MBH üzvü işgəncə izlərini göstərib
MBH üzvü işgəncə izlərini göstərib
Posted on : Digər sahələr 05/25/2023
Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Abbas Hüseyn məhkəmədə işgəncə izlərini göstərib.
Tashaio.com-ın məlumatına əsasən, Bakı Apellyasiya məhkəməsində siyasi məhbus Abbas Hüseynin məhkəmə prosesi keçirilib.
Prosesdə dini fəal 7 saylı Cəzaçəkmə Müəssisəsində ona verilən işgəncələrin izinin hələ də qaldığını bildirib və göstərib.
Məhkəmədə iştirak edən hüquq müdafiəçisi Fikrət Cəfərov bildirib ki, Abbas Hüseynin bədənində işgəncə izləri aydın görünür.
Vəkil Fəxrəddin Mehdiyevin isə jurnalistlərə verdiyi açıqlamada deyib: “Biz artıq bununla əlaqədar prokurorluğa şikayət vermişik. Araşdırma nəticələrindən asılı olaraq gələcək addımlar atacağıq. Prokurorluq cinayət işi açmaqdan imtina etsə bu qərardan məhkəməyə şikayət verəcəyik”.
Qeyd edək ki, Abbas Hüseyn və bəzi digər fəallar siyasi məhbus kimi tanınıb.