Ayətullah Möhsin Qiraəti: "Əzadarlığı Qurana üstün tutmamalıyıq"
Posted on : Məqalələr 10/16/2017 12:59:45 PM
İranın tanınmış ustad və alimlərindən olan Ayətullah Möhsin Qiraəti deyib ki, əzadarlığı Qurana və təfsirinə üstün tutmamalıyıq
İranın tanınmış alimi özünün dərsində maraqlı mətləblərə
işarə edib: “Mübarək Ramazan ayında ayı görmək önəmli məsələdir, lakin, ondan
sonrakı məsələlərə də diqqət etməliyik. Bu da Quran məsələsidir. Əllamə Təbətəbainin
fikrinə görə, bu ayın əzəməti oruca görə yox, məhz Qurana görədir. Çünki, bu
ayın duasında da “O ay ki, onda Quranı nazil etmisən” deyirik. Peyğəmbər (s)
Quran və Əhli-beytin ayrılmamasını vəsiyyət etdi, lakin, biz bəzən bunun əksini
görürük". Ayətullah Qiraəti Quran məclislərinin sayının artırılmasını önə
çəkərək deyib: "Çox sayda Əhli-beytə əza məclisi təşkil olunsa da, Quranla
bağlı bu qədər görmək olmur. İmamın başı nizədə Quran oxudu. Odur ki,
Əzadarlığı Quran və təfsirinə üstün tutmamalıyıq. Bəşərin hər bir ehtiyacı bu
kitabda vardır. Araşdırmalara görə hüquq barəsində 2700, idarəçilik haqda isə
300 ayə Quranda tanınıb. Müstəhəb işləri vacibə çevirməyin”.