header

 Xankəndində növbəti mitinq keçirilib

 Xankəndində növbəti mitinq keçirilib

Martın 21-də Azərbaycan Respublikasının Rusiyanın nəzarəti altında qalan Xankəndi şəhərində "Daşnaksütyun" partiyasının Qarabağ filialının gənclər təşkilatının və qanunsuz qeyri-hökumət qurumlarının təşkilatçılığıyla növbəti mitinq keçirilib.

Tashaio.com-ın məlumatına əsasən, Moderator.az-ın bildirdiyinə görə bu haqda separatçı nəşrlər və  erməni teleqram-kanalları məlumat yayıb.

"Artsax 100 gün blokadada" adlı mitinqdə Azərbaycana qarşı ittihamlar səslənib. Çıxış edənlər "yeganə nicat yolunun" 1988-1991-ci illərdə olduğu kimi, müqavimət və mübarizə olduğunu" bildiriblər.

Xatırladaq ki, ötən ilin dekabrın 12-də başlayan bir qrup azərbaycanlının iştirakı ilə Xankəndi-Laçın yolunda keçirilən etiraz  aksiyası 1001-cü gündür, fasiləsiz olaraq davam edir.

Azərbaycan Respublikası bildirir ki, bu aksiya Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə təbii sərvətlərin qeyri-qanuni istismarına qarşı təşkil olunub. Ermənistan və qarabağdakı separatçılar isə bunu bəhanə edərək Azərbaycan Respublikasının Qarabağdakı erməniləri blokadaya aldığını və hətta soyqırımı niyyəti güddüyünü iddia edirlər.

Rəsmi Bakı bildirir ki, bu müddət ərzində eko-fəallar yolun hər iki tərəfində hərəkətə heç bir maneə törətmədən sivil şəkildə öz tələblərini irəli sürür və dünya ictimaiyyətinə çağırışlar edirlər.

Avropa qurumları və qərb ölkələri və beynəlxalq təşkilatlar Azərbaycan Respublikasını bu aksiyaya son qoymağa çağırır və əks təqdirdə bu ölkəyə qarşı cəzalandırıcı tədbirlər görüləcəyi bildirilir.

 

Martın 21-də Azərbaycan Respublikasının Rusiyanın nəzarəti altında qalan Xankəndi şəhərində "Daşnaksütyun" partiyasının Qarabağ filialının gənclər təşkilatının və qanunsuz qeyri-hökumət qurumlarının təşkilatçılığıyla növbəti mitinq keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-23-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap