Sabah, 1444-cü hicri qəməri ili şəban ayının beşi, 2023-cü milad ili fevralın 25-i İmam Zeynəlabidin (ə)-ın mövludu günüdür
Sabah, 1444-cü hicri qəməri ili şəban ayının beşi, 2023-cü milad ili fevralın 25-i İmam Zeynəlabidin (ə)-ın mövludu günüdür
Posted on : Digər sahələr 02/25/2023
Sabah, 1444-cü hicri qəməri ili şəban ayının beşi, 2023-cü milad ili fevralın 25-i, dünya şiələrinin dördüncü imamı, İmam Zeynəlabidin(ə)-ın mövludu gününün ildönümüdür.
Tashaio.com xəbər verir ki, İmam Zeynəlabidin(ə) 38-ci hicri qəməri ili şəban ayının beşində Mədinə şəhərində dünyaya göz açıb.
İmam Səccad(ə)-ın möhtərəm atası, dünya şiələrinin ücüncü imamı, Həzrət İmam Hüseyn(ə)-dır.
İmam Səccad(ə) bütün fəzilət, əxlaq və insanlığın bariz xüsusiyyətlərində kamillik həddində idi.
O həzrət öz zəmanəsinin ən möhtərəm, ən səbirli, ən təqvalı və ən yüksək şəxslərindən hesab olunur və böyük əxlaq sahibi olaraq, aydın ifadə bacarığına malik idi.
O həzrət insanlar ilə çox mehriban, yoxsullara və ehtiyaclılara çox səxavətli idi.
İranın Səhər Televiziya Şirkəti İmam Zeynəlabidin(ə)-ın mübarək mövludunun ildönümü günü münasibətilə şiələri və bütün dünya azadlıqsevərlərini təbrik edir.