Türkiyədəki prezident seçkilərində müxalifətin vahid namizədi elan olunub
Türkiyədəki prezident seçkilərində müxalifətin vahid namizədi elan olunub
Posted on : Digər sahələr 03/07/2023
Kılıçdaroğlu Ərdoğanla rəqabət aparacaq
Türkiyədə CHP lideri Kamal Kılıçdaroğlunun prezident seçkilərindəki namizədliyi rəsmən elan edilib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi olacaq.
O, parlament respublikası sisteminə keçidi vəd edən CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyasını özündə birləşdirən Millət koalisiyasını təmsil edəcəkdir.
Beləliklə, müxalifətin seçkilərdəki vahid namizədi Kemal Kılıçdaroğlu olub.