header

 BƏŞƏRİYYƏT ONU TANIMAĞA MÖHTACDIR

BƏŞƏRİYYƏT ONU TANIMAĞA MÖHTACDIR

Həqiqətən bəzi şəxsiyyətlər var ki, onlar tarixdə iz qoymağı bacarır. Onlar gedilməsi gərək olan yolun işarələrini təqdim edər. Onlar yoxluğu deyil, varlığı təsdiq edər. Yaşadıqca yaranışın şübhəsz ki, bu dövrünün müstəsna şəxsiyyəti Ruhullah Uzma Xomeynidir.


İyunun 3-ü onun aramızdan ayrıldığı gün olsa da buraxdığı yolu davam edərək onun çatdığı kamala yetişmək hər kəs üçün bir örnəkdir.

İmam Xomeyninin tanınmaması üçün bütün səylər sərf olunsa da hər dövrdə onun əxlaq və ləyaqəti hər kəs üçün bir nümunə olub.

İmam Xomeyni nə deyirsə onu yaşayır, özü nə yaşayırsa onuda xalqa məsləhət görürdü. O, olduğu və göründüyü kimiydi.

 Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olub. 5 aylığında atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirib.

Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, qanun, üsul və başqa elmləri öyrənib.

1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olub.

Qanun və üsul dərslərində uğur qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi.

Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olub.

Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.

O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması eləcə də şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başladı.

1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır.

1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edilən İmam Xomeyni bir müddət orada qaldıqdan sonra Türkiyədən İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Onu burada 13 il sürgün həyatı gözləyirdi.

Xomeyni İraqdan Fransaya köçür və bir müddət Paris ətrafındakı Nofl-le-Şato şəhərciyində yaşayır. Ölkəsindən çox uzaqda olmasına baxmayaraq, Xomeyninin səs yazıları hər həftə İrana gətirilərək müxtəlif məkanlarda dinlənilirdi.

1979-cu ildə İslam İnqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra Ayətullah Xomeyni İrana qayıtmış və faktiki olaraq ölkənin liderinə çevrildi. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə etdi.

İmam Xomeyni XX əsrdə mənəviyyat həsrətində olan bəşəriyyət üçün əziz İslam peyğəmbəri (s) və onun pak vəsilərinin(ə) parlaq günəşinin nurları əks olunan şəffaf bir ayna kimi idi.

O, İslamın başlanğıcından XX əsrin qəlbinə sancılmış bir ox idi. Keçmişdən gəlib hazırda yaşasa da, gələcəkdən xəbər verən və gələcəyin göstəricisi idi. Başqa sözlə desək o, zamanından daha üstün düşünürdü və məkan miqyasına sığmırdı.

Həqiqətən də demək lazımdır ki, “İmam Xomeyni  bəşəriyyət tarixində yeni əsrin müjdəçisidir və bu mərhələdə bəşəriyyətin pozulmuş əxlaqı üçün hər şeydən daha çox mənəviyyata ehtiyac duyulacağı nəzərə çarpır.

Həzrət İmam Xomeyninin ilahi inqilabı və onun müqəddəs çağırışları sayəsində bir daha müasir dünyada Allahıtanıma və dindarlıq istiqamətində böyük bir canlanma baş verdi və bu bütün dünyanı bürüdü.

İran İslam İnqilabının 1-ci lideri Ayətullah Ruhullah Xomeyni 1989-cu ildə 3 iyun tarixində 86 yaşnda Tehran şəhərində vəfat etdi.


BƏŞƏRİYYƏT ONU TANIMAĞA MÖHTACDIR
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:46 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap