir.Sual: Fərəc intizarı nədir?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap