header

 Quran və rəvayətlərdə təəssübkeşlik fenomeni

Əziz oxucular! Qarşınızdakı bu yazı Həzrət Ayətullah Amulinin çıxışlarından seçilmiş mövzulardan ibarətdir. Bu əsər "Ərdəbil – şiə beşiyi" mərkəzi tərəfindən yazıya köçürülüb çap edilmişdir. Ayətullah Amulinin kəlamlarının bizim üçün də hidayət və aydınlıq yolu olacağına ümid edirik.

Dinlərarası əlaqələrin pozulmasının, onlar arasında təhlükəni məhv edən daha bir amilinin də  təəssübkeşlik və qərəzlilik olduğunu qeyd etmişdik. Müxtəlif dinlər arasında qarşılıqlı etimadı aradan aparan elə təəssübkeşlikdir. Təəsübkeşliyin məhvedici qüvvəsi həddən artıq çoxdur. Təbiidir ki, ideoloji baxımdan hər hansı bir məktəb və yaxud dinin pedaqoji proqramlarında bu təxribatçı təfəkkürə qarşı laqeydliyi və ona qarşı mübarizə metodunun olmaması imkansızdır. Bu xüsusda Qurani Kərimin də deməyə sözü var. Böyük İslam Peyğəmbəri (s) də bu barədə məsləhətlər vermişdir. Ötən söhbətlərimizdə bu barədə olan bəzi ayələri diqqətinizə çatdırmışdıq. Amma Rəsul Əkrəm (s) bu mövzu ilə əlaqədar demək olar ki, höccəti tamamlamışdır. O Həzrətdən (s) heç bir amilə reaksiya göstərməyən bir müsəlmanın tərbiyələndirməsini istəyirlər. Həzrət (s) buyurur:

. «اللهم أرنا الحَق حَقاً و ارزُقنا اتِباعَه وَ أرنا الباطِلَ باطِلاً وَ ارزُقنا اجتِنابَه»

"Pərvərdigara!Həqiqəti bizə olduğu kimi göstər və ona tabe olmağı bizə nəsib et. Batili bizə olduğu kimi göstər və ondan uzaq durmağı bizdən əsirgəmə!"

Əziz peyğəmbərimizin bu kəlamı həqiqətən də dərin mənalıdır.

Ümumiyyətlə, insan bu sahədə iki problemlə üz-üzədir. Bəzən bir işin həqiqət olub-olmadığını bilmir. Bu isə cəhalət deməkdir. Bu insanın təlimə ehtiyacı vardır. Amma bəzən bir işin haqq olduğunu bilə-bilə, nəfsani istəklərin onu həqiqət qarşısında təvazökar olmaqdan çəkindirir. Bu zaman isə insanın təzkiyə - yəni paklanmaya ehtiyacı vardır. Peyğəmbərlərimiz məhz elə "yuəllimuhum – təlim" və "yuzəkkihim – paklaşdırmaq, saflaşdırmaq" üçün göndəriliblər. Onlar həm cəhalət içində olanlara öyrətmək, təlim vermək üçün, nəfsani istəkləri üzündən haqqı qəbul etməyənlərin nəfsini saflaşdırıb paklamaq üçün gəliblər. Belə insanlar həqiqəti bildiklərinə baxmayaraq onların nəfsləri onlara qələbə çalır, tüğyan edir və peyğəmbərlər bu tüğyanı yatırmaq üçün onları tərbiyələndirir, insanın nəfsinə hakim kəsilməsi, həqiqət qarşısında baş əyməsi üçün çalışırlar.

Əziz İslam Peyğəmbəri (s) təəssübkeşlik qarşısında faktiki olaraq çox həssaslıq göstərərmiş. Bədəvi ərəblər əsəbləşib çox narahat olduqları zaman əbaları yerlə sürünərmiş. Həzrət Rəsul Əkrəmin (s) də əbası narahat olduğu zaman 3 dəfə yerə sürülmüşdü. Bir dəfə Xeybər döyüşündə qalanın başından nizə və oxlar atılırdı. Rəsul Əkrəm (s) gəlib onlarla söhbət etməyə çalışmışdı. Amma onlarla söhbətdən qayıdan Peyğəmbərimizin (s) əbası yerlə sürünürmüş. (Bu hadisə tarix kitablarında nəql edilir və hələlik rəvayətlərdə bu haqda olan mövzulara toxunmuruq).

Ikinci dəfə Rəsul Əkrəmin (s) əbası dini anlaşılmazlıqlar zamanı yerlə süründüyü də tarixdə qeyd edilir. Bir dəfə bir neçə müsəlman qadın Həzrətin (s) hüzuruna gəlir və ona belə deyirlər: Ya Rəsulallah (s) bizim həyat yoldaşımız gecələr oyaq qalıb ibadət edir, gündüzlər isə oruc tutduqları üçün bizimlə lazımi qədər vaxt keçirməmək qərarına gəliblər (dini anlaşılmazlıq təfəkkürünün zühuru). Rəvayətlərin dili ilə desək, Həzrət (s) bu sözləri eşidəndə dərhal yerindən qalxır və əbası yerlə süründüyü bir halda məscidə tərəf yollanır. O, minbərə çıxıb buyurur: Mənim dinimdə bütün gecəni oyaq qalmaq fərmanı yoxdur. Mən özüm peyğəmbər olduğum bir halda gecənin bir neçə saatını istirahət edirəm. Həmişə oruc tutub Allahın halal etdiyi şeylərdən çəkinmək lazım deyil – deyə Rəsulullah (s) qeyd etmişdi.

Amma üçüncü dəfə Rəsul Əkrəmin (s) əbasının yerlə sürünməsinə səbəb dini təəssübkeşlik olmuşdu. Allah Taala bir neçə dəstə insandan bəzi xüsusiyyətlərinə görə hesab soruşacaq. Elə ərəblər də məhz təəssübkeçlik etdikləri üçün müaxizə olunacaqlar. Hz.Rəsul (s) çox əsəbi halda yol getdiyi zaman əbası yerə sürtünürdü. Qeys İbn Mütatiyə adlı bir şəxs ərəblər olan bir məclisdə imiş. Aralarında yalnız ərəb olmayan 3 nəfər varmış. Biri Salman olub, Fars əhlindən. O biri Süheyb olub Rumdan. Digəri isə Bilal imiş, Həbəşdən. Bu məclisdə Qeys İbn Mütatiyə ayağa qalxaraq təhqirlə deyib ki, Ous və Xəzrəc qəbilələri Peyğəmbərə (s) kömək edib - əlinin işarəsi ilə Salmanı göstərərək deyib – Bəs bu məqama çatan şəxs görəsən kimdir ki?

Qeys bu təhqiri etdikdən sonra Məaz onu götürüb özü ilə Peyğəmbərin (s) hüzuruna aparıb və deyib: Ya Rəsulallah (s)! Bu şəxs Salman adlı bir nəfəri təhqir etdi. Peyğəmbər (s) bunu eşidəndə çox narahat olur. Elə məhz millətçilik probleminin başlamasından əsəbləşib dərhal ayağa qalxır və əbası yerlə süründüyü bir halda məscidə gedib minbərə çıxır. Camaat toplanır. Həzrət Rəsul (s) bu məqamda çox önəmli bir məsələdən söz açır və buyurur:

"Allah təkdir və hamımızın atası Adəmdir (ə) və biz hamımız ondan xəlq olmuşuq. Ərəb olmaq sizin nə ananızdır, nə atanız".

Yəni sizin danışıq diliniz mahiyyətiniz və kimliyiniz deyil. Ərəb dilini bilməklə siz ərəb hesab edilir. Amma onun əsl-nəsəbi dili ilə deyil.

Buna bənzər Əmirəl Möminin Əlinin (ə) zamanında da baş verən əhvalat var. O zaman Həzrət Əlinin (ə) də əbası yerə sürüldüyü halda yol getmişdi. Hadisə belə baş vermişdi.

Əmirəl Möminin Əlinin (ə) xəlifə olmadığı bir dövr idi. Peyğəmbərdən (s) sonra müsəlmanlar onun ətrafına toplaşıb dedilər: Ey Əli! Peyğəmbərin (s) dövründə biz ərəblər beytülmaldan eyni səviyyədə istifadə etmək hüququna malik idik. Amma indi bizim payımız azalıb. Peyğəmbər (s) Salmanın nikahını bir ərəb qızı ilə kəsdi. Bilal da bir ərəb qızı ilə evləndi. Amma onlar ərəb qızı seçdikləri bir halda qızlarının qeyri-ərəblə nikah qurmasına razı deyillər.

Həzrət Əli (ə) ərəblərin yanına gəlir, onlarla söhbət edir. Ərəblərlə bu mövzunu danışdıqdan sonra onlar cavabında deyirlər ki, Ey Əbəlhəsən! Biz ərəblərlə qeyri-ərəblərin (əcəmlərin) bir cərgədə olmasından utanırıq. O dövrdə Peyğəmbər (s) yeni vəfat etmişdi və cəmiyyətdə belə bir təfəkkürün formalaşması təbiidir ki, böyük konfliktlərə səbəb ola bilərdi. Rəvayətdə deyilir ki, Əmirəl Möminin Əli (ə) bu sözlərdən əsəbləşib narahat bir halda o məclisdən çıxıb harasa gedir. Bu zaman onun əbası əsəbi halda yol getdiyindən yerlə sürünür. Hz.Əli (ə) əcəmlərin yanına gəlir və əcəmlərdən məsələnin nə yerdə olduğunu soruşur. Onlar deyir: ərəblər bizi yəhudi və xristianlarla eyni hesab edirlər. Bizdən qız alır, amma bizə qız vermirlər. Özləri beytülmaldan istifadə etdikləri qədər bizə pay vermirlər. İmam Əli (ə) bu zaman onlara deyir ki, gedin ticarət edin. Allah Taala sizin işinizə bərəkət verəcək. Bu o deməkdir ki, malınız o qədər artacaq ki, təhqirə düçar olmayacağınız qədər dövlətli olacaqsınız.

Rəvayətlərə əsasən, Əziz Peyğəmbərimizin (s) bir səhabəsi Salmana xitab edərək deyir: Sənin əsil-nəsəbin nədir? Salman işin nə yerdə olduğunu anlayır və onun ərəb-əcəm təfriqəsi məqsədli olduğunu başa düşür. Onun tayfa və millətlər arasında təfriqəçilik salmaq niyyətini nəzərə alıb deyir: Mən yolunu azmış bir adam idim. Amma Peyğəmbər (s) vasitəsilə hidayət oldum. Mən möhtac bir adam idim və Rəsulullahın (s) vasitəsilə dövlətli oldum. Mən bir qul idim və Peyğəmbər (s) məni azad etdi. Mənim əsl-nəsəbim budur.

Bu cavabları verməsinə rəğmən, Salmanın şəxsiyyəti o məclisdə kiçildi və Rəsulullahın (s) hüzuruna gedib şikayətləndi ki, Ey Allahın Rəsulu (s) səhabələriniz mənimlə belə rəftar edirlər. Həzrət (s) dərhal səhabələrinin yanına getdi və buyurdu: Ey Qureyş! Bir insanıın əsl-nəcabəti onun dili və irqi ilə ölçülməz. Əslində insanın əsil-nəsəbi onun din və mürvəti ilə ölçülər. İnsanın mürvəti nə qədər çox olarsa, bir o qədər əsil-nəsəbi güclü olar. Sonra Rəsul Əkrəm (s) bu ayəni qiraət etdilər:

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا

" Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik".

Beləliklə də, qəbilə və tayfa arasında olan problemlər təəssübkeşlik üçün deyil, fəxr üçün deyil, kiminsə şəxsiyyətini alçaltmaq üçün də deyil. Eləcə də də kiminsə hüququnu artırıb başqasının azalmasına xatir də deyil. Əslində لِتَعَارَفُوا insanların bir-birini tanılması, qarşılıqlı tanışlıq üçündür. Çünki, tanışlıqdan sonra əməkdaşlıq və həmkarlıq var bu işdə. Sonra isə ülfən və ünsiyyət yaradır əməkdaşlıqlar. Allah Taala məhz elə bunun üçün ayənin davamında buyurur:

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

"Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır".

Məncə bu ən gözəl hədis və ən yaxşı moizədir.


“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap