header

 Azərbaycan və Ermənistan yeni müharibə riski ilə üz-üzədir - TƏHLİL

 Azərbaycan və Ermənistan yeni müharibə riski ilə üz-üzədir - TƏHLİL

Azərbaycan Respublikası ilə Ermənistan arasında yeni müharibə riski böyüyür.

Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün əldə edilməsi üçün bir-çox prinsiplər üzərində razılıq əldə olunsa da, Dağlıq Qarabağ düyünü tərəflərin bu istəyi reallaşdırmasına mane olub. Konkret olaraq dekabrın 12-dən Laçın dəhlizinin bağlı qalması ziddiyyətləri xeyli dərinləşdirib və rəsmi İrəvan Əliyev hakimiyyətini Qarabağ ermənilərinə qarşı soyqırımı siyasəti tətbiq etməkdə ittiham edir. Bu istiqamətdə ermənilərin arqumenti Beynəlxalq Ədalət Məhkəmsi tərəfindən də qəbul olunaraq, yolun açılması və gediş-gəlişin təhlükəsizliyi barədə müvəqqəti qərar verilib. Lakin Azərbaycan Qarabağ ermənilərinin blokadaya alınması ittihamını rədd edərək Laçın dəhlizində sərbəst hərəkəti təmin etməkdən boyun qaçırır.

Belə bir mürəkkəb vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Federativ Respublikasının parlamentariləri ilə görüşdə Azərbaycanın irimiqyaslı hücuma hazırlaşdığını iddia edib.

Bu arada ziddiyyətlərin söz atışmasından daha kritik müstəviyə keçməsi və xarici müdaxilənin; o cümlədən də Rusiyanın vasitəçiliyi ilə cərəyan edən sülh prosesinə Qərb dövlətlərinin qarışması sülh danışıqlarının dalana düşə biləcəyi barədə narahatlığı artırıb.

Martın 5-də Şuşa yaxınlığında baş verən qanlı toqquşma, nəticədə 3 erməni və 2 azərbaycanlı hərbçinin həlak olması vəziyyətin nə yerdə olduğunu göstərdi.  

Beləliklə sülhə olan ümidlər zərbə altındadır. Bir tərəfdən İlham Əliyevin bütün beynəlxalq qanunlara arxa çevirərək Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməsi, başqa tərəfdən isə Paşinyan hökumətinin Qərbin vədlərinə inanıb sülh prosesində Rusiyaya deyil Brüssel formatına üstünlük verməsi və Kremlin əsəbini tarıma çəkməsi bölgədə gərgin vəziyyət yaradıb. Bu şərait, təəssüflər olsun ki, sonucu bilinməyən müharibəyə gətirib çıxara bilər.

Azərbaycan Respublikası ilə Ermənistan arasında yeni müharibə riski böyüyür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-07-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap