Qarabağdan Ermənistana keçən sakinlərin sayı 100 mini aşdı
Qarabağdan Ermənistana keçən sakinlərin sayı 100 mini aşdı
Posted on : Digər sahələr 09/30/2023
Qarabağdan Ermənistana keçən yerli sakinlərin sayı 100 mini aşıb.
Ermənistan baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bu haqda bildirib ki, şənbə günü səhərə kimi Dağlıq Qarabağdan Ermənistana daxil olan köçkünlərin sayı 100 417 nəfərə çatıb.
Son məlumata görə, köçkünlərdən 32 200 nəfəri Ermənistan hökumətinin verdiyi yaşayış yerini qəbul edib.
Ermənistan hökuməti Dağlıq Qarabağdan gələn bütün köçkünlərə yaşayış yeri təklif edib. Köçkünlərin bəziləri Ermənistanda qohumlarının və ya dostlarının yanında qalmağa üstünlük verir.