header

 Qərb Ukraynanı yarıyolda qoymağa hazırlaşır

 Qərb Ukraynanı yarıyolda qoymağa hazırlaşır

Britaniyanın “Sky news” nəşri yazır ki, NATO və Qərbin Ukraynaya dəstək nümayiş etdirməsinə baxmayaraq, pərdəarxasında konflikti sona çatdırmağın yolları barədə düşünürlər”.

Hərbi ekspert Sin Bell Britaniyanın “Sky news” nəşrində dərc olunmuş məqaləsində xatırladıb ki, Ukraynanın çoxdan gözlənilən yaz əks-hücum əməliyyatı artıq 10-cu həftəsindədir:

“Prezident Volodimir Zelenskinin fikrinə görə, əks-hücum əməliyyatları ancaq Qərbin silah tədarükündən asılıdır. O bildirir ki, silahlar verilərsə, əks-hücum əməliyyatları davam edəcək. Ukrayna yaz hücumuna iyunun əvvəlində başlayıb. Bəzi şiddətli döyüşlərə baxmayaraq, Rusiyanın istehkamları hələ də möhkəmdir. Halbuki Prezident Zelenski üçün uğurun göstəricisi azad edilən torpaqlardır”,- Hərbi ekspert bildirib.

Məqalədə əks-hücum əməliyyatlarının ləng davam etdiyinə diqqət çəkilib:

“Ukraynanın mübarizəni davam etdirmək əzmi başadüşüləndir - bu, hər şeydən əvvəl, onların müharibəsidir. Lakin Qərb liderləri artıq savaşın perspektivini müzakirə etməyə, bundan sonra nələr olacağı barədə düşünməyə başlayıblar. Qərb deyir ki, nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək. Lakin Qərbin silah ehtiyatları da azalır. Qərb Ukraynaya dəstəyi davam etdirmək üçün məhdud imkanlara malikdir”,- Sin Bell Britaniyanın “Sky news” nəşrində yazıb.

 

Qeyd edək ki, son günlər Ukrayna ilə NATO arasında gərginlik yaranıb. NATO nümayəndəsi Stian Yenssen daha əvvəl demişdi ki, Ukrayna Alyansa üzvlük müqabilində torpaq güzəştinə getməlidir. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak və xarici işlər naziri Dmitro Kuleba bu təklifə kəskin münasibət bildiriblər və müharibənin davam edəcəyini söyləyiblər.

Bunun ardında Fransanın keçmiş prezidenti Nikola Sarkozi Ukraynanı Rusiyaya güzəştə çağırmışdı ki, bu da rəsmi Kiyevin kəskin reaksiyasına səbəb oldu.

Bir çox ekspertin fikrincə, Qərb Ukraynanı yarıyolda qoymağa hazırlaşır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına start verib.

Britaniyanın “Sky news” nəşri yazır ki, NATO və Qərbin Ukraynaya dəstək nümayiş etdirməsinə baxmayaraq, pərdəarxasında konflikti sona çatdırmağın yolları barədə düşünürlər”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-19-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap