header

 Netanyahuya qarşı aksiyalar davam edir

 Netanyahuya qarşı aksiyalar davam edir

İnformasiya mənbələri dünən gecə xəbər veriblər ki, işğal olunmuş Fələstinini müxtəlif şəhərlərində on minlərlə nəfər sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun hökumətinin siyasətlərinə qarşı aksiya keçirib.

İşğal olunmuş Fələstinin müxtəlif şəhərləri on birinci həftədir ki, Netanyahuya, xüsusən sionist rejim parlamentinin təsdiqini gözləyən onun nazirlər kabinetinin məhkəmə islahatları siyasətinə qarşı aksiyaların şahididirlər.

Ötən həftələrdə qəsb olunmuş Fələstinin şimalından cənubunadək olan ərazilərdə yerləşən onlarla şəhər, o sıradan Təl-Əviv, Hayfa, işğal edilmiş Qüds, Beer Əl-Səb, Rişon Letzion və Hersliya şəhərləri Netanyahunun sağ ekstremist hökuməti əleyhinə aksiya səhnələri olublar.

Aksiyalar Netanyahunun sağ ekstremist koalisiya hökuməti ilə sionist rejimin sabiq baş naziri Yair Lapidin başçılıq etdiyi müxalif cinah arasındakı kəskin qarşdurma altında keçirilib.

Sionist rejim müxalifətinin başçıları Netanyahu hökumətinin məhkəmə islahatlarını, məhkəmə aparatını zəiflətmək, həmçinin Netanyahunun üç korrupsiya və rüşvətxorluq işinə görə öz mühakiməsinin qarşısını almaq üzrə cəhd kimi qiymətləndirirlər. Onlar bu qənaətdədirlər ki, hazırkı hökumətin həmin addımları sionist rejimi daxili qarşıdurma və savaşa, eləcə də tədrici dağılmaya sürükləyəcək.

Etirazların davam etməsi fonunda qeyd edək ki, sionist rejimin keçmiş baş naziri Benni Qantz dünən gecə bir tvittdə hazırkı hökumətə qarşı çıxan aksiyaçılar əleyhinə zorakılığın kəskinləşməsi haqda xəbərdarlıq edib. Bildiribdir ki, bu rejim daxili savaş ərəfəsindədir.

Həmçinin sionist rejimin keçmiş müharibə naziri və «İsrail bizim evimizdir» partiyasının sədri Aviqdor Liberman dünən gecə deyibdir ki, Netanyahu bu rejim üçün ən böyük təhlükədir.

Ayrı tərəfdən, sionist rejimin sabiq baş naziri Yair Lapid də bu rejimin on üçüncü telekanalına verdiyi müsahibədə deyibdir ki, o, Netanyahunun İsrail rejiminin xaricində deyil, daxilində gördüyü işlərdən nigarandır.

Netanyahu hökumətinin tərkibinə daxil olmayacağını vurğulayan Lapid bildiribdir ki, sionist rejimin baş naziri və onun adamları tədricən bu rejimi və onun iqtisadiyyatı və təhlükəsizliyini  məhv edəcəklər.

Hazırkı böhranın indiyədək sionist rejimdə görünmədiyini vurğulayan Lapid qeyd edibdir ki, bu, Netanyahu hökumətinin hərəkətləri nəticəsində yaranmış ən ciddi böhrandır.

İnformasiya mənbələri dünən gecə xəbər veriblər ki, işğal olunmuş Fələstinini müxtəlif şəhərlərində on minlərlə nəfər sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun hökumətinin siyasətlərinə qarşı aksiya keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-19-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap