header

 Ermənistanın baş naziri Qarabağ hərəkatının 35-ci ildönümü ilə bağlı müraciət edib

 Ermənistanın baş naziri Qarabağ hərəkatının 35-ci ildönümü ilə bağlı müraciət edib

Paşinyan: Qarabağ hərəkatının məqsədinə doğru irəliləməliyik!

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ hərəkatının 35-ci ildönümü ilə bağlı müraciət edib və separatçıların amallarını dəstəkləyib.

Müraciətdə deyilir: “35 il əvvəl bu günlərdə Qarabağ hərəkatı başladı. 1988-ci il fevralın 20-də başlayan kütləvi etiraz nümayişləri Ermənistan tarixində milli oyanış, birlik və azadlıq mübarizəsinin simvolu kimi qalacaq. Bu hərəkat dövlətçiliyimizin bərpası yolunda atılan ilk addım idi ki, bununla da biz azad və müstəqil yaşamaq, taleyimizi qurmaq, gələcəyimizi idarə etmək əzmini bərpa etdik”.

Paşinyan yazıb ki, Qarabağ hərəkatı yerli xalqın öz hüquqlarını müdafiə etmək və öz torpaqlarında layiqli həyat sürmək hüququnu və iradəsini ifadə etmək üçün idi.

O sonra qeyd edib: “35 ildən sonra da Dağlıq Qarabağ erməniləri ciddi təhdidlərlə üz-üzədir. Bu gün də mühasirədə olan soydaşlarımız öz hüquqlarını və təhlükəsizliyini qorumaq üçün öz iradələrini ifadə etməyə məcburdurlar”.

Ermənistanın baş naziri müraciətinin davamında beynəlxalq ictimaiyyəti Qarabağdakı humanitar böhranı diqqət mərkəzində saxlamağa səsləyib. “Yalnız beynəlxalq ictimaiyyətin fəaliyyəti Azərbaycanın aqressivliyini və təxribatçı hərəkətlərini cilovlaya, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirə və Laçın dəhlizinin blokadasını dayandıra bilər”.

Separatçılara ünvanlanan müraciət bu cümlələrlə bitir: “Vətəndə dinc və təhlükəsiz yaşamaq naminə möhkəm və sarsılmaz olun. Dinc, ləyaqətli və təhlükəsiz həyat Qarabağ hərəkatının əsas məqsədi idi və biz bu məqsədə doğru irəliləməliyik”.

Paşinyan: Qarabağ hərəkatının məqsədinə doğru irəliləməliyik!
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-20-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap