“Hazırda qazi reanimasiya şöbəsindədir”
“Hazırda qazi reanimasiya şöbəsindədir”
Posted on : Digər sahələr 08/13/2023
Avqustun 12-də Bakıda Hərbi Prokurorluğun qarşısında özünəqəsd hadisəsi baş verib.
Bildirilir ki, təxminən 30 yaşlarında olan kişi Hərbi Prokurorluğun qarşısında üstünə benzin töküb və özünü yandırıb.
Özünə qəsd edən şəxsin Qarabağ qazisi olduğu, Hərbi Prokurorluqdan narazılığına görə özünə qəsd etdiyi deyilir.
Respublika Yanıq Mərkəzindən Meydan TV-yə bildiriblər ki, özünü yandıran qazi 35 yaşlı Babaşov Muxtar Rafiq oğludur və hazırda Reanimasiya şöbəsindədir.
Azərbaycan Respublikasında indiyə qədər diqqətsizlik və biganəlikdən bezən 50-dən artıq qazinin intihara əl atdığı deyilir. Onlardan 43 nəfəri dünyasını dəyişib.