header

 Siratül-müstəqim yolunun mahiyyəti


Deyerler.org: Qurani-Kərimin bir çox ayələrində açıq şəkildə Siratül-müstəqimin mahiyyətini bəyan etmişdir.
1. Allaha ibadət. Qurani-Kərim buyurur ki, Siratül-müstəqimin mahiyyəti – Allaha ibadətdir. Belə ki, insanın xəlq olmasındakı hədəfi də məhz bunda görür və buyurur: “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).
“Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!»”. (“Yasin” 61).
«Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!». (“Ali-İmran” 51).

2. Allahın ardıcılı olmaq. “Həqiqətən o (dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi baxımından) Qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona (həmin günə) şübhə etməyin və Mənə (Mənim din və kitabıma) tabe olun ki, doğru yol budur”. (“Zuxruf” 61).

3. Allahın yoludur. “Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən. O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır). Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır”. (“Şura” 52-53).

4. Təkallahlılıq və Həzrət İbrahimin (ə) ayinidir. “De: «Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib»”. (“Ənam” 61). Bu ayə onu göstərir ki, Siratül-müstəqim - İbrahimin (ə) Təkallahlılıq dinidir.

5. Allaha sığınmaq. “Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur”. (“Ali-İmran” 101).
Bəs bu yolun nişanələri hansılardır?
1. Hədəfə malik olmaq. Düzgün yol odur ki, hədəfi olsun və həm də ali hədəfi olsun.
2. Hədəfi yaxın olsun. Yəni, uzun arzulardan uzaq olsun, çünki uzun arzular onu çox şeydən məhrum edər.
3. Hədəfi onu irəli apara bilsin. Bəzi hədəflər insanı dalana salar və inkişaf etməsinə imkan yaratmaz. Düzgün hədəf odur ki, həm bu gün və həm də sabah faydalı olsun.
4. Hədəfi aydın olsun. İnsan fitri istedadlara malik olmasına baxmayaraq, bir rəhbərə həmişə ehtiyac duyar. Bu dünyada insandan başqa hər bir canlının hərəkət etməsi üçün ancaq bir yol təyin edilmişdir və hamısı da həmin səmtə tərəf hərəkət edər. Lakin insan bu cür deyildir. İnsanın qarşısında çoxlu sayda yol qoyulmuşdur ki, hər birini seçə bilər.
Bəs insan hansı yolun düz olduğunu necə təyin edə bilər? Bu suala Ayətullah Cavadi Amuli belə cavab vermişdir: “İnsan hərəkətsiz bir varlıq deyildir. Bəlkə hərəkət edəndir. Onun hərəkətindəki məqsəd isə Allaha tərəf gedən yoldur. Quran bütün insanlara xitab edərək buyurur: “Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan”. (“İnşiqaq” 6). Bəşərin bütün insanları - mömini də, kafiri də Allaha tərəf gedən yolun yolçusudurlar. Onların hamısı Allahla görüşəcəklər. Bu fərqlə ki, möminlər Allahın Camal və mehri ilə rastlaşacaqlar. Kafirlər isə Cəlal və qəhri ilə. Biri Allahı Ərhəmər-Rahimin sifəti ilə görər. O birisi isə Əşdəl-Məaqibin sifəti ilə. Bu yolların içərisindən haqq olan yol – Siratül-müstəqim yoludur. Qalan yollar onu azdırar. Hər kim Sirat yoluda irəliləyər, yolun sonunda Allah Ərhəmər-Rahimindir. Bu insandır ki, gərək özü Siratül-müstəqim, yəni hidayət yolunu seçsin. Ya gərək böyük çayın yardımı ilə Siratül-müstəqim dənizinə qovuşsin. Ya da qarışıq sulardan keçərək, dənizin kənarında qalsın”. (Tebyan)
Allah Təala bizləri Siratül-müstəqim yolunda qərar versin.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap