header

 Nə üçün cənab “A” yox, Ayətullah Xamenei? – İmam Xameneinin Vəliyyi Əmr olmasının səbəbləri

Müctəhidlər, fəqihlər, din alimləri ölkəsi kimi tanınan İranda nə üçün başqası yox, məhz Ayətullah Xamenei rəhbər seçildi?


 İran İslam Respublikasında dövlət quruluşunun dünyada mövcud quruluşlardan bir fərqi var. Bu ölkədə prezident, parlament və Ali Məhkəmənin fövqündə vilayəti-fəqih adlandırılan bir instansiya mövcuddur. Vilayəti-fəqih ölkədə qanunverici və icraedici orqanlara nəzarət mexanizmini həyata keçirir və Ali Baş Komandandır. Bu üsul-idarənin demokratiya və insan haqları ilə heç bir ziddiyyəti yoxdur. Əksinə, əgər bəzi ölkələrdə dövlət rəsmiləri mafioz qruplaşma təşkil edib dövləti cinayətlərə əl atırsa, vilayəti-fəqih nizamında fəqih rəhbər belə büdrəmələrə yol vermir. Vilayəti-fəqihdə qanunsuzluqlara yolun bağlı olmasının zəmanəti fəqihin Xibrə Məclisi tərəfindən təsdiq olunan şəxsiyyətidir.
Hazırda İran İslam Cümhuriyyətində vilayəti-fəqih məsuliyyətini Ayətullah Xamenei həyata keçirir. İmam Xomeyni dünyasını dəyişəndən sonra Ayətullah Xamenei bu məsuliyyəti üzərinə götürmüş ikinci şəxsdir.

Maraqlı suallardan biri budur ki, müctəhidlər, fəqihlər, din alimləri ölkəsi kimi tanınan İranda nə üçün başqası yox, məhz Ayətullah Xamenei rəhbər seçilmişdir?

Vilayəti-fəqih məsum imamların canişini kimi tanındığından zəruri şərtlərə malik olmalıdır. Həm canişinlik şərtlərindən, həm də ölkə idarəçiliyindən məlumatlı fəqih rəhbər seçilə bilər. Demək, rəhbərlik üçün ilk şərt elmdir. Rəhbər öncə fəqihlik və müctəhidlik baxımından elmi səlahiyyətə malik olmalıdır. İkinci şərt ədalət və təqvadır. Rəhbər seçimində üçüncü şərt düzgün ictimai-siyasi baxış, cəsarət və müdiriyyət bacarığıdır. Əgər rəhbəri seçən xibrə məclisi Ayətullah Xameneinin namizədliyi üzərində dayanıbsa bu sadəcə səs çoxluğu demək deyil. Xibrə məclisi Ayətullah Xameneini bütün zəruri şərtlərə malik (cameuş-şərait) eləcə də rəhbərliyə ən layiq fəqih kimi tanıyıb.

Ayətullah Xameneinin elmi səlahiyyəti necə təsdiqlənib? Öncə qeyd etməliyik ki, Cənab Rəhbərin elmi səlahiyyəti barədə ilkin rəy İslam Cümhuriyyətinin banisi mərhum İmam Xomeyniyə məxsusdur. İmam Xomeyni (r) buyurub: “Mən siz Xameneini İslam Cümhuriyyətinin güclü qolu sayıram. Sizi fiqhə bələd, məsuliyyətli, vilayəti-fəqih üsullarından agah bir şəxs hesab edirəm. Siz İslam nizamı məsulları arasında nadir şəxsiyyətlərdənsiniz.” (Səhifeyi-Nur) Ayətullah Fazil Lənkərani buyurub: “Mən xibrə məclisinin üzvü və Ayətullah Xameneini yaxşı tanıyan bir şəxs olaraq bildirirəm ki, o nəzər sahibi və ictihad əhlidir. Mən onu fəqih, müctəhid hesab edirəm.” (Risalət qəzeti)

Bütün şəriət məsələləri risalələrində yazılır ki, iki xibrə (bilici) adil şəxs bir nəfərin müctəhidliyinə şəhadət versə onun ictihadı məqbuldur. Qum elm hövzəsinin Müdərrislər Cəmiyyəti onlarla müctəhiddən təşkil olunub. Ayətullah Xameneinin ictihad dərəcəsi Müdərrislər Cəmiyyəti tərəfindən təsdiqlənib. Müdərrislər Cəmiyyətinin əsasnaməsində yazılır ki, ən azı 16 müctəhidin imzası ilə cəmiyyətin rəyi mötəbər sayılır. Əgər Müdərrislər Cəmiyyəti bəyanat verirsə, bu o deməkdir ki, həmin bəyanatı ən azı 16 müctəhid, fəqih imzalayıb.

Din aliminin ictihad dərəcəsində onun ali xaric kursu tədris etməsi əsas göstəricilərdəndir. Bu gün Ayətullah Xameneinin xaric kursu dərslərində onun elmi məqamını təsdiqləyən böyük alimlər iştirak edir. Ayətullah Xameneinin elmi gücü prezidentlik dövründə özünü göstərmiş amildir. Cənab Rəhbərin rəhbərlik məqamına seçildikdən sonra öz elmi dərəcəsini yüksəltməsi fikri səhv fikirdir. Ayətullah Fazil Lənkərani Ayətullah Xameneinin elmi məqamını çox-çox əvvəllər təsdiqləyib.

Vəliyyi-fəqihin, yəni fəqih rəhbərin ədalət və təqvası onun əxlaqi səlahiyyətlərindəndir. Bu xüsusiyyətlər Cənab Rəhbərdə qədim vaxtlardan, gənc yaşlarından özünü göstərib. Müxtəlif məsuliyyətlər daşıyan Ayətullah Xamenei ilə rabitədə olanlar onun ədalət və təqvasına şəhadət verir. Böyük arif Bəhauddini buyurub: “Mən onda rəhbərlik ləyaqətini görürdüm. Xamenei İmam Xomeynidən sonra üçün ilahi bir nemət idi. Ona işində yardımçı olmaq lazımdır. Unutmamalıyıq ki, vilayəti fəqihə müxaliflik sadə məsələ deyil.”

İran İslam Cümhuriyyəti Konstitusiyasının 109-cü maddəsinin 3-cü bəndində düzgün siyasi baxış, müdiriyyət, cəsarət rəhbər üçün zəruri xüsusiyyətlər kimi qeyd olunur. Düzgün ictimai-siyasi baxış dedikdə nəzərdə tutulur ki, rəhbər qlobal və lokal siyasi hadisələr və mövzulardan məlumatlı olmalıdır. Rəhbər bu məlumatları əsasında cəmiyyəti idarə edir. Beynəlxalq və ölkədaxili məsələlərdə ictimai-siyasi agahlıq olmadan qərar çıxarmaq mümkünsüzdür. Düzgün müdiriyyət dedikdə insanın idarəçilik istedadları nəzərdə tutulur. İstedad və bacarıq məsuliyyətin icrasında insana yardımçıdır. Belə istedadlara malik olmayan şəxs cəmiyyətə müdiriyyəti öz üzərinə götürə bilməz.

İqtidar və şücaət, cəsarət ya elmi və əxlaqi sifətlərdən, ya da daxili istedadlardan qaynaqlanır. Rəhbər seçimində bu xüsusiyyətlər nəzərə alınır.

Cənab Rəhbər Ayətullah Xamenei bu günə qədər cəmiyyətə rəhbərlikdə, dünya ilə münasibətdə təhlillərdə öz fövqəladə istedadlarını ortaya qoyub. O həm də böyük şücaətə malikdir. Bunu inqilab və müharibə dövründə sübuta yetirib. İnqilabdan öncəki fəaliyyətləri, şah rejiminin təzyiqləri və sürgünlər, müharibə və beynəlxalq embarqolar zamanında tədbirlilik Cənab Rəhbərin müstəsna xüsusiyyətlərindəndir.

Nəzərdən keçirilməsi zəruri olan dövrlərdən biri Ayətullah Xameneinin Xibrə Məclisi tərəfindən vəliyyi-fəqih məqamına seçildiyi dövrdür. Burada onun ləyaqətini sübuta yetirən iki amil özünü göstərir. Bu amillərdən biri onda rəhbərlik üçün zəruri şərtlərin olmasının Xibrə Məclisi tərəfindən təsdiqlənməsidir. Xibrə Məclisinin əksər üzvləri Ayətullah Xameneini ən layiqli namizəd hesab etdilər. İkinci amil mərhum İmam Xomeyninin Ayətullah Xameneinin ləyaqəti haqqındakı sözləri idi. Mərhum imam müxtəlif zamanlarda Ayətullah Xameneinin rəhbərlik ləyaqətinə malik olduğunu dilə gətirmişdi. Haşimi Rəfsəncani Xibrə Məclisindəki çıxışında deyib: “Mehdi Haşimi hadisəsi zamanı cənab Xamenei və bir neçə başqası ilə İmam Xomeyninin görüşünə getdik. Seyid Əhməd Xomeyni də orada idi. İmama dedik ki, siz canişininiz barədə qərarınızla bizi gələcək rəhbər məsələsində çətin vəziyyətdə qoyursunuz. İmam cənab Xameneiyə işarə ilə buyurdu: “Sizin aranızda rəhbərliyə layiq şəxs var və çətin vəziyyətdə qalmayacaqsınız.”

Mərhum Seyid Əhməd Xomeyni imamın dilindən nəql edib: “Cənab Xamenei rəhbərliyə layiq şəxsdir.” Seyid Əhməd Xomeyni cənab Xameneiyə buyurub: “Həzrət imam dəfələrlə sizi müctəhid və rəhbərlik üçün ən münasib şəxs adlandırıb.” (Risalət qəzeti)

Ayətullah Xamenei vəliyyi-fəqih məqamına seçildikdən sonra böyük müctəhidlər, alimlər, şəxsiyyətlər öz bəyanatlarında, söhbətlərində, müsahibələrində bu seçimi ən düzgün və layiqli seçim adlandırıblar. Bəyanatlarda və söhbətlərdə Ayətullah Xamenei ləyaqətli şəxs, zəruri xüsusiyyətlərə malik rəhbər, ən saleh fərd adlandırılıb. Ayətullah-üzma Əraki Cənab Rəhbərə məktubunda buyurur: “Sizin rəhbərlik məqamına seçilməyiniz qəhrəman İran xalqı üçün sevinc və ümid səbəbi oldu.” (İslam Cümhuriyyəti qəzeti) Ayətullah-üzma Gülpayiqani Rəhbərə müraciətində buyurub: “Allah-Taaladan istəyim budur ki, ağır rəhbərlik məsuliyyətində sizə Öz lütfləri ilə yardımçı olsun.” Ayətullah Yusif Sanei buyurub: “Ayətullah Xamenei nəinki müctəhid, hətta zəruri şərtlərə malik, itaəti vacib sayılan fəqihdir.” Ayətullah-üzma Mirza Haşim Amoli buyurub: “Sizin Xibrə Məclisi tərəfindən seçilməyiniz ümid və rahatlıq yaratdı. Çünki siz mütəfəkkir şəxs, İslamı bilən alim, düşüncə və tədbir sahibisiniz.”

Təbii ki, dünya müsəlmanlarının problemlərinin həllinə məsul şəxs yüksək müdiriyyət bacarığına malik olmalıdır.

Mütaliə və əzmkarlıq problemi olmayan alimin “hicabi-muasərət” deyilən bir problemlə üzləşmək qorxusu var. Bu problem alimlər üçün epidemiya, yayılmış xəstəlik sayılır. Bir çox tarixçələr öz dövrünün həqiqətlərindən qəflətdə qalaraq əsrlərlə öncəni gündəmdə saxlayıblar. Rəvayətlər sahəsində də bu problem müşahidə olunur. Bəzən günün ehtiyaclarına cavab verməyən rəvayətlər dövrün zərurəti kimi təbliğ edilir. Bu xəstəlik siyasət, mədəniyyət, incəsənət, təhsil, din sahəsində çalışan hər bir alimi hədələyir. Ayətullah Xameneinin rəhbər seçilməsindən illər ötməsinə baxmayaraq hələ də keçmişlə bağlı arqumentlər gündəmə gətirilir. Şer və ədəbiyyat əhli arasında bir söz var ki, dünyanı günəş işıqlandırsa da qələm əhli aydan, bədrdən, hilaldan yazmaqdan yorulmur. Fəlsəfədə vacibul-vücud təbiri var. Yəni Allah-Taalanın varlığı o qədər aşkardır ki, bu aşkarlığın fəzasında gözlərdən gizli qalıb.

Biz cənab Xameneinin rəhbərlik ləyaqətindən danışarkən inqilabdan əvvəlki dövrə qayıdır, inqilabdan danışır, müharibəni yada salırıq. Amma onun rəhbərlik ləyaqətini aydın görmək üçün bu günə baxmaq lazımdır. İran ətrafında və dünyada nələr baş verir! Qərb ölkələrində, ABŞ-da insanlar küçəyə çıxmağa qorxur. Dünyanı müharibə alovu bürüyüb, asayiş və təhlükəsizlikdən əsər-əlamət qalmayıb. İranda vəziyyət necədir? Dinə və rəhbərliyə biganə insanlar da İranı dünyanın ən sabit, əmin-aman ölkəsi sayırlar. İnsafla danışsaq, bu gün hansı ölkədə belə bir rəhbər var?! Ayətullah Xamenei kimi şücaətli, tədbirli, əxlaqlı, düşüncəli ikinci rəhbər kimdir?! İslam dünyasında ikinci belə alim tapmaq asandırmı?! Bu gün dünyanı bürümüş siyasi və iqtisadi böhranın İrana ötürülməsi qarşısında dayanan maneə Cənab Rəhbərin tədbirləri deyilmi?!

İmam Xomeyni (r) çox ağır dövrdə çox ağır məsuliyyətləri çiyninə almış müdrik və uzaqgörən bir insan olaraq Ayətullah Xameneini İslam Cümhuriyyətinin güclü qolu adlandırdı. Cənab Xameneini nadir insan, məsuliyyətli, mübariz, agah, tədbirli adlandırmaqla müsəlmanlara işarə verən imam deyildimi?! Məhz İmam Xomeyni (r) Cənab Xameneini müharibədə fədakar əskər, mehrabda müəllim, cəmiyyətdə xətib, inqilabda öncül adandırmışdı. Rəhbərlik məqamına seçildikdən sonra Ayətullah Xamenei ona beyət əli uzadan xalq arasında ilk çıxışında buyurdu: “Biz Allahla əhd-peyman bağlamışıq ki, İslam və Quran yolu olan İmam Xomeyni yolunu davam etdirəcəyik. İmamın nəzərdə tutduğu heç bir hədəfə göz yummayacağıq. Nə şərq, nə də Qərbə meyl etmək, əzilən sinfin himayəsi, İslam dünyasının vəhdəti, vilayəti-fəqih üsuluna sədaqət, ölkənin müstəqilliyi və özünütəminatı, daxili istedadlar və imkanlara yol açılması, Fələstin məsələsinin gündəmdə saxlanması imamın amalları olaraq davam etdiriləcək!”
Müctəhidlər, fəqihlər, din alimləri ölkəsi kimi tanınan İranda nə üçün başqası yox, məhz Ayətullah Xamenei rəhbər seçildi?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap