header

 Tofiq Zülfüqarov: Dəhliz İrandan olar, ancaq Ermənistandan yox!

 Tofiq Zülfüqarov: Dəhliz İrandan olar, ancaq Ermənistandan yox!

Azərbaycan Respublikasında bəzi politoloqlar İran İslam Respublikasının sərhəd toxunulmazlığı siyasətini şübhə altına almaq üçün eybəcər açıqlamalar verirlər.

İranın Zəngəzur dəhlizi məsələsinə düzgün reaksiyasından qəzəblənən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanı İrana bədbin etmək məqsədilə politoloqa yaraşmayan gülünc fikir irəli sürüb: “Belə başa düşürəm ki, əgər Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçsə, İran əleyhinə, yox, əgər öz ərazisindən keçsə, lehinə olacaq. Qəribə dostluqdur, görəsən Ermənistanda bu fırıldağı hiss etmirlər?”, - deyə Azərbaycanın XİN başçısı qeyd edib.

Qeyd edək ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin İran İslam Respublikası ərazisindən keçməsinə Tehran razılıq verib. Rəsmi Tehran həmçinin Ermənistan marşrutundan istifadə olunmağın da əleyhinə deyil, təkcə İran-Ermənistan sərhədinin bağlanmasından ehtiyatlanır və bu barədə Əliyev hakimiyyətinə xəbərdarlıq edib, bildirib ki, İranın dövlət maraqlarında heç bir vəchlə güzəştə getməyəcək.

Qəribədir ki, bəzi azərbaycanlı rəsmilər və siyasətçilər bu mövqeyi İranın Ermənistanı dəstəkləməsi kimi qələmə verirlər.

Ekspertlər Tofiq Zülfüqarovun son bəyanatına toxunaraq bildirirlər ki, bu, Bakının təbliğat hiyləsidir, sadəcə olaraq diqqətləri Əliyevin aqressiyasından yayındırmaq istəyirlər.

Yeri gəlmişkən bildirək ki, bəzi yerli siyasətçilər son aylarda Ermənistanın cənubunda dəhliz yaratmağı planlaşdırdıqlarını etiraf etmişlər, məqsəd isə Ermənistanın cənub bölgəsini ələ keçirmək və bu bölgəni Azərbaycan Respublikasına birləşdirməkdir, digər məqsəd isə İranın Avrasiya regionu ilə quru əlaqəsini kəsməkdir. Tehran buna mane olacağını gizlətmir.

Azərbaycan Respublikasında bəzi politoloqlar İran İslam Respublikasının sərhəd toxunulmazlığı siyasətini şübhə altına almaq üçün eybəcər açıqlamalar verirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-16-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap