header

 Ayətullah Amuli: İsrailin Türkiyəyə maliyyə yardımının bütün hamısı oğurlanmış puldur

 Ayətullah Amuli: İsrailin Türkiyəyə maliyyə yardımının bütün hamısı oğurlanmış puldur

Vəli Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi İsrailin Türkiyədəki son zəlzələdə maddi yardımına münasibət bildirməklə, türkiyə xalqına müraciət edərək deyib:

“ Əzəmətli Türkiyə xalqı diqqətli olmalıdır ki, İsrail zəlzələ üçün Türkiyəyə nə qədər maddi yardım gətirdisə bütün hamısı oğurlanmış əmlak sayılır.

Ayətullah Seyid Həsən Amuli sözünə davam edərək deyib ki, bu saxta rejim, bütün bu şeylərin hamısını Fələstin xalqının malından oğurlayıb və heç bir mülkün sahibi deyildir. Onlardan istifadə yalnız Fələstin xalqının icazəsi ilə mümkün ola bilər.

Daha sonra o əlavə edib ki, İsrailin ölkənizə gəlişi qətiyyən sizə olan hörmətindən deyil, bəlkə əksinə, o öz sifətini dəyişdirməklə zəlzələni bəhanə edərək diplomatik əlaqələri gücləndirməsinə və daha da yaxınlaşmaq üçün istifadəyə çalışır.

Əgər onların niyyəti düzdürsə bəs niyə “ Mərmərə “ cinayətində Türkiyənin 9 böyük adamı şəhid edildikdə bunula bağlı  üzr istəmədilər? Halbuki, Türkiyə prezidenti onlardan üzr istəmələrindən başqa yolunun olmadığını belə demişdi. Mən üzümü Türkiyə xalqına tutub deyirəm, Allaha şükür, 100 ölkədən sizə yardımlar gəlib, sizə haram pul lazım deyil. Ərdəbil şəhərinin imam cüməsi daha sonra dedi:” Böyük Türkiyə xalqı tarix boyunca öz paklığı və haramdan çəkinməsi ilə tanınıb, buna görə də israillilərin gətirdiklərinə toxunmamalı və ondan istifadə etməkdən çəkinməli və hamısını İsrailə qaytarmanız daha məqsədə uyğundur.

 

Ayətullah Ameli özünün çıxışında başqa bir mövzuya toxunaraq deyib: İsrail bizim qonşuluğumuzda 5000 başlıq camış ferması tikmək qərarına gəlib. Mən bu ölkənin xalqına deyirəm ki, bu maldarlıq köklü şəkildə oğurluqdur və əxlaq alimlərinin nəzərincə desək, oğurlanmış və haram mallar nəcis və fəsad yaradacaq şey kimidir. Nəbada ondan istifadə edəsiz və öz övladlarınıza verəsiz, əks halda elə bu oğrunun cinayətinə siz də şərik olarsız. Bu rejim 75 ildir ki, müsəlmanların qanını axıdır və onların torpağını, sərvətlərini qəsb edir, indi isə bu qədər qanlardan sonra onu sizə bağışlamaq istəyir. Bilin ki, bu hədiyyə qan qoxuludur və onu kim yeyərsə mütləq minlərlə fələstinli şəhid qiyamət günü onunla hesablaşmalarını tələb edəcəklər.

 

Vəli Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi İsrailin Türkiyədəki son zəlzələdə maddi yardımına münasibət bildirməklə, türkiyə xalqına müraciət edərək deyib:
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-19-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap