header

 Türk Qızıl Aypara Cəmiyyəti İrana təşəkkürlərini bildirdi

 Türk Qızıl Aypara Cəmiyyəti İrana təşəkkürlərini bildirdi

Türk Qızıl Aypara Cəmiyyətinin rəhbəri İran Qızıl Aypara Cəmiyyətinin bu ölkədə zəlzələdən zərər çəkmiş insanlara xidmətini dəyərləndirərək dərin minnaətdarlığını bildirib

Tashaio.com-ın məlumatına əsasən,bazar ertəsi (6 fevral) Türkiyənin Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kilis, Malatya, Osmaniye və Şanlıurfa da daxil olduğu 10 cənub vilayətində, həmçinin Suriyada Rixter cədvəli ilə 7,5 və 7,8 bal gücündə baş vermiş iki zəlzələ bu iki ölkəyə böyük ziyan vurub.

Türk Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Kınık İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd ilə telefon danışığında İranın bu ölkənin zəlzələdən zərər çəkmiş insanlara göstərdiyi yardıma görə dərin minnətdarlığını bildirərək deyib: " Baxmayaraq ki, Xoyda baş vermiş zəlzələyə İrana da böyük ziyan vurmuşdu lakin İran  zəlzələdən zərər çəkən türklərə də öz köməyini əsirgəmədi.

Türk Qızıl Aypara Cəmiyyətinin rəhbəri bu danışıqda bildirib ki : İran İslam Respublikasının Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım etməsi iki ölkə arasında həmrəylik və dostluq əlamətidir.

Türkiyənin Böhran və Təbii Fəlakətlərin İdarə Edilməsi Təşkilatı (AFAD) bu ölkədə zəlzələ nəticəsində ölənlərin sayının 45 min 890-a çatdığını açıqlayıb. Türkiyənin Afad Təşkilatının məlumatına görə, son üç həftə ərzində bu ölkənin bölgəsində 20 mindən çox artçı təkan baş verib ki, onların da ən böyüyü Rixter şkalası ilə 6,6 bal olub.

Türk Qızıl Aypara Cəmiyyətinin rəhbəri İran Qızıl Aypara Cəmiyyətinin bu ölkədə zəlzələdən zərər çəkmiş insanlara xidmətini dəyərləndirərək dərin minnaətdarlığını bildirib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-03-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap