header

 Hersoq Bakıya niyə gəlib? - TƏHLİL

 Hersoq Bakıya niyə gəlib? - TƏHLİL

Sionist İsrail rejiminin prezidenti İshaq Hersoq Azərbaycan Respublikasına səfər edib. 2 günlük səfəri zamanı o, Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə görüşməlidir.

İrqçi və terrorçu rejimin Azərbaycanla bağlı təhlükəli planlara malik olması sir deyil. Bu rejimlə Azərbaycan Respublikası arasında sıx hərbi əlaqələr mövcuddur. “Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu” (SIPRI) bu yaxınlarda açıqladığı hesabatda 2016-2020-ci illərdə Azərbaycana silah tədarükünün 69%-nin İsrail rejimi tərəfindən olduğunu açıqlayıb. Bunun qarşılığı olaraq İsrailə idxal olunan neftin təxminən 40%-i Azərbaycan Respublikası hesabına təmin edilir.

Bu arada Təl-Əvivin Azərbaycan Respublikası ərazisində İrana qarşı hərəkətləri ilə bağlı fərziyyələr mövcud olsa da, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev sionist mediaya müsahibəsində ölkəsinin İsrail üçün plasdarma çevrilmək istəmədiyini açıqlayıb.

Qeyd edək ki, sionistlərin Azərbaycan Respublikasına xərçəngvari nüfuzu, onu İslam Dünyasından ayırmaq cəhdləri, öz kəşfiyyat və casusluq şəbəkəsini qurmağa çalışması, eyni ilə də Peqsus casus proqramı vasitəsilə Azərbaycan vətəndaşları və jurnalistlərin telefon danışıqlarını dinləməsi bu ölkə əhalisində sionist İsrailə qarşı nifrət yaradıb. İnsanlar həmçinin fitnəkar rejimin Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikasına qarşı təxribatlarında bir poliqon kimi istifadə edə biləcəyindən narahatdırlar. Onlar bu istiqamətdə İsrail rejiminin İran sərhədlərində yaxın ərazidə, o cümlədən də işğaldan azad edilmiş rayonlarda bərpa işlərində iştirak adı altında qonşu ölkəyə qarşı ziyanlı fəaliyyətlərlə məşğul olduğunu və bunun Azərbaycana başağrısı gətirə biləcəyini istisna etmirlər.

Bu arada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ərəfəsində sionist rejim başçısının Azərbaycan Respublikasına səfəri düşündürücüdür. Bəzi müşahidəçilər bildirirlər ki, Azərbaycan Respublikasına əsas silah tədarükçüsü hesab olunan rejim sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Çünki münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanması İsraildən silah alışını azaldacaq. Ona görə də Rusiya, Bakı və İrəvan Cənubi Qafqazda sülhün bərqərarı əngəllənməsin deyə İsahaq Hersoqun intriqalarına diqqət yetirməlidirlər.

Sionist İsrail rejiminin prezidenti İshaq Hersoq Azərbaycan Respublikasına səfər edib. 2 günlük səfəri zamanı o, Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə görüşməlidir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-30-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap