header

 Sionist düşmənlə mübarizə üçün Nablusda ümumi səfərbərlik elan edilib

 Sionist düşmənlə mübarizə üçün Nablusda ümumi səfərbərlik elan edilib

Sionistlərin Nablusun cənubuna amansız hücumlarına cavab olaraq, Fələstin İslami Cihad Hərəkatı və HƏMAS hərəkatı mübarizəni davam etdirəcəklərini və Təl-Əvivə silahları ilə cavab verəcəklərini vurğulayıblar.

Tashaio.com-ın məlumatına əsasən, Nablusun cənubunda yerləşən "Həvarə" qəsəbəsində fələstinli gəncin iki sionistin ölümü ilə nəticələnən şəhadətsevərlik əməliyyatından sonra bu bölgədə vəziyyət gərginləşib və sionistlər bu bölgəyə kütləvi şəkildə basqın edərək, bir neçə evi və avtomobili yandırdılar.

Bu cinayətə cavab olaraq, Əl-Əqsa şəhidləri Briqadası təcili ümumi səfərbərlik vəziyyəti elan edərək, sionist düşmənə hücuma keçməyə və israilli mühacirlərlə qarşılaşmağa çağırıb. 

Fələstin İslami Cihad hərəkatının informasiya bürosunun rəhbəri Davud Şahab ​​Əl-Məyadin xəbər kanalına deyib: "Sionistlər iyrənc təcavüzləri ilə işğal altındakı İordan çayının qərb sahili və Qüdsü hədəf alırlar".

Şahab ​​vurğulayıb ki, Həvarədə baş verənlər müqavimət hərəkatını daha çox döyüşə və sionist qəsəbə sakinlərini hədəfə almağa sövq edəcək. 

O, müqavimətin gücləndirilməsinin terrorizmə və sionist rejimin cinayətlərinə yeganə cavab olduğunu bildirərək, qeyd edib ki, gərginliyin azaldılmasından danışanlar İsraili cinayətlərindən azad etməyi hədəfləyirlər.

HƏMAS-ın Qəzzədəki sözçüsü Əbdül-Lətif əl-Qanu isə sionistlərin vəhşicəsinə hücumu və İyordaniyada keçirilən Əl-Əqəbə formal görüşünə reaksiyada deyib: "Əl-Əqəbə görüşü işğalçı İsrailə daha çox cinayət törətmək üçün yaşıl işıq yandırdı".

Əl-Qanu vurğulayıb ki, Nablusdakı təhlükəsizlik qüvvələri xalqımıza qoşulmalı, sionistlərlə qarşı-qarşıya durmalıdırlar. Qəzzə zolağı Həvarədə baş verənlərə görə, qəzəb, qaynama və inqilab vəziyyətindədir.

O, xəbərdarlıq edib ki, HƏMAS sionist rejimin faşist kabinetinə Fələstin xalqını bir sektorda şiddətli təzyiq altında qoymasına icazə verməyəcək. Buna görə də müqavimət Fələstin xalqının sionistlərə qarşı yeganə silahı olacaq.

"Fəth" hərəkatı da öz kadrlarını ümumi səfərbərliyə və sionist qəsəbə sakinlərinin hücumlarına qarşı durmağa çağırıb.

Sionistlərin Nablusun cənubuna amansız hücumlarına cavab olaraq, Fələstin İslami Cihad Hərəkatı və HƏMAS hərəkatı mübarizəni davam etdirəcəklərini və Təl-Əvivə silahları ilə cavab verəcəklərini vurğulayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-27-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap