header

 Ayətullah Seyid Həsən Amoıinin moizələrindən 1

Vahabi telekanallarından birində ali rütbəli başçılardan biri demişdi ki, bizim onlardan (yəni şiələrdən) almaq istədiyimiz bir şey var. Əgər onu onlardan ala biləriksə, deməli onların hər şeyini əllərindən almışıq. O da İmam Hüseyndir.

Bismillahir Rəhmanir Rəhim

İmam Hüseyn (ə) müsibətlərinin zikrinin üədiç keçmişi vardır, insanın xilqəti qədər. İmam Hüseyn (ə) üçün ilk dəfə Allah Taala özü müsibət zikr buyurublar. Sonra dünyanın ilk mələyi olan Cəbrailə (ə) Allah Taala Adəmdən (ə) tutmuş bütün peyğəmbərlərə İmam Hüseyn (ə) müsibətlərinin zikri üçün əmr edib və onun ehtiramı xatirinə Kərbəla torpaqlarına gətirdib. “Kərbəlaya gəlməyən peyğəmbər yoxdur”.[1] Ümumiyyətlə bütün peyğəmbərlər Yer Kürəsinin iki məkanında hökmən olublar. Biri Məkkədir, digəri Kərbəla. Bunun isə bir sirri vardır.

Bu əzadarlıq və ehtiramın içində böyük bir həqiqət gizlənir desək, yanılmarıq. “Nəfsiniz bədəninizdən ayrılana qədər ağlayın”[2] deyir bizə rəvayətlər. İmam Hüseyn (ə) ziyarətində görəsən nə sirr vardır ki, rəvayətlərdə bizə “haqqımız əda olundu”[3] deyirlər?! İmamətin haqqı necə olur ki, İmam Hüseynin (ə) ziyarəti ilə əda olunur?

Bu maddi dünyada heç bir göz İmam Hüseyn (ə) üçün ağlamaqdan və şiələrin şərafətindən üstün deyildir. Tarixdə şiənin göz yaşına səbəb olan amil, elə tarixin özünün ən bədbəxt hadisəsi, bəşəriyyətin ən mühüm irsidir.

Bizim nüdbə duamız əslində Peyğəmbərin (s) yaratmaq istədiyi ən gözəl cəmiyyəti xarabalıqlara çevirən qəmli ağlayışdır. Rəvayətlərdə deyilir ki, İmam Hüseyn üçün tökülən göz yaşının bircə damlası cəhənnəmə düşərsə, alovlu atəşini söndürür. Onun üçün tökülən göz yaşı arxasında böyük sirlər gizlənir. Bu göz yaşları olmasaydı, ümmət əl-ələ verib birləşməsəydi, Kərbəla çölündə Əhli Beytin (ə) başına gələnlərlə razılaşıb otursaydı, şiənin əzadarlığı olmasaydı, onda dünya dağılardı. İmam Sadiq (ə) buyurur:

  «...ولو لا د فع الله الناس بعضهم ببعض لفسدت الارض »[4]

Əziz əzadarlar, bu hədis sizin barənizdədir, sizi deyir, sizin göz yaşlarınızı, vilayət üçün ağlamağınızı deyir hədis.

Biz nə üçün İmam Hüseyn (ə) müsibətləri üçün ağlayırıq? Nə üçün? Çünki Peyğəmbər (s) də onun üçün ağlayıb. Peyğəmbər (s) sünnəsində heç vaxt ayrı-seçkilik olmayıb. 

«نومن ببعض ونکفر ببعض»[5]

Peyğəmbərə (ə) hörmətsizlik çox pis əməldir. Amma İmam Hüseyn (ə) üçün ağalamaq və göz yaşı tökməyi pis iş hesab edib bizi ələ salanlar əslində Peyğəmbərə (s) hörmətsizlik edirlər. Onun sünnəsini ələ salırlar, ayrı-seçkilik edirlər. Bu həqiqətdə Peyğəmbər (s) sünnəsinə deyil, nəfsani istəklərə tabe olmaq deməkdir. Peyğəmbər (s) sünnəsi ilə müxalif olmaq fitnə və əzab gətirər arxasınca. Qurani Kərimdə Allah Taala bu barədə belə buyurur:

فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ[6]

"Həqiqətən Allah (Peyğəmbərin dəvətindən sonra onun məclisindən) bir-birinin kölgəsində (xəlvətcə) yavaş-yavaş camaatın arasından çıxanları tanıyır. Buna görə də gərək Peyğəmbərin əmrindən çıxanlar onlara (dünyada) bir bəla və ya (axirətdə) ağrılı bir əzab gəlməsindən çəkinsinlər".

Əziz oxucular, Peyğəmbər Əkrəmdən (s) nəql olunan bir hədisə diqqət edin. O, buyurur: "Allah Taala vacib etdiyi əmrlərin yerinə yetirilməsini istədiyi kimi, mən də sünnəmin və adət-ənənələrimin yerinə yetirilməsini istəyirəm".  Rəsul Əkrəm (s) burada bir dəfə deyil, iki dəfə deyil, dəfələrlə təkrar etdiyi sünnəsindən söz açır və İmam Hüseyn (ə) üçün ağlamaq məsələsinin adi bir məsələ olmadığını çatdırmaq istəyir. Rəsul Əkrəm (s) İmam Hüseyn (ə) üçün elə göz yaşı tökürdü ki, ümmət təəccübünü gizlədə bilməmişdi o zaman. Əhli Beyt (ə) da İmam Hüseyn əleyhissalam üçün heyrətləndirici şəkildə əzadarlıq edər, ağlayardılar. Elə bu məclisdə məddar və mərsiyə oxuyanlardan soruşmaq istərdim ki, əzizlərinin ölümünə tab gətirməyib heç gözlərinin nuru gedənə qədər ağalayan görmüsünüzmü? İmam Rza (ə) buyurur:

ان یوم الحسین اقرح جفوننا و أسبل دموعنا و أذل عزیزنا بأرض کربلا ....[7]

"Həqiqətən də İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilməsi bizim göz yaşlarımızı axıtdı, göz qapaqlarımızı yara etdi".

Adəmdən (ə) tutmuş Xatəmə (s) qədər vəhyin xəzinəsi olan bu qəlbin qanı Kərbəla torpaqlarında yerə töküldü. Allah Taala buyurdu: جعلته. خازن وحیی [8] Hz.Zəhra (s) hamilə olduğu zaman bətnindəki körpənin aqibətindən xəbərdar olduqda çox qəmgin oldu. Allah Taalaya dua edərək "Pərvərdigara, mənim bu övladım su kənarında susuz və atların tapdağı altında yerlə-yeksan olacaq?. Rəbbin dərgahından təsəlli gəldi və buyurdu: Zəhra, sənin Hüseyninin qanlı boğazının əcri imamətdir. Hz.Zəhra buyurdu: Belə isə razıyam. Allah Taala isə İmam Hüseyn (ə) döğulduqdan sonra ona 8 mükafat verdi. Onlardan biri də Adəmdən (ə) tutmuş Xatəmə (s) qədər İmam Hüseynin (ə) qəlbinin vəhy xəzinəsi olması idi. Yəni Adəm (ə) övladlarının qəlbinə nazilolan vəhylərin xəzinəsi idi İmam Hüseynin (ə) mübarək qəlbi və bu qəlbin qanı Kərbəlada yerə axdı. Allah Taala Qurani Kərimdə belə buyurur:

وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلاَ يُسْرِف فِّي الْقَتْلِ إِنَّهُ كَانَ مَنْصُورً[9]

"Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır)".

Amma rəvayətdə buyurulur ki, İmam Zaman (əc) zühur etdiyi zaman bütün dünya əhlini Kərbəlada tökülən qana xatir öldürərsə, yenə də azdır. Çünki Kərbəlada bütün bəşəriyyət qətlə yetirilmişdi.

Biz kimi itirdik və bəşəriyyət kimi itirib? Çox diqqətli olmaq lazımdır. Düşmənlər bizim Hüseynimizi (ə) əlimizdən almaq istəyirlər. Vahabi telekanallarından birində ali rütbəli başçılardan biri demişdi ki, bizim onlardan (yəni şiələrdən) almaq istədiyimiz bir şey var. Əgər onu onlardan ala biləriksə, deməli onların hər şeyini əllərindən almışıq. O da İmam Hüseyndir.

Biz isə belə deyirik ki, siz İmam Hüseyni (ə) bizdən ala bilərsinizmi? Bütün yolları bağlayıb heç kəsi Kərbəlaya buraxmadıqları vaxt şiələri cərimə etdilər. Onların təyin etdiyi cərimə bədən üzvləri idi. Şiə o cəriməyə də razılaşdı. Bir gün də İmam Hüseyn aşiqi olan bir şiə  Kərbəlaya getmək istədi. Dedilər olmaz, keçə bilməzsən. Ora getmək üçün əlini verməlisən. Adam sol əlini uzadıb dedi ki, gəl bu əlimi kəs, götür. Zalım dedi, yox, sağ əlini istəyirəm. Aşiq dedi: Mən sağ əlimi keçən il bu yolda qurban verdim. Bəziləri İmam Hüseyni (ə) bizdən almaq istəyir. Amma hansı yolla? Bu bizim üçün önəmli məsələdir.

 



[1] Biharul Ənvar, 44-cü cild, səh.301.

[2] Biharul Ənvar, 44-cü cild, səh. 288.

[3] Biharul Ənvar, 44-cü cild, səh. 219.

[4] Kamiluz Ziyarat, 167 və 219-cu səhifələr. Həmçinin Biharul Ənvar, 206-cı səhifə. 13-cü hədis.

[5] Bəqərə surəsi, 251-ci ayə.

[6] Nur surəsi, 63-cü ayə.

[7] Bihraul Ənvar, 44-cü cild, səh. 284.

[8] Ziyarət Nahiyeyi Müqəddəsədən.

[9]  İsra surəsi, 33-cü ayə.

Vahabi telekanallarından birində ali rütbəli başçılardan biri demişdi ki, bizim onlardan (yəni şiələrdən) almaq istədiyimiz bir şey var. Əgər onu onlardan ala biləriksə, deməli onların hər şeyini əllərindən almışıq. O da İmam Hüseyndir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap