header

 Quterreş: Haaqa Məhkəməsinin qərarları mütləq icra olunmalıdır

 Quterreş: Haaqa Məhkəməsinin qərarları mütləq icra olunmalıdır

BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının məcburi olduğunu vurğulayaraq, Laçın dəhlizi ilə sərbəst hərəkətin təmin edilməsi üçün müvafiq tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.

BMT baş katibinin bəyanatını onun mətbuat katibi Stefan Dujarik yayıb.

Bəyanatda qeyd olunur ki, baş katib Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də Ermənistan və Azərbaycan arasında proseslər çərçivəsində qəbul edilmiş qərarlarını nəzərə alır.

Baş katib həmçinin Ermənistan və Azərbaycan hökumətlərinin Beynəlxalq Ədalət Məhkəməsinə etimadını alqışlayıb, xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları məcburidir. O, qeyd edib ki, tərəflər qəbul edilmiş qərarları, o cümlədən insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etmək üçün tədbir görməlidirlər.

Baş katib ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəklər. O, konstruktiv dialoqu təşviq etdiyini vurğulayıb.

Fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi Laçın dəhlizinin blokunun açılması ilə bağlı qərar qəbul edib.

Məhkəmə Azərbaycanın Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətini təmin etmək üçün səlahiyyətləri daxilində bütün tədbirləri görməsini tələb edib.

Həmin gün dərc olunan digər qərarla məhkəmə Azərbaycanın Ermənistana qarşı iddiasını rədd edib

BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının məcburi olduğunu vurğulayaraq, Laçın dəhlizi ilə sərbəst hərəkətin təmin edilməsi üçün müvafiq tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-27-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap