Məbəs bayramınız mübarək !!!
Posted on : Şəxsiyyətlər 10/16/2017 12:59:45 PM
Əziz və dəyərli oxucularımız! Bildiyimiz kimi İslam dinində Həzrət Mühəmməd (s)-ın peyğəmbərliyə məbus olduğu gün Məbəs bayramı adı ilə qeyd olunur.
Bu müqəddəs gündə Allah-təala Həzrəti
Peyğəmbərimiz (s)-a "Ələq” surəsinin ilk ayəsini Cəbrail vasitəsilə nazil
edərək buyurmuşdur: "Ya Mühəmməd,oxu!” Həzrət (s) mələyə nə oxuyum dedikdə
Cəbrail buyurdu: "İqrə bismi rəbbikə...” Yəni öz rəbbinin adı ilə oxu.
Tashaio.com olaraq, bu
böyük bayram münasibətilə bütün iman əhlini səmimi qəlbdən təbrik edir və əziz
İslam Peyğəmbərinin (s) məbus olunmasının əsas qayəsi olan - yüksək və ali əxlaqlara
yiyələnməyi Uca Allahdan diləyir. Eyni zamanda, mübarək Rəcəb ayının son günlərinin
və qarşıdan gələn mübarək Şaban ayının fəzilətlərindən bəhrələnməyi, Rəsulullaha
(s) və onun pak Əhli-Beytinə (ə) layiq ümmət olmağımızı arzu edir,
Qarabağımızın və Qüdsümüzün də yağı düşmən - daşnak və sionist tapdağından
qurtulması üçün Uca Allaha dualar edir, hicab qadağasının tezliklə dindarların
qələbəsi ilə həllini və hicab məhbuslarının tezliklə azadlığa çıxmasını Mütəal
Allahdan istəyirik.