header

 Seyyid Tahir Əl-Haşiminin azadçılığa çıxdıqdan sonra ilk danışığı

Seyyid Tahir Əl-Haşiminin azadçılığa çıxdıqdan sonra ilk danışığı

1- Şiə mütəfəkkiri və Ümumdünya Əhli-Beyt yığıncağı Misir flialının üzvü Seyyid Tahir Əl-Haşimi demişdir: misirin təhlükəsizlik qüvvələri cüməaxşamı günü evimə soxulub qanunsuz kitablarıma və şiəliyi təbliğ etdiyimə görə məni saxladılar. O, Misir Əl-Əzhər universitetini sələfiçiliyin himayədarı adlandıraraq açıqlamışdır: Əl-Əzhər sələfiçilərlə iş birliyindədir və vahid cəbhədə mübarizə aparırlar. Əl-Əzhər və sələfiçilər öz təşəbbüslərilə müsəlmanların birliyinə xələl yetirirlər. Onlar haqqa, həqiqətə çatmaq istəyən hər hansı bir adamla müxalifdirlər. Onların təşəbbüslərini danışdıqları sözlərlə sübut etmək olar. Misir Əssəqəleyn cəmiyyətinin sədri Ərəbistanın Yəmən əhalisinə təcavüzünə dair Misir əhalisinin mövqeyi haqqında demişdir: Vəhabilər Misir mediyasına hakim olduqlarına görə təcavüzün əvvəllərində səudiyyəliləri tam himayə edir və Hövsiləri terrorçu qələmə verirdilər. O, sözlərinə davam etdirərək demişdir: Vəhabilər həm də geniş təbliğat aparmaqla Livan hizbüllah partiyasını və İraq könüllü qüvvələrini terrorçu və düşmən təqdim edirdilər. Misir mütəfəkkiri Əl-Əzhərin İŞİD haqqındakı mövqeyinə işarə edərək xatırlatmışdır: Əl-Əzhərin hazırkı rəhbərləri İŞİD-i təkfirçi bilsələr də başçılarının belə mövqeyi yoxdur. Bu da Səudiyyə sülaləsinin və sələfiçilərin Əl-Əzhərə hakim kəsildiyini göstərir.

Seyyid Tahir Əl-Haşiminin azadçılığa çıxdıqdan sonra ilk danışığı
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:45 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap