header

 Keçmiş səfir Əliyevin son iddialarını şərh edib

 Keçmiş səfir Əliyevin son iddialarını şərh edib

Pakayin: Qarabağ azad edilməyib, Xankandi ermənilərin nəzarətindədir

Tashaio.com-ın məlumatına əsasən, Möhsün Pakayin hesab edir ki, Azərbaycan prezidentinin İrana qarşı ittihamları onun öz xalqı qarşısında uğursuzluqlarını ört-basdır etmək üçün bir vasitədir.

İlham Əliyev Münhen təhlükəsizlik konfransının kənarında jurnalistlərə deyib ki, səfirliyə hücum hadisəsinin arxasında İran təşkilatı dayanır.

İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Tehranda çıxan Həmşəhri qəzeti ilə müsahibədə bu ittihama cavab olaraq deyib: “Əliyev nəinki Qarabağı qaytara bilmədi, həm də bir çox yanlış qərarlar verdi ki, sonradan onlardan vaz keçərək verdiyi sözdən dönməyə məcbur oldu. İndi də cənab Əliyevin Münhendəki açıqlaması və əsassız iddialar irəli sürməsi, Tehrandakı Azərbaycan səfirliyinə hücum hadisəsində İran rəsmilərinin əli olmasını iddia etməsi prezidentin daha çox emosiyalarına hakim ola bilməməsinin və sionist rejimin agentləri, eləcə də İranla Azərbaycan arasında münasibətləri pozmaq niyyətində olan qüvvələrin təsiri altına düşdüyünü göstərir”.

Keşmiş səfir qeyd edib: “Bunlardan başqa mühüm səbəb də ondan ibarətdir ki, cənab Əliyev İran təhlükəsini və ya İranda baş vermiş bir hadisəni qabartmaqla bəzi daxili uğursuzluqları ört-basdır etmək, bu ölkənin ictimai rəyini virtual məsələyə yönəltmək niyyətindədir”.

Onun sözlərinə görə 44 günlük müharibənin ardınca qələbə bayramı bitəndən sonra insanların emosiyaları səngidi. Onlar belə bir fikrə gəliblər ki, bütün bu şəhidlərdən, müharibələrdən, xərclərdən sonra Qarabağ azad olunmayıb. Bu səbəbdən hazırda onların Əliyevdən Qarabağın nə zaman azad olunacağı barədə müəyyən tələbləri var və Əliyev də yeni məsələlər qaldırmaqla istəyir ki, xalqın bu tələbi arxa plana keçsin. Əslində Əliyev Qarabağın azad olduğunu reklam edərək deyir ki, Qarabağdan danışma, Qarabağ azad edilib, lakin bu doğru deyil. Qarabağ hələ azad edilməyib və Xankandi ermənilərin əlindədir. Orada söz sahibi Ermənistan və Rusiyadır və Azərbaycan xalqının, şəhid ailələrinin tələbi yerinə yetirilməyib.

 

Pakayin: Qarabağ azad edilməyib, Xankandi ermənilərin nəzarətindədir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-24-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap