header

 Hacı Şahin Həsənli vəfat edib

 Hacı Şahin Həsənli vəfat edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Tashaio.com-ın məlumatına əsasən, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib. Ruhani 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb. 1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaat olub.

  2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyəli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

 Hacı Şahin dini fəaliyyətləri dönəmində Əhli-Beyt maarifinin nəşrinə xüsusi diqqət ayırdı və təkfirçilik ideyaları ilə qarşılaşmada fəal rol oynadı. O, bəzi qərəzli qüvvələr tərəfindən anti-İran mövqeyi sərgiləməyə sövq edilsə də, daha çox insaf və ədalət dairəsindən kənara çıxmadı.

Allah rəhmət eləsin!

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-03-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap