header

 Casusluğa şərait yarat, silah verim!

 Casusluğa şərait yarat, silah verim!

Sionist İsrail rejimi Azərbaycan Respublikasına casusluğa şərait yaratması əvəzində qadağan olunmuş silahların ixracatını artırıb.

Nüfuzlu İsrail mediası Azərbaycan Respublikasına tətbiq edilən bütün silah embarqolarına baxmayaraq, Tel-Əvivin son 7 il ərzində Azərbaycana milyardlarla dollar dəyərində qadağan olunmuş silah göndərdiyini açıqlayıb.

“Haaretz” qəzeti müfəssəl məqalədə Azərbaycana aid yük təyyarələrinin işğal olunmuş Fələstinin cənubundakı hava bazasından Azərbaycana silah və sursat daşıdığını bildirir.  Qeyd olunur ki, Azərbaycan Respublikası Qarabağ müharibəsi səbəbindən Amerika və Avropa ölklərinin sanksiyaları altındadır.

İvrit dilində olan bu qəzetə görə, bu müddət ərzində Bakı Hava Limanı ilə işğal olunmuş Fələstinin cənubunda yerləşən Oufida aviabazası arasında 92-dən çox reys həyata keçirilib və müharibə zamanı bu uçuşların sayı xeyli artıb. Bununla əlaqədar Azərbaycanın Silkway Hava Nəqliyyatı Şirkəti İsraildən Azərbaycana müxtəlif silahlar, o cümlədən ballistik raketlər, müdafiə sistemləri, elektron döyüş sistemləri, pilotsuz uçuş aparatları, intiharçı təyyarələr və sair hərbi məqsədli yükləri daşımaqla məşğuldur. 

Məlumatda deyilir ki, Azərbaycan əldə edilməsi qadağan olunan silahları İsrail vasitəsilə idxal edir və bununla da ABŞ və Avropa ölkələrinin Qarabağ müharibəsi ilə bağlı sanksiyalarından yan keçir.

Bu media əlavə edib ki, Təl-Əvivin Bakıya bir neçə milyard dollarlıq silah satması müqabilində Bakı hökuməti neft satışından əlavə, Tel-Əvivə öz ərazisində İsrail kəşfiyyat xidmətlərinin; o cümlədən Mossadın fəaliyyəti üçün hər cür şərait yaradıb.

Sionist İsrail rejimi Azərbaycan Respublikasına casusluğa şərait yaratması əvəzində qadağan olunmuş silahların ixracatını artırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-06-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap