header

 Qadın – İslam və Qərbin baxışı

Qərb qadına baxışı anti-humanitardır və bir növ ticarət gözü ilədir. Elə bu baxışın növü Qərbdəki ailə böhranının səbəbkarıdır. Bu isə qəbli qadınları kəramətdən uzaqlaşdırıb mahiyyəti olmayan bir varlığa çevrilməsinə gətirib çıxarıb. Onlar seksual azadlıq və maddi ləzzətlərin təmini mövzusu ilə qadınların iffətini alıb onları ehtiraslı kişilərin əsiri ediblər.

Feminizm təfəkkürünün etik məsələlərə qarşı laqeydliyi o həddə çatıb ki, qadın ticarət malı kimi alqı-satqı mənbəyinə çevrilib şəhvət təminedicisi kimi bir alət olub. Qərb təfəkküründə qadınlar kişi qarşısında soyunub onun cinsi ehtirasını soyutmalıdır. Əslində bunun özü patriarxizm deyilmi? Kişilərdə olan ən aşağı səviyyəli maddi istəyin təmini məqsədini güdən və qadına olan bu nəzərə təhqirdən başqa bir ad vermək olarmı?! Dünyanın zərif məxluqu olan qadına səhv bir münasibətin nəticəsi sayəsində isə dünyada ən inkişaf etmiş ticarət növü qadın və qadın alış-verişi ticarəti birinci sıradadır.

Statistik məlumatlara görə Amerikada 78% qadın heç olmasa ömründə bir dəfə cinsi təcavüzə məruz qalır. Elə həmin statistik məlumata görə 79% qadın isə cinsi sui-istifadə faktı ilə üzləşir. Etibarlı qaynaqların verdiyi rəqəmə görə elə bu ölkədə 90% qadın 4 il təhsil ərzində ən azı bir dəfə fiziki və ya cinsi təcavüzə məruz qalır və 70%-i isə hər iki təcavüzdən amanda olmur.

Elə bu məlumata əsasən, 35% rus qadını ailə münaqişələrində həyat yoldaşının rəftarından əzab çəkir. Rusiyanın fövqəladə hallar mərkəzinin baş direktorunun sözlərinə görə il ərzində bir neçə qadın əri tərəfindən qətlə yetirilir ki, Əfqanıstanda öldürülən rus əsgərlərinin ölüm faktı ilə müqayisə edilmə imkanı vardır. Amma Yaponiyada da vəziyyət bir o qədər qənaətbəxş deyil. Çünki bu ölkədə qadınlardan sui-istifadə və qadın qaçağı böyük bir problem olaraq qalmaqdadır. Elə bu cəhətdən də qadını bir həyat yoldaşı və ana kimi məhdudlaşdıran amil kimi təqdim etmək olar bu məsələni. Belə ki, bunun çıxış yolu "qadın azadlığı" adı altında ailə məsələlərinə laqeydlik, övlad tərbiyəsi və bu kimi amilləri kölgə altına salmaqla mümkündür qərb ölkələri üçün.

ABŞ psixoterapisti Harbert Hindin bir neçə il bundan əvvəl İsveçdə apardığı bir tədqiqatın mövzusu elə bu məsələ idi. Bu ölkədə həddən artıq intihar halları baş verirdi və bu psixoterapistin aldığı nəticəyə görə bunun əsas səbəbi anaların övladlarına qarşı laqeydliyi olmuşdu.

Qadınlar öz qədir-qiymətlərini bilməzsə, isti ailə ocağında sevgi-məhəbbət yaradıb övlad tərbiyələndirmək kimi vəzifələrini unudarlarsa, bir şəhvət ovçusunun alətinə çevrilərsə, təbiidir ki, cəmiyyətdə etik problemlər yaranacaqdır.

Söhbətin bu məqamında Qərb ölkələrinin üzləşdiyi bir neçə problemi diqqətinizə çatdırmaq istərdik:

2006-2007-ci illərdə 50 min 15 yaşlı, 31 min 13-14 yaşlı britaniyalı qız uşaqları hamiləlikdən qorunmaq üçün müxtəlif klinikalara müraciət edib. ABŞ-da cinsi və əxlaqi fəsadlar, silah tranziti və bu kimi problemlər bir-biri ilə qarışıq halda büruz etdiyi üçün inanılmaz dərəcədə təəssüfləndirici faktlar yaradır. Amerikanın Min şəhərində şagirdlərin cinsi əxlaqsızlığı məktəb rəhbərliyinin hamiləlikdən qorunma həblərini şagurdlərə günləlik olaraq verməsindən əlavə, daha inanılmaz fəsadlara səbəb olmuşdu. Halbuki məktəbdə oxuyan şagirdlərin 11-12 yaşı var idi. Hal-hazırda Amerikanın yeni nəsli Maykl Ceksonu kilsə rahiblərindən üstün hesab edir, sattanizm və ona aid olan hər bir musiqi və incəsənət növünə daha çox maraq göstərir.

Qərb dünyasının əxlaqi fəsadlarından biri də insan əti yemək, heyvanlarla nikah qurmaq, gənclərin dəhşətli surətdə başqalarını qətlə yetirməsi məsələsidir. Bütün bunlar Amerikanın keçmiş prezidenti Kendinin 1962-ci il etriaflarında mövcuddur. O, bir qəzetə etiraf edərək yazır: "ABŞ cavanları puç, mənasız və şəhvət dolu bir dünyaya qapılıb. Onların yarıdan çoxu əxlaqsızlığın ən pis dərəcəsində olduqları üçün hərbi xidmətə belə layiq deyil. Mən Amerikanın başçısı kimi xəbərdarlıq edirəm ki, bu ölkəni böyük təhlükə gözləyir".

İslamın qadına baxışı

Qərbin qadına yönəlmiş mənfi nəzəri qarşısında müqəddəs islam dini bəşər övladının həyatında qadının məqamının çox yüksək olduğunu deyir. İslam qadınların "insan tərbiyələndirən" bir şəxs olduğunu qeyd edir. İslam nöqteyi-nəzərində qadın insan tərbiyəçisidir. Bu ilahi din qadının birinci müəllim  olduğunu vurğulayır və "qadın" sözünün məfhumunu açıqlamaqla qadınlara öz vəzifəsini aşılamağa çalışır, onları bu vəzifəyə hazırlayır, insan həyatının kamillilik yolunda xilqətin məqsədindən kənara çıxmamasına cəhd göstərir. İslam dini qadın azadlığını qəbul etməkdən əlavə, onun bütün sahələrdə azadlığını təmin edən bir dindir. Əslində islam dini qadın azadlığının banisidir. Amma bir şərtlə! Qadın onun iffətinə zərər vurulmayana, cəmiyyətə ziyanlar dəymədiyi bir həddə qədər azaddır – deyir. Bütün bunlara əsasən, islam hicabı ona vacib buyurmaqla onun iffətini, şəxsiyyətini və həyasını qoruyur, ehtirasların coşub-daşan tufanında boğulmaması üçün qadının bütün hüquqlarını mühafizə edir. İslam hicabı qadına vacib edir ki, o, bütün ilahi hüquqlarına sahib olsun, ilahi dərgaha yaxınlaşsın. İslam dini qadına məhəbbət ağuşlu bir ana kimi baxır və bu sevgi sayəsində agah bir nəslin tərbiyəçisi olduğunu söyləyir. İslam qadını sakit və aram bir ailə başçısı kimi təqdim edir və onu sakit bir ictimanın tərbiyəçisi, müəllimi, bəşəriyyətin kamilliyə doğru gedən yolunun mayakı kimi qəbul edərək deyir: Cənnət anaların ayaqları altındadır".

Qadın insan varlığının banisidir. İnsan şəxsiyyətinin fundamentlisti, bacarıqlı memarı və bənnasıdır qadın. Qadın öz rəftarı ilə övladının gələcəyini qurur. Elə bu səbəbdən də "qadın ətəyindən kişi meraca gedir" kəlamı öz mənasını tapır. "İnsan tərbiyəçisi" və "insan quruluşçusu" olan qadının bariz nümunəsi isə Hz.Zəhradır (s). Fatimeyi Zəhra (s) Kövsər həqiqəti, xilqətin əvvəlindən sonuna qədər ən üstün qadındır. O, övladlarının ruhi-mənəvi tərbiyəsi ilə elə bir zərifliklə rəftar etmişdi ki, hər bir övladı bəşəriyyətin ən gözəl insanı kimi böyümüş, tarixin qalın səhifələrində böyük yer almışdı. Onun tərbiyələndirdiyi övladlar faktiki olaraq bütün insanlar üçün müqavimət örnəyi, səbir, isar, şücaət və güzəşt nümunəsinə çevrilib. İmam Hüseyn (ə) cənabları həyatının son anlarında düşməınin qılınc-qalxanı altında namaz qılması məhz elə  anası Zəhranın (s) verdiyi tərbiyədən söz açır. Həzrət Zeynəbin (s) Aşura faciəsindən sonra iffətini- hicabını qoruduğu bir halda şəhidlərin xatirəsini əziz saxlaması, Aşuranın nə üçün baş verdiyini dilə gətirməsi də, Yezid məclisində şəhidlərin hüququnu müdafiə etməsi də, bütün bunlarla yanaşı əzadarlıq edib müsibətini unutmaması da anası Zəhranın (s) tərbiyəsindən mənşələnir. Hz.Zeynəb (s) "Mən gözəllikdən başqa heç nə görmürəm" – dediyi zaman onun dini tərbiyəsi, ilahi ideologiyası, Qərbin təfəkküründən qeyri bir ideologiyanı çatdırmağa çalışırdı – desək daha həqiqətə uyğun olardı.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap