header

 İsfahandakl müdafiə sənayesi kompleksinə uğursuz hücum

 İsfahandakl müdafiə sənayesi kompleksinə uğursuz hücum

Şəxsi zəmində baş vermiş hadisəyə siyasi don geyindirirlər - TƏHLİL

Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə şəxsi zəmində baş vermiş hücumdan dərhal sonra İran tərəfi adekvat tədbir görsə də, qərəzli dairələr məsələni körükləməklə məşğuldurlar.

İranın XİN rəhbəri Hüseyn Əmir-Abdullahiyan hadisədən sonra bu ölkə səfirinin müşayiəti ilə Təcriş Şəhidləri xəstəxanasında səfirliyin iki yaralı işçisinə baş çəkib.

Əmir-Abdullahiyan xəstəxanada keçirilən mətbuat konfransında deyib ki, İranın kəşfiyyat və təhlükəsizlik orqanlarının məlumatına görə, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı aksiya terrorçu və mütəşəkkil əməliyyat deyil və şəxsi motivlə həyata keçirilib.

Onun sözlərinə görə, prezident Rəisi ilk anda bu hadisənin qanuni və məhkəmə yolu ilə araşdırılması, bu məsələdə səhlənkarlığa yol vermiş ola bilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə ciddi göstəriş verib.

Sübutlar göstərir ki, Azərbaycan səfirliyinə hücumun səbəbi birmənalı olaraq şəxsi motiv olub, ona görə də Azərbaycan Respublikasının bu hücumu terror aktı adlandırması emosional və tələsik hərəkət kimi dəyərləndirilir.

Digər tərəfdən sionist rejim səfirinin bu hadisədən sui-istifadə edərək Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşü ondan xəbər verir ki, üçüncü qüvvələr ortaya atılaraq – necə deyərlər - lil sudan balıq tutmaq istəyirlər. Aydın məsələdir ki, sionistlərin və bir sıra Qərb medialarının qarşıya qoyduqları məqsəd iki ölkə arasında münasibətləri pozmaq və İran İslam Respublikasının qonşuları, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirmək siyasətini şübhə altına almaqdan başqa bir şey deyil.

Daha qəribəsi odur ki, rəsmi Tehranın münasibətlərdə özündən kifayət qədər sədaqət göstərdiyi halda İlham Əliyev hökuməti İsraildə səfirlik açmaq ərəfəsində Tehrandakı səfirliyin bağlanmasının mesajını verir və dolayısı ilə sionistlərin təlimatına uyğun davranır.  Bu, şübhəsiz ki, hakimiyyətin açıqlamalarında incə məqamdır!

Onlar iddia edirlər ki, İranda guya anti-Azərbaycan kampaniyasının cərəyan etməsi qonşu ölkəyə qarşı hərəkətlərə yol açıb. Halbuki, İranda heç bir anti-Azərbaycan kampaniyası getmir, sadəcə olarq ekspertlər Arazın o tayında baş verən anti-İran hərəkətlərini tənqid edirlər. Bu reallığı nəzərə almadan kiminsə dəstəyinə arxalanıb İran İslam Respublikası ilə düşmənçilik etmək Əliyev rejiminin xeyrinə deyil. Hörümçək torundan daha zəif olan ekstremist Netanyahuya bel bağlayıb qonşu dövləti şərləmək Əliyevin gələcəyi üçün yaxşı heç nə vəd etmir. O, xalqının mənafeyini düşünüb İranla münasibətlərin inkişafında maraqlı olmalı və onun qırmızı xəttini keçməməli olduğunu dərk etməlidir.   

Şəxsi zəmində baş vermiş hadisəyə siyasi don geyindirirlər - TƏHLİL
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-30-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap