header

 Fransada Bakı hakimiyyətinin daha iki muzdlu cinayətkarı həbs edilib

 Fransada Bakı hakimiyyətinin daha iki muzdlu cinayətkarı həbs edilib

Əliyev-Paşayev tayfa hökumətinin gənc əleyhdarı, Fransada yaşayan və Bakı hakimiyyətinin muzdlu peşəkar qatillərinin bir neçə dəfə hücumlarına məruz qalan Məhəmməd Mirzəli Azərbaycan Respublikası hökumətinin daha iki peşəkar qatilinin həbs olduğunu, beləliklədə Fransada həbs olunanların sayının 8 nəfərə çatdığını bildirib.

Məhəmməd Mirzəli "Osmanqızı TV"yə deyib: "onlardan yeddi nəfəri qrup şəklində adam öldürməyə cəhddə, bir nəfər isə qanunsuz silah daşımada ittiham olunub. Sonradan bəlli olub ki, həmin silah daşıyan şəxs də məni öldürməyə gələnlərdən biridir və vkilimin mənə bildirdiyinə görə, onların qarşıdakı illərdə məhkəmə prosesi keçiriləcək". 

"Həmçinin, Polşa, Almaniya və Macarıstanda Avropa polisi tərəfindən həbs olunanlar var, amma hələ ki, istintaq mənə neçə nəfərin həbs olunduğu barədə heç bir məlumat verməyib. Və iki nəfər də Monteneqroda İnterpol tərəfindən həbs edilib və Fransa prokurorluğu hazırda həmin adı çəkilən ölkələrdən Azərbaycan Respublikasının bu muzdlu agentlərinin ekstradisiya edilməsini gözləyir", - deyə Məhəmməd Mirzəli  əlavə edib.

Bu gənc bloqqer daha sonra deyib: "Mən bildiyim qədəri ümumilikdə 20-yə yaxın azərbaycanlı bu sifarişli cinayət əməlində iştirak edib. Əlbəttə təkcə azərbaycanlılar deyil və onların arasında gürcüstanlılar var, həmçinin əslən azərbaycanlı olan Fransa vətəndaşları var ki, Azərbaycan hakimiyyəti tərəfindən sifariş edilmiş beş cinayət əməlində iştirak ediblər".  

Əliyev-Paşayev tayfa hökumətinin gənc əleyhdarı, Fransada yaşayan və Bakı hakimiyyətinin muzdlu peşəkar qatillərinin bir neçə dəfə hücumlarına məruz qalan Məhəmməd Mirzəli Azərbaycan Respublikası hökumətinin daha iki peşəkar qatilinin həbs olduğunu, beləliklədə Fransada həbs olunanların sayının 8 nəfərə çatdığını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-05-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap